» » Uşaqlar göydən 3 alma gözləyir, atalar-babalar iki

Uşaqlar göydən 3 alma gözləyir, atalar-babalar iki

 

Uşaqlar göydən 3 alma gözləyir,  atalar-babalar  iki


Uşaq dünyaya göz açanda beyni, dünyası tərtəmiz, ağ vərəq kimi olur. Ona görə də hər eşitdiyi , gördüyü nə var, xatirəsində silinməz iz buraxır, əbədilik həkk olunur. Məsələn, oyunlar, təbiətlə bağlı müşahidələr, kitab oxumaq, nağıla qulaq asmaq və s. 8-ci sinfə qədər, xüsusən, ibtidai siniflərdə bizə kitabları yay tətilindən alırdılar və dərs ilinin başlamasına qədər biz bu kitabları oxuyub başa çıxırdıq. Burası da var ki, dəsliklər də indiki kimi deyildi: həm məzmun, həm ideya, həm tərtibat, həm gigiyenik və baxımdan büsbütün uşaqların zövqünü oxşayacaq dərəcədə hazırlanırdı.
Mən nağılları, dastanları , demək olar ki, 5-6-cı siniflərə qədər artıq oxumuşdum.
Nağılları çox sevirdim. Ən çöx da qaravəlli ilə başlayan hissə ləzzət edirdi. Məsələn, "Daş üzük” nağılı belə qaravəlli ilə başlayırdı: 

Uşaqlar göydən 3 alma gözləyir,  atalar-babalar  iki

və ya "Həsən Qaranın nağılı” aşağıdakı kimi:

Uşaqlar göydən 3 alma gözləyir,  atalar-babalar  iki

 

Uşaqlar göydən 3 alma gözləyir,  atalar-babalar  iki

 

Nağıl sonlarının da özünün qəlibləri olurdu, məsələn :

Uşaqlar göydən 3 alma gözləyir,  atalar-babalar  iki

Uşaqlar göydən 3 alma gözləyir,  atalar-babalar  iki

Uşaqlar göydən 3 alma gözləyir,  atalar-babalar  iki


Uşaqdıq da, hər nağıl bitəndə göydən alma gözləyirdik. İndi, gözüm dəyməsin, maşallah, özüm boyda olan böyük oğlum uşaqlığında çoxlu nağıl öyrənmişdi. Özünəməxsus çılğın səsi ilə elə söyləyirdi ki,  o vaxt yaşadığım duyğu indi də    məni tərk etməyib,  necə var, yaddaşımda elə də qalıb... Gəlib nağılın sonuna çatanda deyirdi ki, göydən 3 alma düşdü, biri mənim, biri qardaşımın, biri də anamın. Mən də deyirdim ki, o, pisdir, ona olmasın: biri sənin , biri qardaşının, biri də atanın. Oğlum da deyib dururdu ki, yox, olsun. Elə bilirdi ki, guya mən lap yemişdim, onun anası qalmışdı.
Uşaqdı da,  elə bilirdi ki,  həqiqətən, göydən 3 alma düşəcək…bir vaxt atası özü də uşaq olanda inanırdı ki, nə vaxtsa göydən alma düşəcək.  
 O vaxtdan  çox nağılları  başa vurdum,  müəyyən mənada  yaşadığım  nağıl ömrün  göydən 3 alma düşəcək məqamlarına  da gəlib çatmışam da, amma almalar düşmür ki-düşmür.  
 Düşməsin də… Düşdüsə, demək həyat nağılı da bitəcək, köç vədəsidir.
Lap ikisi düşsə də, 3-cü düşməsin, düşə bilməsin... Babalar bir qədər də çox yaşasın. Nəvəli  həyat yaşamaq çox şirin....

Uşaqlar göydən 3 alma gözləyir,  atalar-babalar  iki

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz