» » Müzakirə: Bayrağa münasibət necə olmalıdır?

Müzakirə: Bayrağa münasibət necə olmalıdır?

... Fəqət bizim bayrağımız ucalan pək seviyor

Yıldızlardan, hilaldan da yüksəklərdə fırlanıyor. 

Kölgəsində ay əyilib bir gözəli qucmada. 

Qucaşaraq sevdiyilə yüksəklərə uçmada, 

Şu görünüş bir ananın şəfqətinə oxşayır. 

Düşündükcə zövqlərimi, vicdanımı oxşayır.

Bu ay, yıldız, boyaların qurultayı nə demək?

Bizcə, boylə sevilmək! 

Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı

Bir türk oğlu olmalı! 

Yaşıl boya islamlığın sarsılmayan imanı, 

Ürəklərə dolmalı!

Şu al boya azadlığın, təcəddüdün fərmanı, 

Mədəniyyət bulmalı.

Səkkiz uclu şu yıldız da səkkiz hərfli OD YURDU 

*Od yurdu - əski əlifbayla, o=Əlif+ vav

 

Cəfər Cabbarlı


Müzakirə: Bayrağa münasibət necə olmalıdır?

 

Yazımıza başlanadan əvvəl, diqqətli oxucularımızın nəzərinə çatdırım ki, bu mövzuda söhbətlər hər zaman aktualdır. Bir çox informasiya vasitələrində vaxtaşırı bayraq, bayrağa münasibətlə bağlı yazılar verilməkdədir. Bununla belə, bayrağımıza diqqətsizlik kmi deyim, laqeydsizlikmi deyim, məsuliyyətsizlikmi deyim, bilməməzlikmi deyim, yanlış münasibətlər də hələ də davam etməkdədir. Mən daha çox "bilməməzlik” amili üzərində dayanıram. Odur ki, bayrağımızla bağlı hər zaman maarifləndirilmə işləri aparılmalı, xüsusən məktəbyaşlı gənclərə vaxtaşırı bu barədə müəyyən məlumatlar çatdırılmalıdır.

Bu yaxında bir idarədə oldum, rəisin otağında bayrağımızı gördüm, bəlkədə istifadəyə veriləndən indiyə kimi 1 dəfə olsun yuyulmamışdı, elə baxan kimi hiss olunurdu və əlbəttə ki, mən müəyyən çərçivədə bunu diqqətə çatdırdım: rəsmi yanaşma bunu qadağan edir, bəs biz özümüz, onu səliqəli olaraq yuyub- ütüləyib yenidən asa bilmərimi və yaxud yenisi ilə əvəz edə bilmərikmi? Bəzi sənətçilər var, özü də bunu edənlər daha çox qadın sənətçilərdir, bayraqdan köynək kimi istifadə edirlər, əlbəttə ki, olmaz. Və yaxud, ayaqlar altında olan yarpaq üzərinə bayrağımız həkk olunub. Bayrağın yeri ucalar, zirvələrdir, niyə milli rəmzimizi belə səviyyəyə endirək? Əlbəttə ki, olmaz.

 

Müzakirə: Bayrağa münasibət necə olmalıdır?

 

Bayraq o qədər müqəddəsdir ki, ona o qədər də müqəddəsliklə yanaşılmalıdır. Cırıq, sökük, yamaqlı, nimdaş, çirkli belə geyiminiz ola bilər, amma bayrağımızın mənəvi dəyərlərimizi zədələyəcək heç bir vəziyyətinə heç kim suzmaz, dözməz.... Əynindən köynəyi çıxarıb axan qanını sarıya bilərsən, amma bayraq bu kimi məqsədlər üçün istifadə edilə bilməz. Onu öpərək göz üstünə qaldırmalıyıq.Ən bahalı paltarını dar macalda soyunub, necə gəldi ata bilərsən, qoya bilərsən, amma bayrağa qarşı bu cür rəftar yolverilmzdir. Mən saytlarda, müxtəlif reklam vasitələrində bayraq görüntülərindən geyim kimi (mayka, köynək, hətta çimərlik geyimi)istifadə olunduğunu görmüşəm, belə münasibət Qərb dünyası üçün xarakterik olsa da, belə nümunələri biz özümüzə yaxın buraxmmalıyıq. Amma təəssüflər olsin ki, bəzi müğənnilər buu edirlər, milli rəqs  

geyimlərimizdə bu elementlərdən istifadə olunur. Mən şəxsi fikrimi deyirəm, bayraq rənglərindən simvol kimi istifadə etmək olar, bu da bir diqqətdir. Amma bayrağımızı geyim formasına salmaq olmaz.

     Müzakirə: Bayrağa münasibət necə olmalıdır?


Torpağa və millətə bağlılıq, sevgi bayraqla başlar. Televiziya və internet texnologiyaları ilə hər gün dünyanı seyr edə bilirik. Saysız-hesabsız tədbirlər, görüşlər keçirilik. Kanalı hara çevirsək, gözümüz həmin dəqiqə üçrəngli bayrağımızı arayır. Gözümüz seçən kimi, o dəqiqə ruhumuz oxşanır.Bu torpağın "Azərbaycanlıyam” deyən hər övladı belə düşünür. Bəs nədir bayraq?

Lap qədimlərdə misirlilərin, aşşurların, iranlıların fərqli-fərqli bayraqları olmuşdur. Babək hərəkatında xürrəmilərinn qırmızı bayraqları vardı və s. Sivilizasiyalar dəyişdikcə, ölkələr və xalqlar arasında münasibətlər də dəyişmişdir. Belə məqamlarda hərb meydanlarına qaldırılan və ya hara isə sancılan bayraq ilk yaranışdakı mənasından daha fərqli məna daşımağa başlayırdı. Bayraq mövcudluqdan, milli işarədən böyüyüərək mübarizə, qalibiyyət, cavabdehlik kimi daha vacib keyfiyyətləri formalaşdırırdı. Bütün hərb tarixində bayraq Ölüm – Dirim sərhədi kimi qəbul edib. Bayraq uğrunda insan cnını qurban verib, amma onu qoruyub, başı üzərində dalğalandırıb və s.  

 

Bayraq sözünün etimologiyaını düşünəndə ağlımıza gən ilkin məna onun lüğəvi izahıdır: "Bayraq – üzərində dövlət, təşkilat, yaxud hərbi hissə, birləşmə və gəminin fərqlənmə nişanı olan yazı, rəmz, bəzək nəqş edilən və ağac dəstəyə bərkidilən qumaş parçadır.” Bu, lap ilkinliyiundə də belə olub: ağac dəstəyə bərkidilən prşa (bayraq) dərqləndirmə nişanı olaraq hərbi yürüşlərdə, rəsmi səfərlərdə dəstənin önündə aparılırmış və ya hara isə sancılırmış. Elə "bayraq” sözünün "batraq” sözündən yaranması versiyası da məhz, bu mənanı ifadə etməsi ilə bağlıdır. Tarixdə ilk bayrağın şinlilər tərəfindən istifadə edildiyi haqqında fikirlər olsa da, hələ Xürəmilər hərəkatında baş üzərinə qaldırılan qırmızı bayraqların mövcud olması haqqında da faktlar var.
Ayrı-ayrı tayfa, qəbilə və xanlıqların, onlara məxsus qoşunların mövcudluğu, xanlığın özündə, eləcə də ətrafdakı etibar və hörməti bu bayraqlarının şəklinə və sayına görə müəyyən edilirdi: bayrağın dalğalanan saçaqları uğur və müvəffəqiyyəti ifadə edir.
Hüquqi anlamına gəlincə isə, Bayraq bir dövlətin suverenlik rəmzidir.
Bir də var o bayrağın təmsil etdiyi ölkənin, torpağın, xalqın hər bir üzvünün bu qumaş parçaya bəslədiyi münsibət. Bu məhəbbət bağlılığında bayraq hər millət üçün müqəddəsdir. Azadlığımızın ölçüsüdür, tərcümanı, ilk qədəmidir başımız üstündə dalğalanan üçrəngli bayrağımız.

 

 

Müzakirə: Bayrağa münasibət necə olmalıdır?

Məşhur şəxsiyyətlərin, elm və mədəniyyət adamlarının bayraq haqqında sitata çevrilmiş nə qədər kəlamları var ki, eşitdikcə üçrəngli bayrağımızı qəlbimizdə dalğalandırırıq, başımz üzərində uçaldırıq. Nümunə üçün bir neçəsini misal gətirək: 

 

Bayraq bir bütünü tamamlayan ilahi bir sevginin səmada dalgalanışıdır.
Bayraq Vətən və Millət sevgisini bütünləyən bir könül pərdəsidir.
Bayraq müstəqilliyin xeyr- duasıdır.
Bir kərə yüksələn bayraq bir daha enməz! 
 
Məmməd Əmin Rəsulzadə
 

 
Şənini vəsf etməyə yetər, qüdrətim yetər,
Ulduzunu,ayını göydə mələklər öpər,
Hər rəngində "ya qazi, ya şəhid” bir mən bitər,
Sən ey İstiqlalımın əbədiyyət sancağı, –
Azərbaycan bayrağı !
 
 
Ramiz Qusarçylı
 

 
Mən Türkəm, Türk əsir olmaz!
Mən Türkəm, Türk bayraqsız olmaz!
Mən Türkəm, Türk dövlətsiz olmaz!
Mən Türkəm, Türk azansız olmaz! 
Mən Türkəm, Türk hürriyytsiz olmaz ...!
 
 
Möhsün Yazıcıoğlu
 
Bayraqsızlar, bayraqsızlar,
Yerə düşsə, bayraq sızlar. 
Hardan bilsin qiymətini, 
Söysuz-köksüz bayraqsızlar ... 
 
 
Aşıq Səfai
 

 
Ey mavi göylərin ağ və qırmızı bəzəyi,
Bacımın gəlinliyi, şəhidimin son örtüsü!
İşıq -işıq, dalğa- dalğa bayrağım,

Sənin dastanını oxudum, sənin dastanını yazacağam,
Sənə mənim gözümlə baxmayanın
məzarını qazacağam.
Səni salamlamadan uçan quşun
yuvasını pozacağam.
Dalğalandığın yerdə nə qorxu, nə kədər ...
Kölgəndə mənə də, mənə də yer ver!
Sabah açılmasın, günəş doğmasın, qəm yeməm.
Yurda ay- ulduzun işığı yetər.

Savaş bizi qarlı dağlara apardığı gün,
Qızıllığında isindik,
Dağlardan çöllərə saldığı gün.
Kölgənə sığındıq.

Ey indi süzən, küləklərdə dalgalanan
Sülhün göyərçini, savaşın qartalı ...
Yüksək yerlərdə açan çiçəyim,
Sənin altında doğuldum,
Sənin dibində öləcəyəm.

Tarixim, şərəfim, şeirim, hər şeyim:
Yer üzündə yer bəyən!
Harda dalğalanmaq istəsən,
Söylə, səni oraya sancayım!
 
Arif Nihat Asya

Şübhəsiz ki, bayraq haqqında bu fikirlər bir söz deyildir. Bayraq canlı varlıq deyil ki, onunla bağlı hər münasibəti, həssaslığı hiss edən o bayrağın mənsub olduğu ölkənin vətəndaşları hiss edir: bağçayaşlı uşaq da, yeniyetmə də, müstəqil gənc də, qadın da, kişi də... Bu, belə də olmalıdır.Biz bayrağımızı sevməsək, əzizləməsək, qorumasaq, tədricən bayraqsızlaşarıq, deməli, vətənsizləşərik. Bu isə yolverilməzdir. Bayraqlar tarixində həmişə belə olub. 

Mithat Camal Kuntayın iki misrası hər birimiz üçün həyat devizidir:

 

 
Bayraqları bayraq edən üstündəki qandır.
Torpaq, əgər uğrunda ölən varsa Vətəndir ... 
 
 

 

Əgər bayrağın rəngində onun uğrunda düşünmədən canını qurban verən şəhidi qanı varsa, iradə və qətiyyəti varsa, onu qorumaq hər bir vətən övladının vəzifəsidir. Zəfər yürüşlərində onlar namusla qorudular, dinc günlərində isə qoruyub əzizləməyi bizə tapşırıblar. Bacarırıqmı! Əlbəttə, bacarırrıq, bacaracağıq da.
Hər kəs bilir ki, Azərvaycan dövlətinin milli rəmzləri var və bu rəmzlər qeyd etdiyimiz kimi böyük ictimai-siyasi mahiyyət daşıyır və qanunla qorunur.
Bayraq sökük, cırıq, çirkli bir halda, solğun, keyfiyyətsiz materiallardan istifadə edilməklə buraxıla bilməz, üstündə oturmaq olmaz, üstə sərmək, örtü, pərdə və sair kimi istifadə edilə bilməz.
Bayraq bir dövlətin, millətin varlığını əks etdirən rəmz kimi özündə çox böyük mənəvi dəyərlər əks etdirir. Ondan bu dəyərləri zədələyəcək hər hansı bir şəkildə istifadə edilə bilməz: kürsülərə, stollara ortük olaraq sərilə bilməz. Oturulan və ya ayaq basılan yerlərə qoyula bilməz. Heç bir formda paltar və ya forma şəklində geyilə bilməz. Uçmuş, yanmış, habelə yarşmçıq və ya tərk edilmiş binalara, mətbəxə və bu kimi yerlərə asıla və yaxud qoyula bilməz. 

 

 

Müzakirə: Bayrağa münasibət necə olmalıdır?


Müzakirə: Bayrağa münasibət necə olmalıdır? 

 

Müzakirə: Bayrağa münasibət necə olmalıdır?

 

Müzakirə: Bayrağa münasibət necə olmalıdır?


Müzakirə: Bayrağa münasibət necə olmalıdır?

 

Müzakirə: Bayrağa münasibət necə olmalıdır? 


Müzakirə: Bayrağa münasibət necə olmalıdır? 


Müzakirə: Bayrağa münasibət necə olmalıdır? 


Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Azərbycan Respublikası Qanununun 10-cu maddəsinə görə Azərbaycan Respublikasının Dövlət
bayrağı masaların və ya kürsülərin üstünə örtük kimi sərilə bilməz, oturulan və ayaq basılan yerlərə qoyula bilməz.
Eyni zamanda "Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları"na edilən əlavəyə görə :
"Azərbaycan Respublikasının Dövlət bayrağı binanın divarına dirəksiz şaquli çəkildikdə və ya şaquli vəziyyətdə xüsusi tutqaclara bərkidildikdə, Dövlət bayrağının mavi zolağı qarşıdan baxılarkən sol tərəfə yerləşməlidir".
 

Müzakirə: Bayrağa münasibət necə olmalıdır?

 

Müzakirə: Bayrağa münasibət necə olmalıdır?

  

Bayraq bütün millətlər üçün , qürur mənbəyidir, xalqın müstəqüillik arzularıdır və biz bu gün  həmin arzuları  yaşayırıq. Ona görə də bütün vasitə və imkanlarla  səy göstərilməli, maarifləndirmə  işləri aparılmalııdr ki,  insanlar dövlət atributları qarşısında öz mənəvi və hüquqi borclarını dərk etsinlər.

 

Bir daha yüksələn bayraq bir daha enməz...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz