» » Ağlamalıyıq, amma nəticə də çıxarmalıyıq və yaxud bu da bir intihardır (IV yazı)

Ağlamalıyıq, amma nəticə də çıxarmalıyıq və yaxud bu da bir intihardır (IV yazı)

 

Ağlamalıyıq, amma nəticə də çıxarmalıyıq və yaxud bu da bir intihardır (IV yazı)

Günümüzdə ailə-əxlaq dəyərlərinin gözlənilməsində, qorunmasında mühitin təsiri, nümunələrin rolu inkar edilə bilməz.
Bilirəm, aranızda "geyimin, hansısa modellərin saytlarda şəkillərinin yayımlanmasının bu mövzuya, konkret olaraq, Sumqayıtda baş vermiş hadisəyə aiddiyyəti olmadığını" düşünən çoxlu həmsöhbətimiz var.
Axı hələ bərkə-boşa düşməyən, sevginin sosial-mənəvi mahiyyətini dərk etməyən gənclərin həyata, sevgiyə baxışları bu mühitdə - belə ətrafda formalaşır. Bir vaxt soyumuza-kökümüzə uyğun geyinmək, oturub-durmaq, yerli-yerində ədəbin bilmək qıza qızıllıq gətirərdi. Qız "sevirəm”, "ərə getmək istəyirəm” sözlərini dilinə gətirməzdi, hətta anasına belə söyləməyə həya edərdi. Tək-tük rast gəlinən belələrini el arasında "hayqırışmış”(yəni ayılmış) kimi qınaqla qarşılayardılar. İndi isə qızlar var ki, bunu dilə gətirir, atasına, özündən yaşca böyük olan qardaşına belə deməkdən çəkinmir: oğlanı evlərinə də dəvət edir, oğlanın evinə də gedir. Bütün bunlar və ya bu kimi heç bizim milli ruhumuza xas olmayan təzahürlər sevgini də, son nəticədə ailə münasibətlərini də bayağılaşdırıb.
Kiməsə sən də beləsən (bu və ya digər şəkildə) demək olarmı? Amma hamımızda bunun müəyyən təzahürləri var.
Televiziya və internetin bu cəhətdən pis təsiri, pis nümunələri daha çoxdur. Məsələn, bir şou nümayəndəsi bir neçə dəfə boşanıb ərə gedir və ya boşayıb yenisini alır. Amma onlar hər gün televiziya ekranlarındadır, ölkəmizdə və ya ölkəmizdən kənarda düzənlənən ən zəngin məclislərdədir. Halbuki, bir kənd əməkçisi, bir sadə müəllim ömrünün sonuna kimi ekrana çıxa bilməyəcək, bu məclislərin həç birində olmayacaq. Bu gün insanların informasiyalaşma, məlumat əldəetmə, müşahidəetmə imkanları olduqca genişdir. Onlar ətrafd baş verənləri özləri etdiklərindən daha yaxşı görürlər, daha tez eşidirlər,
daha tez bilirlər. Bu görüb, eşidib bildiyi pis nümunələr onları özünü həmin mühütə meyilli edir, səmtləndirir.
Orta məktəbi bitirib 600-700 bal toplmaq üçün nizamlı və sistemli səy gösərmək, yuxusuz gecələr keçirməkdənsə, podiuma çıxmaq daha asan deyilmi?
Sovet dönəmində Nurəddin Babayev vardı, Piri Məmmədov vardı, Salam Qədirzadə vardı... Gəncliyimizi, qızları tərbiyəvi-əxlaqi mövzularda maarifləndirən "Azərbaycan cəncləri”, "Gənclik”, "Azərbaycan qadını” kimi mətbuat orqanları vardı. İndi bunlar çox azdır və ya heç yoxdur.
Mən yaşım və müşahidələrim imkan verən səviyyədə 30-40 il öncəki gənclik və sevgi münasibətləri ilə bugünün gənclik və sevgi münasibətləri arasında birincinin xeyrinə böyük üstünlük görürəm.

Ağlamalıyıq, amma nəticə də çıxarmalıyıq və yaxud bu da bir intihardır (IV yazı)

Azərbaycanda nikah yaşı 18-dir(müəyyən istisnalar var). Amma bir neçə gün öncə yenə kütləvi informasiya vasitələrində acınacaqlı bir statistikaya rast gəldim:
"...2015-ci ildə doğulan körpələrin 2895 nəfəri 15-17 yaşda olan qadınlar tərəfindən dünyaya gətirilib. Onlardan 1003 nəfəri şəhər, 1892 nəfəri isə kənd yerləri üzrə qeydə alınıb. ”
Niyə qoruya bilmirik gəncliyimiz, gənclərimizi? Hara tələsirsiniz belə, axı, siz özünüz, hələ uşaqsınız.
Və yaxud Şamaxı rayonunun Pirbəhli kəndində təcavüzə məruz qalmış bir məktəbli haqqında saytlarda, bəzi telekanallarda məlumatlar getmişdi.
AzVision.az Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının doğum şöbəsinin müdiri Zəhra Abbasova istinadən xəbər verir ki, məktəbli qız dünyaya gətirdiyi körpədən imtina edib:

"Bir ay öncə həmin xanım bizə müraciət etdi. Onun qızı dünyaya gəldi. Uşaq doğulanda atasının həbsxanada olduğunu dedi və uşaqdan imtina etmək istədiyini bildirdi. İmtina barədə ərizəni yazıb xəstəxanadan getdi. Uşaq bir ay xəstəxanada qaldı. İki gün əvvəl həmin uşağı akt yazaraq rəsmi şəkildə 1 nömrəli körpələr evinə yerləşdirdik”.

Ağlamalıyıq, amma nəticə də çıxarmalıyıq və yaxud bu da bir intihardır (IV yazı)

Bunlar adi məlumatlardımı, əlbəttə, yox. Üstündən adlayıb keçmək olmaz, laqeyd qalmaq olmaz . Bütün bu hadisələr gündüzün günortaçağı baş verir, hamının gözləri qarşısında baş verir.
Fəqət, hamı da seyrçi olaraq qalmaqdadır. Televiziya və radioda, kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə bu mövzuda maarifləndirilmə işləri aparılmalıdır. Orta və ali məktəblərdə müəyyən psixoloji, sosioloji xidmətlər, görüşlər təşkil edilməlidir.
Təkcə bir ildə 2895 nəfər məktəbli qız ana olub, bu, qorxulu nümunədir. Sanki uşaq və yeniyetmələr elmə, intellektual yüksəlişə deyil, sevgiyə, macəra həyatına yüksəlirlər.
Əvvəlki yazılarımızın birində demişdik: Sevinc də, Kənan da tələsməməli idilər. Kənan məktəbi bitirmişdisə, hərbi xidmətini çəkməli, qayıtdıqdan sonra işə girməli və ağıl-kamalla həyatını davam etdirib toyuna hazırlaşmalı idi. Sevinc də eynən. Valideynlər söz yox ki, bu sevgidən xəbər tutacaqdılar. Söz yox ki, Kənanın valideynləri də, Sevincin valideynləri də müxtəlif vasitələrlə maraqlanacaqdılar. Sevinvim valideynləru biləcəkdilər ki, Kənan ağıllı-başlı oğlandır, ali təhsili var, işləyir və sair, və ilaxır. Qız valideynlərini gələcəkdə övladları sarıdan xatircəm etməyən heç bir pis xüsusiyyət yoxdur Kənanda. Belədirsə, inanmıram ki, ata-ana qızının arzularının ziddinə getsin. Və yaxud oğlan ata-anası soraqlaşırlar, heç soraqlaşmağa da ehtiyac yoxdur, qonşudularsa, bir-birlərinin gözləri qarşısında böyüyürlər onsuz da. Ata-ana görür ki, bilir ki, ailə əsil-nəcabətli ailədir, səliqəli ailədir, ziyalı ailədir.Qız özü də ağıllı uşaqdır. Həyət-bacada, yolda-küçədə başıaşağı gedib-gəlir, geyimi-keçimi öz yerində. Əgər ata-analar övladı bəyənibsə və onlar özləri də oğulların (qızlarının) seçimini bəyəniblərsə, onda niyə bu qızı gəlin gətirməsinlər?
Görünür, hər iki tərəf də bir az təcrübəsizlik edib, gənclər özü də təcrübəsizlik edib.
Təqdim etdiyimiz şərhlərdə İradə adlı bir xanım çox haqlıdır:

Ağlamalıyıq, amma nəticə də çıxarmalıyıq və yaxud bu da bir intihardır (IV yazı)

"Mənim ən çox oglanın yox, qızın anasına yazığım gəlir. İndiki qızlarla anaları bacara bilmirlər... "
Nə şərhi yazanda İradə xanımın, nə də indi mənim məqsədim bu böyüklükdə müsibətə tuş gəlmiş bir ananı günahkar hesab etmək deyil, hər birimiz hər zaman ətrafımızdakı insanlara qarşı həssas olmalı, öz köməyimizi əsirgəməliyik.
Biz bu yazını bütövlükdə Sumqayıtda baş vermiş bu hadisəyə aid etmədik, elə ilk yazıdan da qarşımızda bu məqsəd olmayıb: əgər belə olsa idi, 1 yazı münasibətimizi bildirməyə kifayət idi. Son dövrlər belə xarakterli hadisələr, intiharlarlar tez-tez rast gəlinir. Sumqayıt hadisəsi fonunda mövqeyimizi çatdırmaq istədik.
Sumqayıtda baş verən hadisədə bu və ya digər dərəcədə hər kəsin məsuliyyəti var: laqeydik, biganəyik. Ətrafımızda bu qədər hadisələr baş verir, nəticə çıxarmırıq.
Sovet dönəmində komsomol, partiya, həmkarlar təşkilatları vardı, mənzil İstismar sahələrində pedaqoqlar vardı, məktəbdən başlamış bütün təşkilatlarda qadınlar şurası vardı: hər təşkilatın bir az təsiri, rolu olurdu, gənclər arasında əməlli-başlı iş aparılırdı. İndi bunlar yoxdur, əksinə, həmin xoşagəlməz halların baş verməsini fəallaşdıran təsirlər kifayət qədər çoxdur, fəaldır.
Bu gün ədəbiyyatımız, musiqimiz, sənətimiz dədə-babalardan miras qalan sevgini, yüksək əxlaqi keyfiyyətləri yaşada bilmirlər. Şou proqramları, belə musiqilər, internet təsiri və s. gəncləri kütləvi şəkildə əza həzzinə bağlayır.

Ağlamalıyıq, amma nəticə də çıxarmalıyıq və yaxud bu da bir intihardır (IV yazı)

Yeniyetməlik dövründə, gəncliyin ilk illərində valideynlər, orta və ali məktəblər şagirdlərə və tələbələrə çox həsa yanaşmalıdırlar. Bu çağlrında onların şəxsiyyətləri, kmilliyi formalaşır, indi necə özül qoyulur, sonrakı həyatı da bu özül üzərində davam edir.
Şərhlərdə yazılıb ki, yazıqlar görüşməyə yer tapmayıblar . Kimi yazır ki, telefonla şəklin çəkib sonra söz-söhbət yarada bilərdilər.
Məntiqli deyil. Niyə bu gözəllikdə oğlan-qız (lap Şantiyə oxşalar belə) qarajda görüşsünlər ki. Rəhmətliklər də, digər bütün oğlan və qızlarımız da sevgilərinə, sevdiklərinə dəyər verə bilirlərsə, niyə avtobusda, metroda, parkda insanların gözləri qarşısında bir-birlərinə sarılmalıdırlar ki. Heç əsl sevgi duyğulrı ilə sevən, təmiz niyyətlə ailə qurmaq istəyən gənc gələcək ömür-gün yoldaşını Sahil parkına aparıb nümayişkaranə şəkildə öpərmi? Bu qədər həyat yolu keçdik, filmlər gördük, kitablar oxuduq, burada nə qədər məhəbbət lövhələri oldu. Amma heç bir elə hala rast gəlmədik ki, kimsə gələcəkdə el adətiylə toy edib atasının, babasının ocağına gəlin gətirəcəyi qızla tələbəlikdə və yaxud subaylığında, o park sənin, bu park mənim, sevgi macəraları yaşayırmış.
Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz