» » Biz ailə gözəlliklərini itirə bilərik, ailə institutunu itirə bilərik...

Biz ailə gözəlliklərini itirə bilərik, ailə institutunu itirə bilərik...

 

Biz ailə gözəlliklərini itirə bilərik, ailə institutunu itirə bilərik...

 Başqa ölkələri deyə bilmərəm. Amma bizim ölkəmizdə  qadın azaddır, cəmiyyətin tamhüquqlu vətəndaşıdır. Öz arzularını öz iradəsi ilə öz istədiyi kimi qura bilir. Məgər qızlar, qadınlar azad deyillərmi ki: bağçaya, məktəbə gedirlər, ali təhsil ala bilirlər, karyera ardınca Avropaya, daha haralara gedib iz salırlar. İstəsələr qapqara, yəni  kürən, siyah bir bir yeznəyə qoşulub Andorraya, Mozambikə köçə bilirlər, lap gətirib burada yaşayırlar...
Qadın avtomobil də idarə edir, gəmi də, lap səma gəmisi də.
Qadın millət vəkili oa bilir, qadın nazir, rektor, polis zabiti ola bilir və s...
Mən heç də qadın əleyhdarı deyiləm. Barəmdə kim nə fikirləşir, özü bilər. Mən, sadəcə, fikirlərimi deyirəm.
Hər bir azərbaycanlının ailəsində qadın var: hər qadın bir anadır, bacıdır, yoldaşdır, övladdır, nəvədir. Yəni, kiminsə qatı mühafizəkar adlandırılması, qadın əleyhdarı adlandırılması ədalətsiz bir qərardır. Ola bilməz ki, ən azından bir insane oğlu anasına, bacısına, qızına, qız nəvəsinə, gəlininə qarşı bu qədər aqressiv olsun. Özünün adamlarına mehriban, digərlərinə isə qənim olmaq və ya özününküləri şən və səadət içrə görmək, digərlərinə isə əhəmiyyət verməmək, bu, da sağlam məntiqcə yanlışdır.


Biz ailə gözəlliklərini itirə bilərik, ailə institutunu itirə bilərik...


Bütün qadınlar ümümilikdə azad deyillərsə, xoşbəxt deyillərsə, tək qadın, ana, bacı, qız, nəvə azad, xoşbəxt ola bilməz ki? Qadınları çox gözəl başa düşürəm. Qadın silahlana bilməz, buna onun nə imkanı, nə uyğunlaşmış vücudu-orqanizmi var, nə də qadınların məqsədlərində belə plan yoxdur.
Amma qadınlarımızın elələri oldu ki və indi də var, üzü bəri gəldikcə dünya demokratiyasının, Qərb təsirlərinin illüziyalarında eyforiyaya qapıldılar.Bu cür
qadınlar daha hansı azadlığı istəyirlər, bu azadlığın mahiyyəti nədir? Qadınlar , ümumiyyətlə, qadınlar azadlığı necə qəbul edirlər?
Qadınlığın yolu tarixin bütün mərhələlərində mübarizələrdən, mücadilələrdən keçib. Əlbəttə ki, qadlnların bugünkü vəziyyətləri Orta əsrlərdə olan vəziyyətindən qat-qat üstündür, bəşəridir. Qadın cəsarətlə demək olar ki, azaddır. Bununla belə ciddi narahatçılıqlar da var. Bunu da danmaq olmaz. Qadınlarımızın məişət həyatı düşünülməlidir. Qadının analıq, qadınlıq qayğılarını yüngülləşdirən, qadın əməyini rahat edən, ən üstün səviyyəyə gətirəcək Proqramlar işlənməlidir. Qadına münasibət dəyişilməlidir: istər insanlar tərəfindən, istər cəmiyyət tərəfindən. Mən belə başa düşürəm ki, qadınlar sərbəst olmaq baxımından azadlıq axtarırlar. Qadınlar, deyəsən, sosiallaşmağa qədərindən çox çevrildilər. əvvəldə qeyd etdiyimiz kimi, qadın millət vəkili ola bilər, baş nazir ola bilər və həm də kişidən də yaxşı olar. Amma bu o demək deyil ki, bütün qadınlar Allahın ənənəvi nizamını unutsunlar. Kişilər kimi səhər tezdən qalxıb kişi kimi hazırlanıb, yeyib-içib işə getsin, işdən çıxsın, ürəyi istəsə gedib Sahil parkında gəzsin, "Tarqovı”da oturub bir çay içsin. Axşam saat 21:00-dan sonra evə gəlsin.Və hətta gəlib görsün ki, kişi yemək bişirib, uşaqları bağçadan, məktəbdən gətirib. Bu, azadlıq deyil, bu , evdə bərabərlik demək deyil.
Mən tam qəbul edirəm ki, qadın qadınlığın bütün səadətini yaşasın. Hər kişinin öz qadınından gözəli yoxdur, ola bilməz. Onun əvəzinə vücudu xalis qızıldan bir başqasını gətirsən,əlbəttə ki, ilk xanımının bir tükünə də dəyməz. Təəssüf ki, kişilər bunu birlikdə olduqlarında anlaya bilmirlər. Qadın-kişi tam anlaşa bilmirlər.Bu anlaşılmazlıq davam edərək soyuqluğa, ayrılıqlara, hətta yaşaya-yaşaya həyatdan doymağa məcbur edir. Bunları qəbul edirəm. Fəqət, qadın evində, ailəsində, uşaqlarının, ərinin, evinin qayğısında olmalıdır.

Biz ailə gözəlliklərini itirə bilərik, ailə institutunu itirə bilərik...

 

Ara-sıra oxuyuram internetdə. Belə fikirlər var ki, qadınlar gənclik illərində dünyaya uşaq gətirmək istəmirlər, istəyirlər müəyyən müddət macəra həyatı yaşasın, bəlli bir yaşdan sonra uşaq doğsun. Narahatçılıq olmasın deyə isə, uşaq dünyaya gətirəcək hormonları xüsusi olaraq saxlayacaqlar və qərar qəbul etdiklərində qadının bətninə yerləşdirəcəklər. Azadlıq belə olurmu?
Mən bir kitab oxumuşam : "Sevməyin sirri”, müəllifi Mak Dauel, oxumanızı tövsiyə edirəm. Müəllif yazır ki, bir dəfə oxucu bir qadın mənə zəng vurub qısa tanışlıqdan sonra dedi ki, mən son beş gecəni hər gecə bir kişi ilə kecirmişəm.
Görüşümüzün məqsədi bitdikdən sonra gözlərimə yuxu getməyib, uzun zaman fikirləşmişəm ki, doğrudanmı, hər şey elə bununla bitir, doğrudanmı həyat elə budur? "Rica edirəm, siz mənə kömək edin: "bundan başqa da nə isə var?” Müəllif də deyir ki, bəli, var: bu, yaxınlıqdır.
Bax, bizim ailələrin tərəfləri arasında yaranan problemlərin mərkəzində bu, durur: tərəflər müəyyən məqamda cismən yaxın ola bilirlər, bitdikdən sonra belə yaxınlığı bir də cismani yaxınlığa kimi gözləmək lazımdır .

Biz ailə gözəlliklərini itirə bilərik, ailə institutunu itirə bilərik...

 

İnsanın ömrü çox qısadır. Bu ömrü şən yaşamaq üçün yaxın olmaq lazımdır: hamıyla yox, biriylə. Qadın azadlıq axtaranda, hərəkətlərində, münasibətlrində, söhbətlərində bunun simptomları hiss ediləndə, kişilərin qəlbində membranlar ehtizaza gəlir. Etməyin belə.
Bir qadın gözəl ola bilər, gözəlliyini paltarlarla bir qədər də zənginləşdirə bilər, karyera qura bilər. Hər ay ən azından bir neçə xarici ölkəyə səfər edib azadlığın, sərbəstliyin sərməstlik göstəricilərini də hər dəfə də yeniləyə bilər.Amma hər belə addımı onu əsl Səadətdən, Qadınlıq, Analıq səadətindən uzaqlaşdıracaq. Bir qadın ana deyilsə, ailə qadını deyilsə əvvəldə sadaladığım dəyərlər bir heç.
Televizorda, seriallarda gördüyünüz həyata inanmayın. Qadın olmaq başqa şeydir, bir ər xanımı, ailə xanımı, Ana olmaq başqa. Siz azadsınız ki, buna nail olmusunuz. İndi təmkinlə, ağılla yaşayın da. Kişilərə də aiddir bu söz. Gərək qadının ətrafında cənnət yaradasan ki, cənnətdə də yaşayasan. Cənnətdə yaşamanız diləyi ilə.
 

Biz ailə gözəlliklərini itirə bilərik, ailə institutunu itirə bilərik...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz