» » Ağlamalıyıq, amma nəticə də çıxarmalıyıq və yaxud bu da bir intihardır (V yazı)

Ağlamalıyıq, amma nəticə də çıxarmalıyıq və yaxud bu da bir intihardır (V yazı)

Ağlamalıyıq, amma nəticə də çıxarmalıyıq və yaxud bu da bir intihardır (V yazı)

 

Bunu edənlər ya etdiklərinin fərqində deyillər, ya da bu münasibət sevgi deyimiş, sadəcə, macəra həyatı yaşamaqmış. Sevgi həyatının öz sərhədləri, öz gizlinləri var... Keçmiş dövlərin ailə həyatında bu hüdudlar gözlənildiyi üçün, arada izzəti-şərəf vardı, ailədə intim həyat, yaxınlıq olduqca balanlaşdırılmış şəkildə olur. Mənim şəxsi fikrimdir, bu mövzuda ailə tərəfləri, ümumilikdə qadın-kişi arasında sədlər, ölçülər götürüldükdə, müxtəlif xoşagəlməz hadisələr yaranır....Hər şey adiləşir və tədricən dəyərsizləşir. Bundan sonra o ailədə hansı səmiyyəti gözləmək olar ki...? Bu gün evlilik yaşı ötmüş nə qədər gənclərimiz var. Bunların bəziləri ya bu vaxta qədər macəra həyatı yaşayıb: öz vətənində və ya xarici ölkələrdə. Dönəndən, şövqdən düşəndən sonra Vətənə dönüb. Belələri, soyuq və laqeyd olurlar. Onların ailə həyatında da bir soyuqluq hər zaman olur...
 Allah rəhmət etsin, Nüsrət müəllimin   məşhur şeirlərindən birində necə səmimi etiralar var:

....Qapını döymüşəm gecəyarısı,
Saçımda bir əlin təması gəlib.
İsti dodagımda bir öpüş izi,
?limdə bir saçın xınası gəlib.

Yuxulu gözündə qızartı görüb,
Qızara-qızara yalan demişəm.
Şübhənin bəhanə payını verib,
Hələ yatmayıb ki, balam, demişəm.

Tez -tez oymayıram mən bu oyunu,
Neçə yad sifəti görüb gəlirəm.
Sənin bir ömürlük sevgi payının
Yarısın özgəyə verib gəlirəm.

Bu elə duyğu ki,
Bu elə qəm ki,
Min olsa yenə də əzməzdi səni.
Bəzən eləsinə dəyişmişəm ki,
Bəlkə dırnağına dəyməzdi sənin...

Ağlamalıyıq, amma nəticə də çıxarmalıyıq və yaxud bu da bir intihardır (V yazı)


Hesab edirəm ki, bunlar hamısı məhz cilovu çəkilməyən, nizamlanmayan şəhvani hislərdən qaynaqlanır.
Hz. Əli buyurmuşdu: "Əlinə , dilinə , belinə sahib ol”.
Amma insanlar bu sahibliyi qədərincə bacarmırlar. İrsi yetişkənliyin fəallaşdığını da nəzərə alsaq, günümüzdə, sabah da bizim əxlaq üçün uyğun olmayan ekzotik hallar gözləniləndir. Ailə həyatının uzunömürlü olmasına, məzmun və mənalı keyfiyyətinə sevgiyə, sevdiyin qadına hörmətdən başlamalıdır.
Bu hörmət sevəni də, seviləni də ciddi göstərəcək, tərəflər arasındakı əlaqəlrin daha ülvi olmasına bir zəmanət olacaqdır.
Mən Sumqayıt hadisəsində gəncləri qaraja aparan qüvvənin macəra hissi olduğundan çox uzağam: onları tanımıram, hadisə baş verən aiələrdə olmamışam, dostları, əzizləri ilə söhbət etməmişəm. Belədə mənim də söylədiklərim ehtimallardır. Bu cürə ehtimalları istənilən qədər söyləmək olar. Şübhəsiz ki, hüquq-mühafizə orqanlarımızın araşdlrmaları məsələyə aydınlıq gətirəcək. Biz, sadəcə, istifadəçilərimizlə (oxuculaımızla) məsələ ilə bağlı təəssürtlarımızı bölüşdürərək, yeniyetmə və gəncləri diqqətli və həssas olmağa, emosiya ilə deyil, ağılla, məntiqlə qərar verməyə, valideynlər, ailə, ümumilikdə cəmiyyət qarşısında məsuliyyət hiss edərək addım atmağa çağırırıq.

