» » Ağlamalıyıq, amma nəticə də çıxarmalıyıq və yaxud bu da bir intihardır (III yazı)

Ağlamalıyıq, amma nəticə də çıxarmalıyıq və yaxud bu da bir intihardır (III yazı)

 

Ağlamalıyıq, amma nəticə də çıxarmalıyıq və yaxud bu da bir intihardır (III yazı)

 

Şərhlərdə bir çox dostlarımız valideynləri günahkar sayır, qınayır ki, beləmi yaxşıdır? Bir çox dostlrımız da deyir ki, ağıllı qızdırsa, onun bağlı qarajda nə işi vardı?
Bir çox dostlarımız da deyir ki, onlar bir-birlərini seviblər, nə pis iş görüblər axı? ...Allah da onları ayırmadı, amma valideynlər öz övladlarının birləşməsinə xeyir-dua vermədilər.
İradların hamısı müəyyən istisnalarla doğrudur. Amma fikir bildirənlər faciənin onlarda oyatdığı emosionallğın hüdudlarından kənara çıxmırlar.
Orta əsrlərdə necə ki, Leylinin də anası Leyliyə qoyduğu qoruq-qadağalarda haqlı idi, günümüzdə Sevincin anası da o dərəcədə haqlıdır.
İndi zaman da başqadır, dünya da.
Saytların birində maraqlı bir statistikaya rast gəlmişdim:

2008-ci ildə Azərbaycanda 79 964 nikah və 7 933 boşanma;
2009-cu ildə 78 072 nikah və 7 784 boşanma;
2010-cu ildə 79 172 nikah və 9 061 boşanma;
2011-ci ildə 89,4 min nikah və 10,6 min boşanma;
2012-ci ildə 78 480 nikah və 11 min 182 boşanma;
2013-cü ildə 86 852 nikah və 11 730 boşanma;
2014-cü ildə 84 912 nikah, 12 088 boşanma;
2015-ci ildə 68 985 nikah, 12 886 boşanma faktı qeydə alınıb.
Diqqətlə müqayisə edin. Az da olsa, dinamika ildən-ilə artmağa doğrudur.

Azərbaycan üçün 12 886 boşanma faktı böyük rəqəmdir və hər pozulan nikahın 2 ailə arasında problem yaratdığını nəzərə alsaq, bu, 25 min ailə deməkdir. Həmin pozulmuş nikahlar 25 min ailəyə, daha böyük anlamda isə cəmiyyətə maddi və mənəvi ziyanlar vurmuşdur.

 

 

Ağlamalıyıq, amma nəticə də çıxarmalıyıq və yaxud bu da bir intihardır (III yazı)

 

 

Məsələn, "Bizim yol” qəzetinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərova istinadən dərc etdiyi xəbərdə deyilir ki, "boşanma səbəbləri arasında "xarakterlərin uyğunsuzluğu" ilk yeri tutur".
2015-ci ildə qeydə alınıan 12 886 boşnma faktlarında "xarakterlərin uyğun gəlməməsi" daha çoxdur – 7318.
Bu ildə xəyanətə görə boşanmaların sayı 413, sərxoşluqla bağlı boşanmaların sayı 369, narkomaniya ilə bağlı boşanmaların sayı 171, maddi duruma görə boşanmaların sayı 302, xəstəliyə görə boşanmaların sayı üzrə 224 fakt qeydə alınıb. Acınacaqlı da burasındadır ki, boşanmalar daha çox gənclər arasında (25-35 yaşarası) olur. İnsan səhv edə bilər: qoy bu olsun 3, 5, 10, 100, daha 7318 də yox da.
Bunlar göstərir ki, bizim sevgi dəyərlərimiz getdikcə aşınmalarla müşayiət olunur, cismaniləşir. 40-50 il bundan öncə əri ölmüş qadın hörüyünün birini qara, birini ağ bağlayıb ərinin evində oturardı. Müharibədən qayıtmayan nişanlı, ərli qadınlar vardı: həyatlarını belə də başa vurardılar. Burada mənim tələbə yoldaşlarım var. Bizim bir müəlliməmiz vardı, Allah rəhmət etsin, nişanlısı müharibədən qayıtmamışdı. Müəllimə də həyatının sonuna kimi könlünü verdiyi ilk və son şəxsin həsrətini yaşadı. Xoşbəxt ölüm, xoşbəxt sevgi budur. Ölümə görə demirəm, sədaqət və əhdə vəfay görə deyirəm.
İndi isə internetdə, kanallarda, həyatda görmürsünüzmü necədir? Çox gənclərimiz var ki fikirləşmədən, tamam-kamal ailə həyatına hazır olmadan evlilik həyatına can atır: hələ heç düz-əməlli yemək bişirə bilmir, uşağa baxmağa hazır deyil, qayınana olmasa (amma belələrini danışdırsan, qayınanasını "yuyub sərər”) onlar proletarın uşaqlarını həlak edərlər.
Həyatda hər şey ola bilər, səhv etmək də olar, aldanmaq d olar.. Amma 7318 boşanma faktı məsələnin kütləviləşdiyini, tipikləşdiyini xəbər verir.
Uşaqlığımda kənddə "dul arvad” ifadəsi çox eşitmişdim.Hər kəndimizdə vardı onlar. Müharibədən o qədər də çox vaxt keçməmişdi ki... Hamısı da "qarageyimli”. İş burasındadır ki, kimsə onların adını tutmağa belə cəsarət etməzdi. "Tütək səsi” filmindəki məşhur epizodu xatırlayın. Amma indi tamam başqa mənzərədir. Qadın heç nə olmayıbmış kimi bu ər xoşuna gəlmir ayrılır və digərini, daha digərini seçir.2-ci dəfə, 3-cü dəfə ərə getməyini dilə gətirir. Toy gününü, keçiriləcək məkanın yerini qabaqcadan məlumat verir. Bəxtəvələr kimi yeni "aşk”ına sığınıb şəkil çəkdirir və internet texnologiyalarının verdiyi imkanlarla bu qədər millətə acıq verir: gördünüzmü, mən necə "dəyərləndirildim”...
Heç kim kiminsə acı çəkməsini istəməz. İnsan olan kəs insanların ancaq xoşbəxtliyini istəyər. Siz də xoşbəxt olun, ağıllı olun. İlk toyunu edən və həyatının sonuna kimı də sədaqətlik nümunəsi olacaq gənclərimiz toy şəkillərini belə reklam etmirlər. Nə demək istəyirsiniz?
Həyatın uğursuz olubsa, səbirli olun, mübarizə aparın, lap yenidən ailə həyatı qurmaq lazım gəlibsə, bu qədər təmtəraq nəyə lazım, reklam nəyə lazım? Ağayana bir toy edib qalan həyatınızı yaşayın da.
Yəni, demək istədiyim budur ki, sevgi, ailə dəyərlərimiz çox aşınmaya məruz qaldı.
İnsanların (əlbəttə ki, belə düşünənlərin) bəzilərinin gücü ona çatdı ki, maksimum səy göstərsin, qızı olmasın. Təki dünyaya qız gətirib indiyə kimi və qızı böyüyənə qədər gördükləri açı səhnələr, utanclar onun qarşısına çıxmasın.
Təhsil Nazirliyinin bir məlumatına baxın: 2015/2016 tədris ilində XI sinifləri 89325 nəfər bitirəcək ki, bunun da 39643 nəfəri qız, 49682 nəfəri oğlandır: oğlanlar qızlardan 10 min artıqdır.

Ağlamalıyıq, amma nəticə də çıxarmalıyıq və yaxud bu da bir intihardır (III yazı)

 

Necə oldu cinslər arasındakı doğum fərqi bu qədər fərqliliyə istiqamətləndi? Bir vaxt "SSRİ-də 1 kişiyə 7 qadın düşür” deyərdilər, indi tam əksinə olub.
Bu və ya bu kimi daha digər müqayisələr də aparmaq olar. Görünür, bu günün dünyaya qız gətirməyinin öz ağrı-açıları var. Bəlkə də qız ata-anası ətrafda , dünyada qadına fərqli baxışların hökm-fərma olduqlarının fərqindədirlər. Oğlan uşaqları başağrısı gətirsə də, qız övladları ilə bağlı "xəcaləti ”ailələr heç cürə qəbul etmək istəmirlər. Belə düşünənlərin yanaşması doğru olmasa da, hər halda, onlar içkili vəziyyətdə avtomobil idarə edib qəza törətməyi, günlərini eyş-işrətdə keçirməyi bağışlasalar da, üstündən keçə bilsələr də, qız övladların adı ilə bağlı qəbahətlərdən keçə bilmirlər. Heç şübhəsiz bu anomaliyalar keçid dövrünün törətdiyi fəsadlarla, Qərb dünyasından mənəvi dünyamıza başlanan "səlib yürüşü” ilə də bağlıdır. Çünki belə əxlaq bizim ölkə, xalq üçün heç vaxt xarakterik olmayıb.
XIX əsrin sonu XX əsrin əvvəllərində də Azərbaycan eynən bu çətinlikləri yaşamışdı. Azərbaycanda kapitalist münasibətlərinin yeni təşəkkülü pulu dəyərli olanların fövqünə qaldırıb ölkəmiz üçün , dinimiz üçün ekzotik bir mənzərə yaratmışdı. C.Cabbarlının "Aydın” dramı bu mövzuda , məncə, çox qüvvətli əsərdir. Əsərin əvvəlində Aydının sevgi haqqında düşündükləri sevgi haqqında olduqca müqəddəs səslənir:

Ağlamalıyıq, amma nəticə də çıxarmalıyıq və yaxud bu da bir intihardır (III yazı)


"A y d ı n:
Mən sеvirkən də bеlə düşünürdüm. Mən istəyirdim ki, sеvdiyim məni sеvməsin. Ona çatmaq ümidilə yüksəlmək, çırpınmaq, çarpışmaq, yuхusuz gеcələr, qanlı vuruşmalar, əzab, göz yaşları, mübarizə... nəhayət, napolеonvarı, yurduma dönərkən, istiqbalıma çıхmış qızlar tərəfindən başıma səpilən çiçəklər altında məni görməsini və hеsablaşmaq əlaməti olaraq, ancaq gülümsəməsini istəyirdim. Yorulurkən, ümidilə qüvvətlənib durmaqsızın irəli, dayanmaqsızın yüksəklərə! Yеnə iztirab, yеnə göz yaşları. Yalnız ölərkən, son nəfəsdə dodaqlarımı dodaqlarına sıхıb: mən bir həqiqətəm, mən bir hеç dеyiləm! – dеyə, qalibiyyət və iftiхar sеvinclərində boğulub ölmək istəyirdi”.
Aydını bu ülvilikdə məsud edəcək sevgilisi vardı: Gültəkin...
Fəqət, ehtiyac, sıxıntı onu nəinki məsud edir, əksinə, bu sevgini də, sevgi haqqında arzuları da məhv edir. Səbəb altun dünyası idi, Dövlətbəylərin cah-cəllallı həyatının verdiyi üstünlüklər idi. Bu "üstünlük”lərinə görə Dövlət bəy və onun kimi adamlar maneəsiz-flansız Aydın və Gültəkinin odasının kiçik nəfəsliyindən daxil olub,
onların əbədiilik səadətini zəhərə döndərirdilər. Yenə "Aydın” əsərinə qayıdaq.
Əəsrin sonunda Gültəkin zəhər içib özünə qəsd edir:

" Kasə-kasə zəhr-qəm nuş еylədim еşqinlə mən,
Dəsti-curindən nələr çəkdim, şikayət olmasın! 
Qəm yеmə, bir gün irərsən vəslimə, dеrsən mənə: 
Muidi-vəslin, saqın, ruzi-qiyamət olmasın! 

Pərdə bitincə, A y d ı n mənasız, şaşqın baхışlarla əvvəl ətrafa, sonra da Gültəkinin üzünə baхaraq, ağlayırmı, gülürmü, bəlli olmayan bir səs və görkəmlə hayqırır: " Artıq mən bir həqiqət dеyiləm, mən bir hеçəm, ha-ha-ha... Dövlət... Altun... ha-ha-ha..."

Ağlamalıyıq, amma nəticə də çıxarmalıyıq və yaxud bu da bir intihardır (III yazı)


Məqsədimiz heç də Sumqayıtda baş vermiş sevgi faciəsini "Aydın" dramındakı faciə ilə eyniləşdirmık deyil. Hamımızı məyus edən hadisələr baş versə də, Azərbaycan dövləti Azərbaycan qadınlarının sosial-mədəni yüksəlişi üçün hər zaman ciddi-cəhdlə çalışmaqdadır. Azərbaycan qadını dünyanın heç bir qadınının malik olmadığı üstünlüklərə malikdir.
Bizim yazımızın əsas mövzusundan fərqli olsa da, mən müxtəlif dövrlərdə yaşayan qadınların talelərində bir oxşarlığı nəzərə çapdırmaq istədim. Dövlətbəylər kimi adamlar az da olsa, hələ də var. Qərb mühitinin gətirdiyi fəsadları da nəzərə alsaq, ata-anaların dünyaya qız gətirmələrindən narahatçılıqlarını başa düşmək olar. Qız uşaqları üzərində mühafizəkarlığa da bu kimi amillər təsr etməməyə bilməz.
Hər kəsə bəllidir ki, bizim malik olduğumuz, yaratdığımız ailə-əxlaq sərvətimixin ən dəyərli ölçüsü namusdur. Gözümüzü açandan ağsaqqalların, ağbirçəklərin ağızlarından "halal süd əmmiş", "adı, namusu üstündə" abır -həyalı, qeyrətli, ailəcanlı qəz-gəlin haqqında şox eşitmişik. Müdriklər hansı qız-qadınlarımıza belə deyirdilər, ixtiyar qocalarımız hansı kişinin, hansı ananın qızına elçi düşərdilər (bəzən 2, hətta 3-4 dəfə elçi gedərdilər) bir əxlaq yaddaşı idi. Qız üçün təkrar -təkrar gedilən elçiliklər qızı həqiqətən sevdiklərini ifadə edirdisə, oğlanı da sf niyyətlə ailə qurmaq fikrində olduğunu təsdiqləyirdi. Yəni bunlar insanların gözü qarşısında olurdu: hansı ailənin qızların böyüməyə qoymurdular, hansı kişilərin oğulları üçün gedilən elçilik rədd edilməzdi, bu, hamıya aydın idi.
Sevincin də, Kənanın da valideynləri, əsil-nəcabəti bu mənada hansı niyyətdə olublarsa, bunu təbii saymaq lazımdır. Əgər tərəflər (qız +oğlan) bir-birini həqiqətən sevirdilərsə, el-obanın, ailənin, əsil-nəcabətin ölçülərini gözləməyə və əməl etməyə borclu idilər. Əgər hansı birinin valideynləri tərəfindən etiraz vardısa, səbirlə, ağılla məqsədə doğru getmək lazım idi. Oğlan oxumuş olsun (oxumaya da bilər), əmək adamı olsun, çörək qazanmağaı bacarsın, içkidən, digər pis vərdişlərdən və sairlərdən uzaq olsun...Qızdırsa, oturub-durmaqda ədəbin bilsin, abırlı-həyalı olsun yəni, əsil-nəcabəti olsun. Xoşbəxtliyə aparan yol budur.

Ağlamalıyıq, amma nəticə də çıxarmalıyıq və yaxud bu da bir intihardır (III yazı)

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz