» » "Məni tənha qoyub gedən əzizim , Sənsiz yaşamaqda məna görmürəm" ("Bitməmiş mahnılar" - XV yazı)

"Məni tənha qoyub gedən əzizim , Sənsiz yaşamaqda məna görmürəm" ("Bitməmiş mahnılar" - XV yazı)

"Məni tənha qoyub gedən əzizim , Sənsiz yaşamaqda məna görmürəm" ("Bitməmiş mahnılar" - XV yazı)

Məhəbbət 

O, bu boyda bir cahani yaradıb,
Yeri, göyü, asimanı yaradıb,
İnsan onu, o, insanı yaradıb.
Bu dunyanın əlifbası məhəbbət,
Ən ilk nəğmə, ən ilk yazı məhəbbət.

Hər ömürdə bir ulduza dönər o,
Gah şimşəktək birdən caxar sönər o,
Gizli gələr, fəqət, aşkar dinər o.
Canda nəfəs, damarda qan məhəbbət,
Həm var olan, həm yox olan məhəbbət.

O, dəryadır, kükrəyəndə, daşanda,
O, almazdır üzüklərin qaşında,
O, sevdadır, hey dolanır başımda.
Həm həqiqi, həm əfsanə məhəbbət,
Gah ağıllı, gah divanə məhəbbət.
 

"Məni tənha qoyub gedən əzizim , Sənsiz yaşamaqda məna görmürəm" ("Bitməmiş mahnılar" - XV yazı)

 

Gecikmiş məhəbbət 

Sən gizli gəlmisən ömrümə, inan,
Bu gizli eşq ilə yaşayacağam.
Dünyanın ən ağır yükü sayılan,
Gecikmiş məhəbbət yaşayacağam.
Sən mənim ömrümdə açan çiçəksən,
Onu ürəyimdə bəsləyəcəyəm.
Sən məni heç zaman görməyəcəksən,
Mən səni hər zaman gözləyəcəyəm.

Uzaqdan göz qoyub gözünə sənin,
Sankı görəcəyəm allahımı mən.
Düşüb qarış-qarış izinə sənin,
Əzbərləyəcəyəm yollarını mən.

Səni zərrə-zərrə kəşf edəcəyəm,
Səni milyon kərə kəşf edəcəyəm.
Ərini oğlunu öyrənəcəyəm,
Rəngini, qoxunu öyrənəcəyəm.

Hər günü adınla başlayacağam,
Hər günü adınla bitirəcəyəm.
Səni röyalarda oxşayacağam,
Səni xəyallarda itirəcəyəm.

Sən məni heç zaman duymayacaqsan, 
Mən bütün ömrünü izləyəcəyəm.
Sən mənə məhəl də qoymayacaqsan,
Mən səni həmişə səsləyəcəyəm.

Hər gün mənim üçün doğulacaqsan,
Hər gün mənim üçün yox olacaqsan.
Mənim sevincim də sən olacaqsan,
Mənim kədərim də sən olacaqsan.

Mən sənin adına hər saat, hər an 
Qəlbimdə məktublar yollayacağam.
Sən heç vaxt fikrimdən çıxmayacaqsan,
Mən heç vaxt yadında qalmayacağam.
Beləcə həsrətlə qocalacağam,
Belə enəcəyəm, ucalacağam.

Keçib hər alovdan, keçib hər oddan.
Böyük əzabından şad olacağam.
Sən mənə həyatda ən doğma adam,
Mən sənə yaddan da yad olacağam

Sən ömr edəcəksən ayrı adamla,
Mən kiməm, nəçiyəm bilməyəcəksən.
Bir gün bu dünyadan sənin adınla
Köçüb gedəcəyəm bilməyəcəksən.
 

"Məni tənha qoyub gedən əzizim , Sənsiz yaşamaqda məna görmürəm" ("Bitməmiş mahnılar" - XV yazı)

 

Eşq, məhəbbət yaşayırsa

Nə zaman ki, rast gəlirəm bir-bir qoşa gəzənlərə,
Bir-biriyçin yerdən çiçək, göydən ulduz üzənlərə,
Sevgi üçün hər cəfaya, hər əzaba dözənlərə
Düşünürəm bu cahanda müqəddəslik yaşar hələ
Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.

Qoca olsun, cavan olsun, zərrə qədər fərqi yoxdur,
Kim ki, tənha yaşayırsa ruhu yoxdur, qəlbi yoxdur.
Xilqət üçün eşqdən böyük himn yoxdur, şərqi yoxdur,
Kafiri də sevən olsa, açar, gözəlləşər hələ
Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.

Onun üçün nə millət var, nə qanun var, nə sərhəd var,
Ayaqları sayalıdır, onda xeyir-bərəkət var.
O cahanda hökmransa ədalət var, hürriyyət var,
O yox isə müdrik şəxslər ləyaqətdən düşər hələ,
Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.

Onun adı çəkiləndə Əsli, Kərəm yada düşür,
Leyli, Məcnun yada düşür, dərd-ələm yada düşür.
Füzuli tək yanar ürək, sirli aləm yada düşür,
Onu məğlub etməyiblər nə bir zülm, nə şər hələ,
Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.


Onu nə var, nə də zinyət əvəz edir bu dünyada,
Nə bir sərvət, nə bir qüdrət əvəz edir bu dünyada.
Məhəbbəti, tək məhəbbət əvəz edir bu dünyada,
Ondan qeyri-dəyərsizdir min cür ləli-gövhər hələ,
Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.

Sən ona can vermisənsə, verəcəkdir o sənə can,
Qanımızda, canımızda çağlayır o ölənəcən.
Axırıncı nəfəsəcən, əzrayılı görənəcən,
Bizlər gəldi-gedəriyik o əbədi yaşar hələ,
Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.
 

"Məni tənha qoyub gedən əzizim , Sənsiz yaşamaqda məna görmürəm" ("Bitməmiş mahnılar" - XV yazı)

 

Ay ana…

Sənin qızın, mənim ömür yoldaşım,
Əlimizdən nə tez uçdu, ay ana?..
Heç bilmirəm bu əzrayıl mürdəşir,
Birdən niyə onu seçdi, ay ana?…

O, gedəli gücüm yox, qüdrətim yox,
Bu həyata zərrə məhəbbətim yox,
Oğullarım qalmadılar yetim, yox,
O yetimlik mənə düşdü, ay ana…

Elə bil ki, nəslimizdə talan var,
Baxışlarda gör nə boyda ələm var,
O gedəli gör nə qədər ölən var,
O gedəli köçhaköçdür, ay ana?..

Sənin saçın birdən-birə ağardı,
Mənim ömrüm viran oldu, dağıldı,
İnsan tamam əfsanədir, nağıldır,
Əvvəli heç, sonu heçdir, ay ana…

"Məni tənha qoyub gedən əzizim , Sənsiz yaşamaqda məna görmürəm" ("Bitməmiş mahnılar" - XV yazı)

 


Səfurəmin anasısan – anamsan,
Sən də ona mənim kimi yanansan,
O gedəli sən də ömrü talansan,
Yaşayırsan gözü yaşlı, ay ana…

Günlərimi təklik alıb qoynuna,
İblisdir ilişmişəm oyununa,
İstər gələ yüz-yüz gəlin-qaynana,
Ocağımız daha boşdur, ay ana…

Lap mələklər xidmət edə bu evə,
Peyğəmbərlər hörmət edə bu evə,
Allah özü diqqət edə bu evə,
Səfurəsiz yenə heçdir, ay ana…


"Məni tənha qoyub gedən əzizim , Sənsiz yaşamaqda məna görmürəm" ("Bitməmiş mahnılar" - XV yazı)

 

"Məni tənha qoyub gedən əzizim , Sənsiz yaşamaqda məna görmürəm" ("Bitməmiş mahnılar" - XV yazı)


Məni tənha qoyub gedən əzizim,
Sənsiz yaşamaqda məna görmürəm.
Elə bil tutulub tamam, sağ gözüm.
Bir gözlə necədir, dünya, görmürəm.

Qışı qış görmürəm, yazı-yaz gülüm.
Toyu-toy görmürəm, yası-yas gülüm.
Dolaşıb ünvanım, işim, mənzilim.
Gündüzdür, gecədir dünya görmürəm.

Həyat gözlərimdə, gözündən batıb.
Az qala yadımdan çıxıbdır adım.
İtibdir hər şeyin ləzzəti, dadı.
Şirindir-acıdır, dünya bilmirəm.

Əzilib sınmışam, daşlıq içində.
Boz daşa dönmüşəm, daşlıq içində.
Gəzib dolaşıram, boşluq içində.
Nə şeydir, nəçidir, dünya bilmirəm.

Canlıyam, ya nəyəm, baş açmayıram.
Göydəyəm, yerdəyəm, baş açmayıram.
Bəlkə sehrdəyəm, baş açmayıram.
Kələk, tapmacadır, dünya bilmirəm.

Dünya tamaşadır, belə deyiblər.
Sənsiz o tamaşa, bitdi heyflər.
Qaldı sənlə keçən ömrüm seyfdə,
Dumanlı bacadır, dünya bilmirəm.


"Məni tənha qoyub gedən əzizim , Sənsiz yaşamaqda məna görmürəm" ("Bitməmiş mahnılar" - XV yazı)

 

"Məni tənha qoyub gedən əzizim , Sənsiz yaşamaqda məna görmürəm" ("Bitməmiş mahnılar" - XV yazı)

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz