» » Kimin ürəyində zərrə qədər uşaq sevgisi varsa, müharibəyə "YOX" deməlidir

Kimin ürəyində zərrə qədər uşaq sevgisi varsa, müharibəyə "YOX" deməlidir

Kimin  ürəyində zərrə qədər uşaq sevgisi varsa, müharibəyə "YOX" deməlidir

 

- Dünyada indiyə qədər baş vermiş döyüşlər nəticəsində bugünkü dünya əhalisi qədər insanın öldüyünü, bir o qədər insanın da şikəst qaldığını bilirsinizmi?
- Birinci dünya müharibəsində 10 milyon, İkinci dünya müharibəsində 20 milyon insanın şikəst qaldığını və  ümumilikdə 100 milyondan çox insanın öldüyünü bilirsinizmi? 
- Hiroşima və Naqasakiyə atılan atom bombaları ilə 250 minə yaxın insanın öldüyünü, təxminən 500 min insanın şikəst qaldığını, bombanın radiasiya təsirindən uzun  illər  şikəst uşaqlar doğulduğunu bilirdinizmi?
-1992 Və 1995 illəri arasında yaşanan Serb - Bosniya döyüşündə təxminən 250 min bosniyalın qətl edildiyini və 300 minə yaxın da insanın şikəst qaldığını bilirsinizmi?

 - İkinci Körfəz müharibəsindən sonra başlayan 8 illik işğal ərzində bir yarım milyon insanın öldürüldüyünü, iki misli insanın fiziki və ruhi baxımdan şikəst qaldığını bilirsinizmi?
-İkinci dünya müharibəsindən sonrakı "sülh və əmin-amanlıq şəraitində" (1945-1992)   irili- xırdalı 150-dən  çox döyüş və qarşıdurmanın baş verdiyini və 60 milyon insanın həyatını itirdiyini bilirdinizmi?  
- 1986-1996 illəri arasında dünyada baş vermiş döyüşlərdə iki milyon uşağın öldüyünü, 5 milyon uşağın şikəst və 12 milyon uşağın evsiz qaldığını, 1 milyondan çox uşağın isə ana- atasını itirdiyini , eləcə də 10 milyondan çox uşağın ruhi sarsıntı keçirdiyini bilirdinizmi?

-Bütün dünyada 250 min uşaqdan  hərbi birliklərdə,  hərb meydanlarında    aşbazlıq etdiyini, sursat, qüyri-yüklər daşıdığını, eləcə də döyüşlərə qatıldığını  bilirdinizmi?
Bu statistik göstəricilər  bir türk yazarının kitabından götürülmüşdür.  Biz müharibə iştirakçıları və ya şahidləri olmasaq da, 1941-1945-ci illər savaşının iştiraçşıları ilə eyni səmanı bölüşdük. Onlar güllələrin altından keşib dönmüşdülər geri:tayqol, tayqıç , gözlərinin birini itirənlər də vardı, getdiyi kimi qayıdanlar da... Amma hər biri vətənə qəhrəman kimi dönmüşdü. Dünyanın başı üzərini almış beynəlxalq faşizmi  beşiyindəcə boğub, Zəfər bayrağını Reyxstağın kəlləsində dalğalandırıb. Həmin döyüşlərdən 30-35 il keçənə qədər vətəndə üfüqlər sakit oldu. Fakt bu idi ki, biz müharibə dəhşətlərini görmədik, yaşamadıq: sadəcə, kitablardan oxuduq, filmlərdən, canlı şahidlərin söhbətlərindən bildik.
Əsrin sonuna yaxın, bir az da dəqiqləşdirsək, 1991-ci ilin sonlarından torpağımızın sinəsində Xankəndi, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdərə, 
Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan dağı çəkdilər. Soydaşlarımız öz halal ata-baba ocağından zorla qovuldular və ya buna məcbr edildilər.

 Xocalı soyqırımı nəticəsində 63 nəfəri  uşaq, 106 nəfəri  qadın, 70 nəfəri qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.  Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Dünyada bundan böyük ədalətsizlik, vəhşilik, rəzillik ola bilməz. Təkcə bu fakta görə dünyanın saflığı bəşəriyyətin gözü qarşısında alçaq ermənilər tərəfindən ləkələndi.  Ləkələndi ona görə ki, dünya  bu rəzaləti səssiz-səmirsiz seyr etdi.

Allah hər birininə rəhmət etsin, məzarları nurla dolsun, bəlkə də 70-80 yaşlı əmilərin, dayıların, ataların, babaların ölümünə görə özümüzü kiridə bilərdik .

 


Kimin  ürəyində zərrə qədər uşaq sevgisi varsa, müharibəyə "YOX" deməlidir

Mənfur ermənilər  köməksiz və müdafiəsi uşaqları öz beşiyində boğalar, başının dərisin soyalar, anasının bətnində öldürələr...bunlar heç zaman sağalmayacaq yaralardır. Bir insanın balasını öz evində , ata-anasının əlləri ilə xoş niyyətlər üçün qurduqları həyətində qanına qəltan edəsən, gülüşlərini, məhzun baxışlarını əbədilik yox  edəsən, silinməz köksümüzdən bu dağ. Bu gün dünyada qaynar nöqtələr bir deyil, iki deyil..Biz oxumuşduq ki, "cahanda kamal qalıb gələcəkdir". Amma olmadı belə. Kamal və idrakın təntənəsi insanların səadətinə az,  amma növ-növ, çeçid-çeşid hərbi texnologiyalar  fəlakət, ölüm-itimlərə  daha çox xidmət edir. İSİD bu gün hər bir kəsi vahimədə saxlayır. Bunlar insanları ən qəddar üsullarla qətlə yetirirlər, qoyun kimi başlarını kəsirlər, dünya isə susur. İstənilən halda, müharibədə ən dəhşətə məruz qalan analar və uşaqlar olur. Bu gün informasiya kanallarını qan ağlamadan izləmək olmur. Təqdim etdiyimiz bu şəkillərin harada çəkilməsinin, buradakı insanların hansı dinə, millətə mənsub olmasının fərqi yoxdur. Müharibə dünya üçün ölüm kabusudur. Müharibə qəddarlığın, rəzilliyin, hər gür insan cəlladlığının zor güçünə davamıdır. Bu şəkillrdəki mənzərələr hərbə yola salınarkən və hərbdən qayıdarkən çəkilib. Təsirlənməmək olmur.

.. Siz övladlarınız üçün beləmi susamışdınız.. Bəs iştirakçıları olduğunuz döyüşlərdə  həyatını itirən minlərlə  uşaqların da  olduğunu düçünmədinizmi? Şərt o demək deyil ki, məsələn, döyüş bir hftə çəkib, heç bir uşaq öldürülməyib. Axı insanlar belə düşünmür. Olsun ki, uşaq sağdır , amma üzünü görmədiyi, bircə dəfə  köksünə sığınıb  bəxtəvərcəsinə uyumadığı atasını, anasını öldürmüsünüz. Bu, hərbi canilik deyilmi?Bir uşağı dünyanın ən gözəl duyğularından əbədilik məhrum etmisiniz. Elə isə necə silahı üzünə qaldırdın, raket düymələrini basdınız, tətiyi çəkdiniz? 
Biz müharibə istəmirik. Biz bütün dünyaya, dünyanın bütün uşaqlarına etibarlı, ədalətli sülh istəyirik. Biz dövlətimizin, ölkə başçımızın Sülh siyasətini dəstəkləyirik. Kiminsə ürəyində zərrə qədər uşaq sevgisi varsa, müharibəyə "YOX" deməlidir:


Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur Yer üzünü..
(H.Cavid)
Kimin  ürəyində zərrə qədər uşaq sevgisi varsa, müharibəyə "YOX" deməlidir

Kimin  ürəyində zərrə qədər uşaq sevgisi varsa, müharibəyə "YOX" deməlidir

Kimin  ürəyində zərrə qədər uşaq sevgisi varsa, müharibəyə "YOX" deməlidir

Kimin  ürəyində zərrə qədər uşaq sevgisi varsa, müharibəyə "YOX" deməlidir

Kimin  ürəyində zərrə qədər uşaq sevgisi varsa, müharibəyə "YOX" deməlidir

Kimin  ürəyində zərrə qədər uşaq sevgisi varsa, müharibəyə "YOX" deməlidir

Kimin  ürəyində zərrə qədər uşaq sevgisi varsa, müharibəyə "YOX" deməlidir

Kimin  ürəyində zərrə qədər uşaq sevgisi varsa, müharibəyə "YOX" deməlidir

Kimin  ürəyində zərrə qədər uşaq sevgisi varsa, müharibəyə "YOX" deməlidir

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Təsisçi
  • Qeydiyyat: 12.09.2016
  • Status: offline
  • Şərhləri: 54
  • Məqalələri: 874
^
...dünya yaman təklənib, sunamiyə ehtiyac da yox.. İraq-iraq... "qan-qan deyən barmaqların" bir düyməni basması ilə dünyanı məhvərindən oynadarlar... Siz Allah populist fikilər kimi qəbul etməyin. Mən ölümdən qorxmuram.Dahilər var ki, məndən az yaşayıb, amma mən adi adam, hələ yaşamaqda davam edirəm. böyük böyük kimi ölə bilər. Amma uşağın uşaq kimi ölməyi dözülməzdir, yandırıcıdır..Atanın, babanın aciz qalmasıdır. Allaha, etdiyim dua budur. Onlara görə hifz olunan dünyada biz də yaşayardı istehzasına razı deyiləm. Məndən gənclər mənim yaşıma çatarlar, inçallah baba olarlar, onda bilərlər ki, baba nə yaşayırsa nəvələrinə göz-qulaq olmaq üçün yaşayır.Bir az böyüdüb ətə-qana gətirsin, "Ətcəbala" olsunlar, sonra köç edərik. Babanın nəvələrini təhlüəsiz, sağlam bir həyatda qoyub köç etməsi, rahat köçməsinin özü də elə (balaları da bu sıradadır) ölməzlikdir. Allah bütün balalara, nəvələrə yar olsun.
  • Нравится
  • 0