Ağlamalıyıq, amma nəticə də çıxarmalıyıq və yaxud bu da bir intihardır (V yazı)


Əvvəlki yazılarımızda dedik: bu və bu kimi hadisələrin baş verməsində hər birimizin məsuliyyəti var, cəmiyyətin özünün məsuliyyəti var. Amma ən böyük məsuliyyət, cavabdehlik, əlbəttə ki, gənclərin öz üzərinə düşür: məlum hadisədə də Kənan və Sevincin üzərinə düşür.
Bir ailədə sevgi olmlıdır. Bu sevgi gündən-günə yeni məzmun, yeni keyfiyyət kəsb etməlidir. Valideynlər bu sevginin şəfqət paylayıcılarıdır. Onlar sevgiləri ilə övladlarına nümunə olmalıdırlar. Övladlar bu sevginin əhatəsində gələcək ailə həyatına hazırlanmalıdırlar. Ailədə ailə üzvləri qarşında sevgi, borc, məsuliyyət hissi olmalıdır. Ata-ana nə qədər ciddi olsalar da, övladları ilə aralarında dostluq telləri də olmalıdır, xüsusən, ananın. Bu missiyası çox mühümdür: qızın kimə "hə” deyib, bəs oğlun? Onların seçimi doğrudurmu? Doğru deyilsə, deməli, sizin övladlarınızla bu mövzuda söhbətləriniz olmayıb və ya bu söhbət adi məişət söhbətlərindən kənara çıxa bilməyib: təsir edə bilməyib, cavabdehlik yarada bilməyib. Valideynlər övladlarının hislərinə hörmətlə yanaşmalıdır. Övladının səhv etməməsi üçün isə ata-ana onlara sevgini yox, dəyərləndirməyi, fərqləndirməyi, seçməyi, belə deyək, ölçünü öyrətməlidirlər. Ölçünü öyrədə bilmisənsə, əlbəttə, əmin olacaqsan ki, övladın birincini ikincidən çox gözəl fərqləndirir.
 

Ağlamalıyıq, amma nəticə də çıxarmalıyıq və yaxud bu da bir intihardır (V yazı)


Şərhlərin əksəriyyətindən məlum olur ki, Sevinc də seviulməyə layiq olub, Kənan da. Onda niyə Kənan da, Sevinc də özlərini ağayana aparmayıblar?
Əgər əsgər gedəcəkdisə, əvvəlcədən bu barədə söhbətləri, məsləhətləşmələri olmalı idi. O qədər belə sevgilər var ki və bu gündə neçə-neçə evimizdə-ocağımızda əsgər nişanlısını həsrətlə gözləyən qızlarımız var. Allah hamını muradına yetirsin. Nə böyük şərafət imiş 1 il, 1 il yarım əsgər nişanlısı olmaq!
Əfsus ki, bunlar olmadı. İki ailəyə dağ çəkdisə, hər birimizin də gözünü yaşla doldurdu. Bu gözəl balalar kaş həyatda qovuşa idilər. Allah rəhmət etsin. Bu və bu kimi hadisələri eşidən, görən bütün insanlar, eləcə də hər kəs nəticə çıxarmalıdır. Əgər gənclərimiz həyatda eşitdikləri, gördükləri, bildikləri bədbəxt hadisələrdən nəticə çıxarmırsa, qeyri-iradi deyil, adi həyat axarında yanlışlıq edib həyatını itirirsə bu da bir intihardır.
Gənclərimiz sevgiyə məsuliyyətlə yanaşmalıdırlar. Onlar ailə qarşısında, valideyn qarşısında övladlıq borcunu göz yaşları gətirməklə deyil, fəxarət, məmnunluq bəxş etməklə yerinə yetirməlidirlər.

 

Ağlamalıyıq, amma nəticə də çıxarmalıyıq və yaxud bu da bir intihardır (V yazı)


Son

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz