» » Sağ əlin hökmü

Sağ əlin hökmü

Müəllif: Vüsal от 2-11-2016, 06:43

Sağ əlin hökmü

"Həyatda heç nə təsadüfən olmur, təsadüflər zərurətdən doğur”. Əgər belə olmasa idi təbiət də yazılmamış "sağ əl” qanununa riyayət etməzdi. Bitkilər və heyvanlar aləmi bir-birləri ilə sözləşmiş kimi bu qanunu mükəmməl həyata keçirir.
Alimlər müəyyən etmişdir ki, sarmaşıqlar ağaclara və dirəklərə soldan sağa doğru dırmanır, sağa doğru qıvrılır. İlbizlər belə süfrələrini sağa doğru səpir.
Kiçikdən böyüyə hamıya məlumdur ki, yer kürəsi 2 cür hərəkət edir. Öz oxu ətrafında və günəş ətrafında. Dünya bu iki dönüşdə də "sağ əl” qanuna riayət edir.
Bitkilərin, heyvanların və yer kürəsinin sağa doğru hərəkəti bizə möcüzə kimi görünə bilər, amma bu təbiətin qanunudu. Şüuraltı olaraq insanlarda bu qanuna əsrlər boyu əməl edir. Milli adət-ənənələrimizə nəzər salsaq görərik ki, "sağ əl”ə böyük sevgi və inamımız var.

Sağ əlin hökmü
"Sağ əlini verdiyini sol əl duymaz” atalar sözündən çıxış etsək, "sağ əl” xeyirxahlıq, mərhəmət simvoludur.
"Sağ əl qaşınanda pul gəlir” inancında isə sağ əl bərəkət rəmzidir.
Təzə gəlin sağ əlini subay qızların başına çəkir ki, qisməti açılsın. Bu inancdan belə nəticəyə gəlmək olar ki, sağ əl xoşbəxtlik rəmzidir.
Biznes sahəsində iş adamları ən çox inandıqları işçilərini "sağ əl”ləri adlandırırlar.
İnsanlar sağ əli daha çox istifadə edirlər. Çünki istifadə etdiyimiz bütün əşya və mexanizmlər sağ əl üçün nəzərdə tutulub. Sağ əlimizlə yeyir, təmizlik işlərini sağ əlimizlə edirik. Hətta sağ əlimizlə salamlaşırıq. Belə ki, slavyanlar, avropalılar və amerikalılar salamlaşarkən dost jesti kimi sağ əllə görüşürlər. Sağ əli uzatmaq "Silahım yoxdur, niyyətim safdır” deməkdir. Tibetlilər isə gülməli və bir azda qəribə olsa da, sağ əllə papaqlarını çıxarır, sol əllərini qulağın arxasına qoyub dillərini göstərirlər.
Sağ əlin hökmü
Bir çox ölkələrdə nəqliyyat sağdan sola işləyir. Minarələr, pilləkənlər sağdan sola doğru inşa edilir. Fransız, ingilis, ərəb dillərdə "sağ” sözü həmdə "doğru” anlamı daşıyır (ingiliscə-right, fransızca-droit).
Dində belə sağ əlin hökmü özünü təsdiqləməkdədir. Kəbəni ziyarət etmiş zəvvarlar, hacılar da təsdiqləyər ki, müsəlmanlar Kəbəni sağdan sola doğru ziyarət edir. Mevləvilər səmada sağdan sola doğru dövrə vurur. Məhəmməd peyğəmbər (sallallahu-aleyhi və səlləm) səhər yuxudan oyananda birinci sağ ayağını yerə basarmış.
Peyğəmbər (sallallahu-aleyhi və səlləm) demişdir: "Biz peyğəmbərlərə iftarımızı tezləşdirmək, səhurumuzu gecikdirmək, namaz vaxtı sağ əli sol əlin üstünə qoymaq əmr olunmuşdur” (İbn Hibban, 3/13. Şeyx Əlbani səhih demişdir. Sifət əs-Saləh, səh 87)

Sağ əlin hökmü
                            Müəllif :  Əfsanə x

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz