» » Ağlamalıyıq, amma nəticə də çıxarmalıyıq və yaxud bu da bir intihardır (II yazı)

Ağlamalıyıq, amma nəticə də çıxarmalıyıq və yaxud bu da bir intihardır (II yazı)

Ağlamalıyıq, amma nəticə də çıxarmalıyıq və yaxud bu da bir intihardır (II yazı)

 

Dünən tədim etdiyimiz I yazıdan çoxlu sayda insanın mövqeyini artıq bildik. Göründüyü kimi, fikirlər müxtəlif və fərqlidirlər. Bu da təbiidir. Çünki bu müzakirəyə qoşulan insanların özləri keyfiyyətcə, yəni yaş, social, təhsil, cins baxımdan fərqli-fərqli insanlardır. Bəziləri bu və ya buna oxşar vəziyyətdədirlər və yaxud qarşılaşdıqları problemləri çözməkdə, yəqin ki, rəhmətlik Kənan və Sevinc kimi ərkəsöyünlük edərdilər.
Bax, problemin kökünü burada axtarmaq lazımdır. Gənclərimiz sevginin mahiyyətini, həyatımızdakı yerini doğru müəyyən edə bilmirlər, hələ qədərincə, ailə, uşaq qarşısında məsuliyyət və borc cavabdehliyinə malik deyillər.
Tanıyıb-tanımamağımızdan asılı olmayaraq harada bir ağıllı və gözəl qızımız ağıllı və gözəl oğlanımızı sevirsə, özü də gələcək xoşbəxtliyinə addım-addım, təmkinlə, ağılla addımlayırsa, niyə dua etməyək, niyə bütün gəncləri belə görməyə can atmayaq?
Mən hansısa bir ata-ananın öz övladının səadətinə qarşı olacağını 100 il də bundan sonra ömrüm ola, yaxına buraxmaram.
Biz dünyaya elə göz açmışıq ki, nə hazır səadətimiz sağımızı-solumuzu bürümüşdü, nə də xeyli yaşa dolub kamilləşəndən sonra arzulamadıq ki, kaş bir insanın bəxtəvərliyi üçün nə lazımdır hamısını birdən əldə etmək qüdrətimiz olaydı.
Yaşaya-yaşaya, mübarizə apara-apara, həm də birlikdə, həyatımızı təmin etdik. Mənim dədəm-babam belə yaşamayıb: mən həyatı onlardan bir qədər fərqli keyfiyyətdə qurdum, indi iki oğlum da mənə nisbətən fərqli qurur. İnşallah, 5 nəvəm də öz atalarından fərqli quracaqlar. Axı biz təkcə öz həyatımızı yaşamırıq: valideynlərimizin, şəcərəmizin ailə karvanını zənginləşdiririk, irəli aparırıq. Yolun bir yarısında da karvanın ipini övladlrımıza verib, xatircəmliklə əzəli-əbədi məkanımıza üz tuturuq. Bu əminlik özü xoşbəxtlik deyilmi?
Bəxtiyar müəllimə Allah rəhmət etsin, gözəl deyib:
Çox ovlaqlar içində çox ovları ovladım,
Aşıb-daşan arzumu mən artıq cilovladım.
Mən atamı ötmüşəm, məni ötür övladım,
 Bu, belə də olmalı, axı, dünya fırlanır…

Ağlamalıyıq, amma nəticə də çıxarmalıyıq və yaxud bu da bir intihardır (II yazı)

 

Yaradan, Yerin-Göyün Sahibi yaşamı elə izamlayıb ki, ciddi bir təbii seçmə var, hər şey nizamlanır. Təbiətə, insana bahar nə qədər əhəmiyyətlidirsə, qar- yağış da o qədər əhəmiyyətlidir. Necə ki, ilin fəsilləri 4 yerə bölünüb. Yəni, insanın bütün həyatı ancaq şadlıqlardan ibarət ola bilməz. Maddi zənginlər belə davamlı xoşbəxtliyə sahib deyillər, əgər bu xoşbəxtliyi "dişiylə-dırnağıyla” qazanmayıbsa, bu xoşbəxtlik üçün nələri-nələri dəf etməli olmayıblarsa.
Heç belə xoşbəxliyin dadı-tamı da urvatlı ola bilməz. Bir insanın öz əli ilə əkib- becərdiyi ağacın barından daddığı ləzzət bazardan aldığı meyvənin ləzzətindən daha dadlı deyilmi?
Mənəvi həyatımız da belədir. Müşahidələr göstərir ki, qaynar həyat yaşayan, ömrü mübarizələrlə keçən insanlar sonrakı həyatlarında qarşlaşdlqları problemlərdən baş çıxara bilirlər, aradan qaldıra bilirlər. Ömründə əli bir elektrik lampasına dəyməyən kimlərsə onu dəyişmək üçün elektrik gətirməli olur. Odur ki, insan taleyinə sahib çıxmağı bacarmalıdır, mübariz olmalıdır. Başqa sözlə, həyat yollrında qarşısına çıxan problemləri səbirlə, məntiqlə, ən başlıcası isə öz gücünə güvənərək həll etməyi bacarmalıdır.
Sumqayıtda baş verən faciəli hadisə olmaya bilərdi: əgər tərəflər emosiya ilə deyil, ağılla, məntiqlə addım atsa idilər.
Allah rəhmət etsin.Ürəyimn başı göynəyir. Hesab edirəm ki, bu və bu cür hadisələrdə gənclər özləri daha çox günahkarlardır. Oğlanlar bir cürə səhv edirlər, qızlar bir ayrı cürə. İndi də akselrasiya dövrüdür və təbii ki, bu cürə səhvlərin baş verməsi daha intensivdir.
Bəzi gənclər sevgiyə ancaq bədənlərin birləşməsi kimi yanaşırlar. Dünyanın axırıdır ? Onsuz da bir qız bir oğlanındır.Onsuz da hər kəsin həyatında bu anın təbii vaxtı gəlib çatacaq da...Ağılla sevin də.
Sevdiyinizə, sevginizə həyat qazanın da, ölüm yox... İnsanlar baş verənlərdən dərs götürmürlər ki- götürmürlər. Uşaqlar valideynlərini düşünmürlər ki- düşünmürlər...

Ağlamalıyıq, amma nəticə də çıxarmalıyıq və yaxud bu da bir intihardır (II yazı)

 

Siz dünənki yazıda fikir verdiniz, hər iki tərəfin valideynlərini qınayanlar az deyildi. Mən demirəm ki, onların məsuliyyəti yoxdur, ələxüsus anaların. Ata da müəyyən qədər övladlarının mənəvi dünyasına, düşüncələrinə bələd olmalıdır. Amnma analar daha çox. Sən qızına sevgi öyrədə bilmisənmi, qızına başa sala bilmisənmi:
""Sən nazik bədən ilə gül yarpağısan, ona görə də yüngülsən. Güzgü kimi hər gördüyünə baxma, su kimi hər tərəfə axma. Mey dodağa şəfa versə də, axdığı üçün ayağa düşür. Pəncərə kimi küçələr gözləmə.””
Sən qızına dedinmi ki, namusunu gəncliyində qoru, hər şirin sözə, yağlı vədə inanma. Öz gələcək sədətin üçün lazım ölanlara can at, əldə et. Sevə də bilərsən. Lap sevə də bilərsən, sevdiyin oğlanla parkların birində əyləşib söhbət də edə bilərsən. Amma nə qədər ki, nikahınız kəsilməyib, sən el adətiylə, qanunla onun halalı deyilsən, aranızda məsafə saxlamağı bacarmalısan. Əmin olmalısan ki, sevdiyin bu məsafəni vacib hesab edən sevgilisinin şəxsiyyətinə hörmət edir. Bir məsafə olmalıdır. Qız öz ciddiyyəti və ləyaqəti ilə sevdiyi oğlana təsir etmək iqtidrında olmalıdır, onu tərbiyə etməyi bacarmalıdır. Bu, sevən tərəflər arasında, onların mənsub olduğu ailələr arasında ehtiramı daha qüvvətləndirər.
 

Ağlamalıyıq, amma nəticə də çıxarmalıyıq və yaxud bu da bir intihardır (II yazı)

 

Şahidi olduğum, bildiyim bir hadisədən missal çəkim. Hörmətli bir ailə tanıyırdım.Gözünün ağı-qarası bir qızı vardı və qız ali təhsilini başa vurduqdan sonra nişanlanmışdı. Ailə gələcək kürəkənlərini öz övladları kimi qəbul edirdilər və bir dəfə o, qızı ilə özü ilə gəzməyə aparıbmış. Gəzirlər, birlikdə restoranların birində şam yeməyi yeyirlər və burada yaranan kiçik bir ziddiyyətdən onları da polis bölməsinə aparmalı olurlar. Axşam saat 10-11 olur, bunlardan səs-soraq yox ( o vaxt mobil telefon yox idi). Narahat olurlar, elə balkonda oturub qızlarının yolunu gözləyirlər. Bu vaxt görürlər ki, polis maşını gəlir və qızlarını gətirir. Demə, təsadüfən rəhbər heyətdən biri bura gəlibmiş və hadisədən xəbər tutub ailəni tanıyıb. Əlbəttə ki, müəyyən qaydalara əməl etməklə onu öz maşınlarına evinə gətirirlər.
Elə bu səbəbdən narazılıq yarandı və nişan geri qaytarıldı.
Həyatda hər şey ola bilər. Amma gərək heç kim məsuliyyətsiz olmasın. Etimaddan sui-istifadə etməsin.
Övladlar var ki, özüylə bağlı hər şeyi gizli saxlayır.Belə olmamalıdır.İnsanın heç olmasa, bir dostu olmalıdır və o, ürəyini, belə deyək, sirrini dostuna, ya da anasına deməlidir. Atra istər oğluna, istəq qızına sevgi mövzusunda söhbət edə bilmir, müəyyən pərdə olmalıdır. Amma ana qızının da, oğlunun da sevgi haqqında düşündüklərini bilib nizamlamalıdır.
Bu hadisədə də, ola bilsin ki, bu nizamın olmadığından qaynaqlanmışdır.
Oğlan ali məktəbi bitirib, qız II kursdadır. Bunlar öz arlarında razılığa gələ bilərdilər ki, Kənan əsgərliyini çəkib qayıdar, ona kimi Sevinc daha bir il oxuyar, hərbi xidmətdən sonra nişanlanar və toya hazırlıq da bir il çəkər. Hər iki tərəf könül xoşluğu ilə övladlarının toyunu edərdilər. Bunlar artıq olmayacaq. Bu gözəl balaların ölən vaxtı deyildi. Amma olan olmuşdur. Allah rəhmət etsin.
Valideynləri günahkar hesab etməyək. Amma hər iki tərəfin anası övladlarına yaxın olsa idilər, övladlarının sevgi, ömür yolu belə qara-sazağa düşməzdi...

Ağlamalıyıq, amma nəticə də çıxarmalıyıq və yaxud bu da bir intihardır (II yazı)

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz