» » Müharibəyə, zorkılığa tuş gələn uşaq taleləri

Müharibəyə, zorkılığa tuş gələn uşaq taleləri

Müharibəyə, zorkılığa  tuş gələn  uşaq taleləri

Xocalı faciəsi zamanı da insanlar canlarını qurtamaq üçün kim hara gəldi üz tutmuşdu. Ha qaçdılar ki, 2 metrdən, 3 metrdən sonra onların köməyinə gələcəklər, amma gələn olmurdu...Bir az da yeridilər, meşələrin dərinliyinə üz tutdular, şaxta da onları iliyinə. Səhər açılanda öz vətənində, öz ata-baba yurdunda donub taxtaya dönmüş balalar haqqında eşitdik, televiziyadan seyr etdik.
Bu, nə yaşamaq oldu, bu nə tale oldu?
Bu suallar , bundan da çox suallar indi yox, o vaxtdan içimdədir. Artıq bu hadisədə dilə gətirdim, içimdə saxlaya bilmədim.
Əslində bu yazını çoxdan hazırlamaq istəyirdim və çoxdan da başlamışdım: müxtəlif mənbələrdən şəkillər şeçib üzrinə baş vermiş insanlıq faciəsinin məzmun və mahiyyətinə uyğun ağılar da yazmışdım. Türk saytlarından bu hadisə ilə bağlı yazılar arayıb oxumuşdum. Amma yaza bilmirdim: Necə yazım, yazdıqlarımı necə ümumiləşdirim, kimi cavabdeh sanım, kimdən imdad diləyim... kimi sualların məngənəsində qaldım.
Bu dəhşətli xəbəri biz informasiya kanallarından eşitmişdik: dənizdə Suriyadan qaçan miqrantların olduğu qayıq batmış, nticədə azyaşlı Aylan , Qalib Kurdi və onların anası bataraq həlak olmuşdu. Uşaqların atası Abdulla Kurdi baş verənləri danışarkən bildirmişdi ki, qəfildən qayığa su dolmağa başlayıb. Hamı təşvişə düşüb. O, yoldaşının əlindən tutsa da , uşaqlar əlimdən çıxmış və sulara qərq olmuşdur. Həyatın çox amansız "oyunu” haqlmışdı onları. Hər tərəf qaranlıq, bütün varlıqlarını, ruhlarını qorxu bürümüş , yerdən, göydən, insanlardan, dünyadan ümidini üzmüş köməksiz insan o gecə sahilədək üzüb..Sahildə onu ağlına başına yığıb dəhşəti bütün təfərrüatı ilə anlaya bilmək əzabından başqa heç nə gözləmirdi.

Müharibəyə, zorkılığa  tuş gələn  uşaq taleləri

Bu hadisə dünyanı titrətdi nə fayda? Hansısa hökümət bu ailəni himayə etmək istədi, nə fayda? Allah heç kimə göstərməsin: bir insanın başına bu cür faciə gəlibsə, onu al-qumaşın içində kiritməyə cəhd etmək yersiz bir şeydir. Lazım deyil belə humanizm... Yaşımın bu vədəsində mən hələ böyüklərə ümid edirəm.Ümid edirəm ki, dövlətimiz , onun başçısı bizim hər birimizin təhlükəsizliyi üçün mübarizə aparır. Balalarımı, nəvələrimi qoruyur.
Bütün insanlar belədir. Bütün insanlar Liderini Xilaskar bilir, Ata, Baba bilir.
Balaca uşaqlar bunun mahiyyətinə vara bilməsələr də, elə bil ata-anaların, baba-nənələrin düşündükləri gözəgörünməz bir təbəqə kimi, necə hava, o da elə, dörd bir yanımızı əhatə edib. Sanki bu hissi biz ciyərlərimizə çəkib xatircəm yaşayırıq, balalar da bu əminliyin hüdudlarındadır və bu əminlik onların canına hopur, onlar qayğısız yaşayırlar. Fəqət, qarşıda nələr ola bilər, anlaya bilmirik.Çünki başımıza sığışdıra bilmirik ki, hansısa ölkə müharibəyə, təcavüzə qol qoya bilər. Axı istənilən halda müharibənin ən acısını uşaqlar yaşayır... Elə isə onlar müharibəyə necə qərar verə bilər?
Müharibə yolu ilə tiranlığa, hegemonluğa can atan liderlərin övladı, nəvələri, ürəyi yoxmu?
Bəs onda dünya miqyasında keçirilən beynəlxalq sülh tədbirləri, mədəniyyət, idman tədbirləri nəyə xidmət edir? Dünya məşhurlarına sülh uğrundakı xidmətlərinə görə Beynəlxalq Nobel mükafatı niyə verilir ki, hər gün nə qədər uşaq müharibə səbəbləridən , aclıqdan həlak olur? Dünya Ədəbiyyatı, Mədəniyyət Xadimləri nə yazırlar, nə yaradırlar ki, dünya liderləri onların yazdıqlarını oxumur, ya da onlar necə zəif yazıb-yaradırlar ki, liderlərin qəddar ürəklərinə, xəbis niyyətlərinə təsir edə bilmirlər?
Mənim ittihamlarım ancaq dünya yazıçıları, dünyanın tanıyıb qəbul etdiyi məşhur rəssamlara, bəstəkarlara ünvanlanıb. Bu balaca fidanların 3-4 kq vücudlarını nə valideynləri xilas edə bildi, nə də liderlər. Amma hər gün mətbuatda oxuyuruq ki, dünya gücləri nüvə arsenallarını daha dağıdıcı təsirə malik olması üçün, az qala, açıq-aşkar yarışa girələr.

Müharibəyə, zorkılığa  tuş gələn  uşaq taleləri

 Dünyada etibarlı, ədalətli Sülh bərpa etmək üçün, körpələrimizi sülh şəfəqli səhərlərə aparmaq üçün bütün ölkələrin Böyük Ədəbiyyatları, Böyük İncəsənəti birləşməlidir. İnsan çörək yeyir yaşamaq üçün . Mənəvi qida hesab etdiyimiz musiqi, incəsənət isə necə yaşamağımız üçün lazımdır...

Dünyada nə qədər ölkə var, dövlət var, lider var bilmirəm, bilməsəm də olar. Amma xəyalən hamısına içimdə : ürəyimdə, gözlərimdə ümid boylanır. Kaş dünyanı ümumi evimiz kimi qoruya biləydik. Kaş dünya liderləri hərbi qüdrətlərinu deyil, mənəvi qüdrətlərini günbəgün artıraydılar. Bu mənada mən dövlətimizin, Cənab Prezidentin xarici siyasət kursuna çox ümid edirəm. Müharibə olmamalıdır. Müharibə siyasi diplomatiya vasitəsi ilə, Böyük Ədəbiyyat və Böyük İncəsənətlərin birgə səyləri ilə aradan qaldırılmalıdır.
Uşaqları qoruyan liderləri, hər bir kəsi Allah qorusun!!!
 

Müharibəyə, zorkılığa  tuş gələn  uşaq taleləri

 

Müharibəyə, zorkılığa  tuş gələn  uşaq taleləri

 

Müharibəyə, zorkılığa  tuş gələn  uşaq taleləri


Müharibəyə, zorkılığa  tuş gələn  uşaq taleləri


Müharibəyə, zorkılığa  tuş gələn  uşaq taleləri


Müharibəyə, zorkılığa  tuş gələn  uşaq taleləri


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz