» » İtiləyin sevgiləri...

İtiləyin sevgiləri...

 

İtiləyin sevgiləri...

 

Bir şüar var, o, dünyadan asılıb,
O şüardır idealım, o ancaq. 
Hər bir hərfi qanım ilə yazılıb,
İnsanlarçın, insanlarçın yaşamaq.

Cabir Novruz

İnternetdə 6 iyunda baş verən hadisələrin təqviminə nəzər saldım. Tarixin ayrı-ayrı əsrlərininin ayrı-ayrı illərinin bu günündə bir çox hadisə baş vermiş, dünyaya gələcəkdə çox məşhur olacaq insanlar gəldiyi kimi, çox ox məşhur insanlar da həyatını qeyb etmişdir.
Bunlar zamanın, həyatın gərdişidir. Dünya, həyat daim əksliklərin vəhdəti və mübarizəsi axarında irəli doğru hərəkt edir.
Amma məni düşündürən tamam başqa məsələdir. 6 iyunda dünyada baş vermiş hadisələri önə çıxaran , tarixləşdirən bir məqam da təntənəli günlər və bayramlardır. Fikir verin:

İsveçrədə Sevgililər Günü
Ukraynada Jurnalistlər Günü
Cənubi Koreyada Xatirə Günü
İsveç Milli Günü
Boliviyada Müəllimlər Günü
Arentinada Mühəndislər Və Texnika Günü
Slavyandilli Ölkələrdə Beynəlxalq Rus Dili Günü
Dietoloqlar Günü

 

İtiləyin sevgiləri...

Bizim qeydə ala bildiyimiz 8 belə məşhur gündən 7-si 6 ölkəyə aiddir, sonuncuisə hər bir ölkəyə.
İsveçrədə Sevgililər Günüdür, Ukraynada Jurnalistlər Günüdür, Slavyandilli Ölkələrdə Beynəlxalq Rus Dili Günü və sair. Müxtəlif ölkələr, müxtəlif xalqlar, müxtəlif irqlər, müxtəlif dillər, müxtəlif dinlər... Amma sevgi deyilən hiss hamı üçün eyni ampulada lazımdır:jurnalistlər dünyanın hər yerində eyni məsləkə xidmət edir; müəllim əməyinə və şəxsiyyətinə hər yerdə diqqət var; mühəndislər və texniki heyət , fərqi yoxdur körpünü harda salıb, binanı harda tikib: ondan hamı istifadə edə bilir; rus dili beynəlxalq dil kimi hər yerdə və hər kəsə lazımdır.
Dünyada hamı gözəl olanları, vacib olanları eyni dərəcədə görür. Elə isə dünyanın bütün insanları dünyanın, bəşəriyyətin, körpələrin nicatı naminə birləşə bilmirlər, yekdil deyillər? Yəni həyat odurmu ki, güclü gücsüzü məhv etsin, küçədə başını kəsin, diri-diri yandırsın və yaxud güçclülərin təqib və təhdidindən canlarını qaçmaq istəyən insanlar dənizə qərq olsun, qul kimi alınıb kimə gəldi satılsın? Axı güclünün gücsüz üzərində zor etməsi təbiətin qanunudur. Axı insan da təbiətin bir parçası olsa da, ali şüura malik parçasıdır.
Axı insan dünyaya uçurmağa gəlməmişdir...Axı insan dünyaya öldürməyə gəlməmişdir..Axı sən hansı bir binəvanın atasını öldürürsənsə və ya atdığın addım buna səbəb olursa; əgər sən nə qədər insanın ruzisi, rahatlığı naminə öz ölkənin, öz ailənin, tayfanın "avazeyi-şənini ucalandırırsansa”, bu, nə insanlıq oldu? Təbii ki, "şallağa tutdurub peykəri-üryanı aldırdığın”, hansısa yaşamaq üçün "palazını satmağa amədə”olan neçə-neçə binəvanın bacara bildiyi, əlindən gələn ölüb canını qurtarmaqdır. Özündən sonra acısını özü kimi biçarə varislərinə qoyub getsə də..

 


 

İtiləyin sevgiləri...

  

Bax sualım da bu məqamda formalaşır: Niyə dünyanın o başında sevgi günü keçirən, sevgi təntənəsini nümayiş etdirən İsveçrə kimi bir ölkə öz səmasını
Ermənistan kimi təcavüzkar ölkənin elə təcavüzkar vətəndaşına açıq elan etməlidir ki, o da digər bir ölkənin səmasından daha digər bir ölkəyə acıq versin? Dünya sevgiyə möhtac. Getdiukcə qorxulu epidemiyaya çevrilən diskriminasiya, vandalizm, beynəlxalq terrorizm kimi dəhşətlər kütləvi insan tələfatına, maddi və mədəni sərvətlərin məhvinə səbəb olur. Sevgi günü keçirən İsveç dünyada dünyada terrorçu kimi tanınan, təcavüzkar kimi tanınan bir ölkə necə şıltaqlıq edə bilər?
Sevgi yalnız əks cinsə göstərilən təzimmi, əza həzzimi və yaxud tam əksi, yəni gücmü? Yox, okeanın o tayında yaşayan ağalar, madamlar, serlər, qrafinyalar, missislər...
Sevgi həyat vermək deməkdir.Sevgi dünyanı yaşatmaq deməkdir. Əgər sən dünyanın ən varidatlı sahibkarı hər il bir irina sheyki Maldiv adasına aparırsansa, bu, sevgi deyil, qadına alçaldıcı baxışdır; Maldiv adasına getmək qədər aldadılan bir məzlumənin həmcinslərinə həqarətdir. Onlar orada bu boyda dünyanın dərdlərindən özlərini təcrid edib istirahətləşəndə Liviya donanması ölkə sahillərində miqrantları daşıyan qayığın aşması nəticəsində həyatını itirmiş 104 mühacirin meyitini çıxarırdı. Və yaxud anlarını qurtarmaq üçün başqa ölkələrə keçməyə cəhd edərkən amansız dalğaların qasırğasına tuş gəlmiş ölkə sahillərində batıb. Donanma sözçüsünün sözlərinə görə, hadisə nəticəsində xeyli insan həyatını itirsə də sudan yalnız çıxarmaq mümkün olub.

İtiləyin sevgiləri...

 

Bu cinayətlər nə vaxtdandır ki, davam edir. Dünyanın gözü qarşısında. Sevgililər Günü, Qadınlar Günü, 20 Mart Beynəlx Xoşbəxtlik Günü qeyd edən dünyanın göləri qarşısında. Çiçək kimi məsum, zərif, mehriban , amma çox zəif vücudları olan körpələr/uşaqlar böyüklərin təcavüzkar niyyətlərindən açılmadan, doyunca yaşamadan müharibə qurbanlarına çevrilirlər.
Bu şəkil də yenə dənizdə baş vermiş bir başqa faciənin qurbanlarıdır.
Əgər dünyanın hər gün keçirdiyi tədbirlər, bayramlar, görüşlər və sair hər gün davam edən bu acıların qarşısının almırsa, nə sevgililər günü oldu, nə xoşbəxtlər günü oldu...?
Sevgi paylaşdıqca artır...Nifrət də amma qaldıca yeniləri törəyir.
İtiləyin sevgiləri, ilhamları,
Ey dünyanın adamları! 
Tək yaşamaq istəmirəm özüm üçün,
Anam üçün, oğlum üçün, qızım üçün.
İstəmirəm tək elimə kömək olum,
İstəyirəm milyonlara gərək olum,
Ölkələrə gərək olum!

Cabir Novruz

İtiləyin sevgiləri...

 


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz