» » Azyaşlı qızların ərə verilməsi və ya "modern" köləlik (I yazı)

Azyaşlı qızların ərə verilməsi və ya "modern" köləlik (I yazı)

 

Azyaşlı qızların  ərə verilməsi və ya "modern" köləlik (I yazı)

Böyük qız nəvəmin 6, kiçik nəvəmin 2 yaşı var. Çox çevirəm uşaqları. Hər anlarını yaddaşıma köçürürəm. Allahin işidir, nə qədər yaşayacağımı bilmirəm. Amma indi hər gün fikirləşirəm ki, 6 yaşında məktəbə getsə, 10 il oxusa , 5-6 il də ali məktəb illəri. Hardasa 21 yaşlarında bu çocuqlarım durnalar kimi "uçub gedəcəklər”. Durnalar heç olmasa, getsələr də hər il geri dönürlər... Bu qız balalar isə getdimi, əbədi məskən salırlar. Bu, necə olur: hər evə gələndə, hər süfrə açılanda gördüyün balanı bir gün təmtəraqla evindən yola salırsan. Bəs nənələri də belə bir ailənin qızı deyildimi, belə demək istəyirsinizmi? Onda bilməmişəm, yaşa dolduqca ayrılığın, köçün mehini daha yaxından hiss edirəm. Mən nəvələrimin öz ocağını tərk etməsini istəmirəm?
Bəs bu videoda, bu şəkillərdəki yaramazlar 8 yaşında, 10 yaşında tifili belə tez hara köçürürlər? Bu, hansı əxlaq qanunudur? Hələ anatomik-fizioloji cəhətdən formalaşmamış bir yavrunu canavara necə təslim etmək olar? Bir təhlükə ilə üzləşsəm, ani olaraq beynimdə hərəkətlərimi seçib, çıxış yolu taparam.Təhlükəsizliyimi də fikirləşərəm. Allah heç ata-ananı bu vəziyyətlə üz-üzə qoymasın. Nəvələrim üçün heç nə fikirləşmərəm. Ölümü belə çıxış yolu seçərəm ki, heç olmasa, onları qurtara bilim. Bəs sən necə "ata-ana”san ki, bir dəstə göy əskinasa və ya nəyinsə müqabilində azyaşlı qızını üzlər görmüş, oyunlardan çıxmış bir ehtiras hərisinə təslim edirsən, necə? Allah bu balanı sənə buna görəmi bəxş etmişdi?
Emosiya ilə danışsam da, həyatın qanunu da qəbul etməməyə bilmirəm. Hər kəsin oğluna toy etmsi, qızını köçürməsi təbii haldır. Azyaşlı bir qıza gözlərinin qurdunu öldürmək istəyindən can atan kiminsə evliliyi ailə də deyil axı. Bu evliliyin məqsədi xəstə təxəyyüldür, pedofiliyadır.
Ata-ana da, hansı ki, beləsinə qız verir, onlar da cəhənnəmlikdirlər. Bu məsələdə hər birimizin günahı var, cəmiyyət də suçludur. Elə bil ki, ailə qurmağa bəziləri fizioloji tələbatlarının təmin edilməsi üçün ən asan vasitə kimi baxır : ailə həyatına, ata-analıq haqqına hələ hazır olmamış izdivaca can atırlar. "Gözlərinin qurdunu öldürəndən sonra” isə yenə əvvəlki subaylıq həyatını yaşamaq istəyirlər. Laqeydlik,məsuliyyətsizlik bu cütlüklər arasında soyuqluğa və nəhayət, sonda nikah pozulmalarına gətirib çıxarır. Kənd həyatımda, sonralar da qonaq kimi kəndə gedəndə yaşlı insanlarla söhbət zamanı onların dünyagörüşünə, həyati məsələlərə münasibətlərini öyrənməyə xüsusi diqqət yetirmişəm.

 

Azyaşlı qızların  ərə verilməsi və ya "modern" köləlik (I yazı)

Bizim xalqda ailə ittifaqı yaratmaq, qurmaq heç vaxt fizioloji ehtiyacları ödəmək məqsədi ilə olmayıb. Bu da bir amil olub, amma əsas olmayıb. Onlar həyatda yaşamaq imkanlarına malik olmaq, ünsiyyət üçün könül dostu, can sirdaşı seçiblər və sonra da birlikdə nəsil xəttini davam etdirmək, ocaqlarını sönməyə qoymamaq üçün ailəni artırmaq qayğısına qalıblar.
8-10 yaşında qızcığazla qurulan evlilikdə bunları düşünmək olarmı? 8-10 yaşlı uşaq hələ özünə qulluq etməyi bacarmır...8-10 yaşlı qızcığaz ata-anasının adi bir sözündən həyalanıb qızarır... Onun anatomiyası hələ bütünləşməyib... Onu vaxtından qabaq zorla intim həyata sürükləmək tibbi baxımdan da rahatlıqdan çox əzab, stres, ömürlük göz yaşları gətirir.
Bu yazını yazmağıma səbəb rast gəldiyim bir statistik rəqəm oldu: Türkiyədə son 4 ildə çocuq gəlinlərin sayı 226 000 minə çatmışdır və yaxud digər bir mənbədə ərə verilmiş 8 yaşlı qız toy gecəsi vəfat etmişdir.

Azyaşlı qızların  ərə verilməsi və ya "modern" köləlik (I yazı)

8 yaşlı qız hələ ana-atasəndan, bacı-qardaşlarından, həyət-bacalarından, oyuncaqlarından və oyunlarından doymadan, onu zorla ərə vermişlər. O hələ nələr baş verdiyinin, bu izdivacın tibbi-fiziki tərəflərini, sosial bəlasını anlamaq halında deyil. Bu, modern köləlikdir. Hər kəs etiraz etməlidir. Cəmiyyətin qınaq ölçüsü olmalıdır. Hər kəs bacardığı qədər maarifləndirmə aparmalıdır. Hər kəs 1 çocuğun həyatını xilas edə bilsə, min əhsən.
Bizim ölkə üçün belə hallar xarakterik olmasa da, son dövrlər az da olsa rast gəlinir. Saytların birində oxudum ki, 2011-ci ildə Azərbaycan üzrə yeniyetmə qadınlar arasında edilən abortların sayı 1204 olub. Onlardan 135 nəfəri 15-17 yaşarasında olub. Çox böyük rəqəm olmasa da, hər halda var.
Abort həddinə çatmayan və yaxud müəyyən səbəblərdən gizli saxlanıla bilənləri də ehtimal etsək, narahat olmağa dəyər.
Uşaqlar bizim həyatımızın mənasıdır. Çöldə ağacda meyvə yığılıb qurtarandan sonra yarpaqların arasında təsadüfən gizlənib qalmış bir zoğalı, ənciri, almanı qoparıb evə uşağa gətiririk. Onda hər birimiz özümüzü nə qədər bəxtəvər hiss edirik . Evdə uşaq bir balaca xəstələnəndə qızdırmadan alışıb yanan gözlərinə baxmağa dözmürük, dözməməliyik də. Elə isə onlarla bağlı heç nəyə biganə qalmamalıyıq. Nə olsun ki, sənin, mənim, onun qızı deyil. Ayrılıqda götürülmüş xoşbəxtlik yoxdur. Əgər bütün körpələrimiz xoşbəxt deyilsə, mən öz nəslimizdəki körpələri xoşbəxt hesab etmirəm. Sözümün canı odur ki, iki minə yaxın istifadəçimiz var . Ümumilikdə götürsək, bütün Azərbaycanımız bizimlə təmsil olunur. İki min nəfər iki min ailə deməkdir, bu ailələr özləri də bir neçə ailə ilə əlaqəlidir. Deməli, maarifləndirmə yolu ilə hardasa belə münasibətlərə məruz qalmış cocuqlarımıza əhəmiyyətli dərəcədə kömək edə bilərik.
 

Azyaşlı qızların  ərə verilməsi və ya "modern" köləlik (I yazı)

Azyaşlı qızların  ərə verilməsi və ya "modern" köləlik (I yazı)

Azyaşlı qızların  ərə verilməsi və ya "modern" köləlik (I yazı)

Azyaşlı qızların  ərə verilməsi və ya "modern" köləlik (I yazı)

Azyaşlı qızların  ərə verilməsi və ya "modern" köləlik (I yazı)

Azyaşlı qızların  ərə verilməsi və ya "modern" köləlik (I yazı)

Azyaşlı qızların  ərə verilməsi və ya "modern" köləlik (I yazı)

Azyaşlı qızların  ərə verilməsi və ya "modern" köləlik (I yazı)

Azyaşlı qızların  ərə verilməsi və ya "modern" köləlik (I yazı)

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz