» » "Vəfa xəzinəsi Firəngizim var "("Bitməmiş mahnılar" - VIII yazı

"Vəfa xəzinəsi Firəngizim var "("Bitməmiş mahnılar" - VIII yazı

 

"Vəfa xəzinəsi Firəngizim var "("Bitməmiş mahnılar" - VIII yazı

 

Böyük istiqlal şairi Xəlil Rza Ulutürk şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, müəllim, alovlu tribun idi. Şeir oxuyanda döyüş süvarisinə bənzəyirdi:

Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram!
Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram!

Azadlığı istəmirəm bir həb gibi, dərman gibi
İstəyirəm
SƏMA gibi,
GÜNƏŞ gibi,
CAHAN gibi!

Çəkil, çəkil, ey qəsbkar,
mən bu əsrin gur səsiyəm!
Gərək deyil sısqa bulaq,
Mən ümmanlar təşnəsiyəm!!!

Misraların, səslərin özü alov saçır, od püskürür.. Ana dilindən yazanda da belə,  vəcdə gəlir,  oxucusunu da  özü ilə bərabər vəcdə gətirir...

…Anladım ki, mənim dilim,
ürəyimdən çıxmaz mənim!
Anladım ki, sinəmdəki sözlər deyil.
Babaların nəfəsidir.
Çənlibeldə at oynadıb,
şimşəklərlə qoşa gedən 
İgidlərin nərəsidir.
Sağdır dilim, 
demək, sağdır ləyaqətim, şərafətim. 
Sağdır demək milyard yaşlı məmləkətim.
Yüz hədəfə tuş etmişəm 
Sabirin hər sətrini mən
Salxım-salxım nuş etmişəm 
Şəhdini mən, ətrini mən. 
Kim qorumur öz yurdunu-yuvasını
Udmasın yurd havasını!!!
Kim qorumur öz dilini 
İtsin mənim gözümdən qoy ilim-ilim!
O sahili bu sahilə birləşdirən,
Polad körpüm qılıncımdır, günəşimdir
Mənim dilim!!!
 

"Vəfa xəzinəsi Firəngizim var "("Bitməmiş mahnılar" - VIII yazı

 

Adama elə gəlir ki, istiqlalçılıq və türkçülük mücahidi kimi tanıdığımız Xəlil Rza ciddi olub, amma, sən demə, o həm də əsl aşiq, qayğıkeş hıyat yoldaşı, ailə başçısı imiş.
Hər iki müsahibədə hörmətli Firngiz xanımın xatirələrini xüsusi bir maraqla oxudum. Hesab edirəm ki, belə Şəxsiyyətlər müqəddəa insanlardır. Onların qəzəbi də, sevgisi də bir həyat dərsliyidir. Allah Xəlill müəllimə rəhmət etsin. Firəngiz xanıma isə cansağlığı arzulayırıq.
 
"Ana və Uşaq"

"Vəfa xəzinəsi Firəngizim var "("Bitməmiş mahnılar" - VIII yazı

 

"Düz deyirlərmiş, hər zamanın özündə bir dahi yetişir. O dahi cəmiyyəti silkələyir, amma bu onun özünə də təsirsiz ötüşmür. Xəlil də elələrindən idi”.

Mənim o yerlərdə ayaq izim var,
Səadət aynası beş dənizim var.
Vəfa xəzinəsi Firəngizim var,
Onun ağ üzünə həsrət qalmışam…

Sevincli, bir qədər də narahat addımlarla pillələri qalxırdım. Bir zamanlar onun da bu pillələrdən qalxdığını təsəvvür edə-edə. Qulağımda isə Xumar Qədimovanın ifasında "Həsrət qalmışam” mahnısı təkrar-təkrar səslənirdi. Onun sözlərinə bəstələnmiş mahnı. Qədri vaxtında bilinməyən, ruhunun hayqırtısı, ürəyinin yanğısı ilə "O” bütün Azərbaycana bağlı idi. Hər misrası bir hikmət olan şair – Xəlil Rza Ulutürk!!!
Qapını açan şairin ömür-gün yoldaşı Firəngiz xanım məni görən kimi "Həəə, sən oldun Səməd Vurğunun Dürrəsi” – deyib özünə məxsus qonaqpərvərliklə məni içəri dəvət etdi. İçəri yenicə girmişdim ki, ayaqqabını çıxarmamağı dəfələrlə təkrar etdi. Utandım, bacarmaram dedimsə də məni dinləmədi. Qolumdan tutub içəri apardı. "Qızım, Xəlil bu evdə hər şeyi qoyub getdi, özü ilə aparmadı. Narahat olma, gəl”- dedi. Yaşadıqları haqqında çox eşitmişdim. Bu qədər iztirablı həyat və itkilər yaşayan bir qadının bu qədər humanist olmasına heyrət edirdim doğrusu.
"Bu qədər radikal olsa da yaşadığımız illər ərzində bir dəfə də səsini ucaltdığını eşitmədim”
 

"Vəfa xəzinəsi Firəngizim var "("Bitməmiş mahnılar" - VIII yazı

 

Heç bir sual vermədim özü başladı şairi deyil, sözün həqiqi mənasında həyat yoldaşını tərifləməyə. İlk sözə isə belə başladı: "1956-cı ildə ailə qurduq, 1994-cü ildə isə dünyasını dəyişdi. 38 il bir ömrü paylaşdıq. Xəlil çox nadir insan, şair və ər idi. Əməyi qiymətləndirməyi bacarırdı. Qayğıkeş idi. Bu qədər radikal olsa da yaşadığımız illər ərzində bir dəfə də səsini ucaltdığını eşitmədim. Əksinə, mənə mane olmaqdan narahat olardı. Mən politologiyadan dərs deyirdim. Bəzən sabahkı dərsə hazırlaşanda nəyisə etməmi xahiş edirdi. Sonra isə gülümsünərək deyərdi: "Təşəkkür, təşəkkür. Bağışlayın ki, Karl Marksla sizi ayırdım. (gülür)

"Hər axşam o evə gələnə qədər o dünyanı görüb gəlirdik”


"Düz deyirlərmiş, hər zamanın özündə bir dahi yetişir. O dahi cəmiyyəti silkələyir, amma bu onun özünə də təsirsiz ötüşmür. Xəlil də elələrindən idi. O, həmişə düz yolda idi. Ona inanırdım deyə mane ola da bilmirdim.
Əslində ikimiz də siyasətin içində idik. Sadəcə mən nəzəriyyəçi idim, o isə daima hərəkətdə olub. Xəlil həqiqətləri həmişə çılpaqlığı ilə deyirdi, ona görə onu qəbul etmirdilər. Bunu dəfələrlə özünə demişdim ki, bir az yumşaq de. Bacarmırdı. Hər axşam o evə gələnə qədər o dünyanı görüb gəlirdik.

"Heydər Əliyev dedi ki, Xəlil sən millətçi yox, millətini sevən şairsən”

Onun dissertasiyasını müdafiə etməyə mane olurdular. O vaxt çək-çevirlə Heydər Əliyevlə telefonla danışmağa nail olduq. Telefonda şikayətini deyəndən sonra Heydər Əliyev dedi ki, Xəlil sən millətçi yox, millətini sevən şairsən. Kaş ki, sənin kimi şairlər çox olardı. Get, müdafiə də edəcəksən, sənə Əməkdar İncəsənət Xadimi adını da mən verirəm”. İnanın Bakıya gələndə vəziyyət çox yüngülləşmişdi. Allah qəni-qəni rəhmət etsin, onun sayəsində hər kəs lazımı köməyi etdi.

"Vəfa xəzinəsi Firəngizim var "("Bitməmiş mahnılar" - VIII yazı

 

"Tutulacağını bilirdim”

Həbsxanaya getdiyi gün hava çox soyuq idi. Xəlil yanvarın 26-da tutulmuşdu. Əynində nazik kostyum var idi (fikri uzaqlara gedir). Tutulacağını bilirdim. Deyirdim, Xəlil, səni tutacaqlar, mən uşaqlarla qalacam ortada. Mən Ali məktəbdə dərs keçirəm, problem yaradacaqlar.
8 ay 13 gün həbsdə qaldı. 8 ayda 18 dəfə getdim yanına. Həbsxanaya gedəndə tək gəlmə deyirdi. Getməyəndə də inciyirdi. Bir dəfə həbsxanada olanda mənə bir şeir dedi.

Mən səni ömrüm boyu təbəssümlə görmüşəm,
Gülümsər gözlərindən sevinc, fərəh dərmişəm.
Sənin səadətinə həyatımı vermişəm,
Bəs nədi bu hıçqırıq?…. göz yaşı almaz-almaz?
Canavarlar önündə, gülüm, ağlamaq olmaz!

Həbsxanada onunla görüşə gedəndə dedim Xəlil, məni qoymadın dissertasiyamı müdafiə edim. Dedin redaktorun görüşünə tək getmə, mən aparacam. Nə oldu bəs indi Kruçkov kimilərlə görüşürəm (acı-acı gülümsünür).

"Vəfa xəzinəsi Firəngizim var "("Bitməmiş mahnılar" - VIII yazı


Müstəntiqlərlə görüşdüm. Kruçkovla görüşdüyüm zaman yumruğunu sərt şəkildə stola vurdu. Qrafin dağıldı, stolun üstündəki bütün kağızlar su oldu. Onun –"Səni də tutub atacam onun yanına”- deməsi məni qorxutmuşdu. Daha sonra yanındakına bu harda işləyir deyə müraciət etdi, o da Neft Akademiyasında işləyir dedi. Sevincim yerə-göyə sığmırdı. Bu səhv məlumat mənim həyatımı xilas etmişdi.

"Qorxurdum. Bilirdim ki, o məktublar tapılsa nələr ola bilər”

Çörəyin kənarını kəsib arasına nazik kağızda məktub yazıb yollayırdım Xəlilə. Sonra su ilə həmin kəsiyi birləşdirirdim ki, bilməsinlər. Banandan balaca bir yarpaq ayırır, ora papiros kağızından nazik kağız qoyurdum. Çörəkdəki məktubda yazmışdım ki, -"Yazıçılar İttifaqında müdafiə komitəsi təşkil etmişik səni xilas etmək üçün”. Çörəkdəki məktubda isə "Xəlil, gördün mən deyən oldu”- yazmışdım.
Qorxurdum. Bilirdim ki, o məktublar tapılsa nələr ola bilər. Amma yenə də risk edirdim. Böyük bacım dedi ki, Firəngiz gəl boşan. Bu adam bizim hamımızı ardı ilə aparacaq. Səndən əl çəkməyəcək. Dedim: "Ay qız, nə pislik edib o adam mənə? Yedirib, geydirib. Qayğıma qalıb.”
Bilirsən qızım, o məndən 1 manatını belə gizlətməyib. Nəyi olub qoyub stolun üstünə. Hər bir kişi öz qadınını xoşbəxt etməlidir. İndi Xəlil kimilər çox azdır. İndiki kişilər pullarını gizlədirlər. Düşün ki, mənə 13 dənə şuba alıb. İsrar edirdi ki, ağ şuba alım. Deyirdim ay Xəlil, neyləyirəm o ağ şubanı ki, içində qapqara görsənəcəm. Deyirdi 1-2 dəfə geyinərsən sonra kimə istəsən verərsən.

 

"Vəfa xəzinəsi Firəngizim var "("Bitməmiş mahnılar" - VIII yazı


"Bəlkə də iynəni dəyişdirdilər”

Firəngiz xanım şairin son anlarını danışdıqca, hələ də o anları yaşadığı üzündən hiss olunurdu: "Çətinliklə nəfəs alırdı. İynəni gözümün önündə vurdular. Allahın qarşısında günahkar olmaq istəmirəm. Bəlkə də iynəni dəyişdirdilər, bəlkə də yox. Bəlkə doğrudan da Allahın buyurduğu vədə çatmışdı. Tibb bacısı iynəni vurandan sonra gözləri sanki həqədəsindən çıxacaq vəziyyətə gəldi. Güclə eşidiləcək tərzdə qibləni göstərərək məni döndər dedi, sonra da keçindi. O vaxt mənə təəccüblü gələn o idi ki, Xəlilin yatdığı palata 5-ci mərtəbədə idi, Baş həkim isə 1-ci mərtəbədə otururdu. O dünyasını dəyişəndən sonra bütün xəstəxana heyəti bizim palata idi. Elə bil ki, təşkil olunmuş işə oxşayırdı”.

Ev-muzeyi təşkil olunsa onu xatırladan əşyalar üçün darıxmayacaqsınız sualına verdiyi cavab məni çox duyğulandırdı.
"Qızım, bizim içimizdəki xatirələr o qədər güclüdür ki, bu əşyalar o xatirələrin yanında cılız görsənir. Şəkildən ər olmaz, ara bir simasını unutmayım deyə baxıram o şəkillərə”.
P.S. Sağollaşan zaman "Getmə sənin üçün üç qardaş dolması bişirmişəm. Otur ye, sonra gedərsən”- dedi. Üzrxahlıq edib ayağa qalxdım. Əslində içdiyim bir stəkan çay və şirniyyatın dadı heç vaxt damağımdan getməyəcək. Çünki mən şair Xəlil Rza Ulutürkün evinin qonağı idim. Özü olmasa da, ruhu orda idi. Ruhun şad olsun, şair. Azərbaycanı ömrün boyu yaşatdın, Azərbaycan da səni yaşadır!!! 

 

 

"Vəfa xəzinəsi Firəngizim var "("Bitməmiş mahnılar" - VIII yazı

 

 

                                                                                                                                                       Dürrə Həsən 
                                                                                                                                Mənbəhttp://www.shdnews.com/main/20140923850.html

Xəlil...Hey!...

Tutub gözlərimi məhəbbət mənim,
Heç kimi görmürəm səndən savayı.
Gecəyə nur salan bir afət mənim,
Bəxtimin ən böyük səadət payı,
Heç kimi görmürəm, səndən savayı.

Xəlil Rza Uluturk 

Bəlkə də Firəngizi ovlayan, sevgi kəməndinə salıb qolu bağlı qula çevirən o qırmızıyanaq, qaynar baxışlı oğlanının özü yox, şirindən-şirin, ürəyə məlhəm, arzulara çıraq məhəbbət şerləri oldu. Görəsən sevgilisinin ilham pərisinə dönməsəydi, hər an dilindən süzülən "Firəngizim” kəlməsini eşitməsəydi, o gözəl-göyçək qızın tale yolları haralara uzanacaq, harda kəsişib ayrılacaq, harda qoşalaşacaqdı? O, öz sevgisinə, qismətinə Universitet illərində çatdı. Qismətdən qaçmağa, "kəndçi balasından” uzaqlaşmağa çalışdı. Bir az anasının, bir az bacısının qorxusundan, bir az oğlanın qəribəliklərindən, çılğınlığından. Ancaq qismətdən kim qaça bilib ki? Şairlərin sevgisi "amansız” olur, sadiqlərin sevgisi zamansız. Firəngiz xanım bu sevgiyə qədərki həyatından danışmaq istəmir.
– Xəlilsiz mən kiməm, heç kim. Əsil həyatım 1951-ci ildən başlayıb. Xəlili gördüyüm gündən, Xəlilə könül verdiyim andan. Gözüm bir onu gördü, ürəyim bir ona inandı. Hamıdan xəbərsiz barmağıma üzük taxıb – sən mənimsən – dedi.

 

 

"Vəfa xəzinəsi Firəngizim var "("Bitməmiş mahnılar" - VIII yazı


 

Köhnə Bakının sərt qanunlarıyla yaşayan ailədə böyüyən qənc qız üçün evdəkilərdən xəbərsiz üzük almaq ən azı cəsarətdi. Əsil cəsarəti isə üzük verən oğlan göstərmişdi. Hər tərəfdən kəsmişdi Firəngizin yollarını. Sevdirə bilmişdi özünü ona. O çağlar Firənğiz Dövlət Universitetinin tarix, Xəlilsə filologiya fakültəsinin jurnalistika şöbəsində oxuyurdu. Xəlil Firəngizi görmüşdü, sevmişdi, qərar vermişdi. Nə qızın atasından qorxurdu, nə anasından, nə müəllimlərdən çəkinirdi, nə də yaşıdlarından. Firəngizdən ötrü tələbə yoldaşının başını yarmışdı, "qız mənimdir” – deyə. Tələbə teatrında onu səhnədə görəndə qadağa qoymuşdu – mənim nişanlım səhnəyə çıxa bilməz, rayonda buna nə deyərlər? Bütün bu qadağalar isə toy gününəcən çəkir.
– Gəlin maşını Salyan rayonuna çatanda gördük hər yan palçıqdı. Mən ağ paltarda, ağ çəkmədə idim. Qaynatam məni qucağına alıb maşından düşürdü. Hamı baxa-baxa qalmışdı ki, gör kişi gəlinini necə çox istəyir. Bizim toya Bakıdan Xəlilin dostları – Qulu Xəliliov, Bəkir Nəbiyev, Vladimir Qafarov, Nəriman Həsənzadə gəlmişdi. Mənim bəxtəvər günlərim elə o çağlar başladı.
Bu çətin, çox çətin bir yolun, şərəfli ömrün başlanğıcı idi. O ömrün axşamları şerlə başlayar, səhərləri şerlə açılardı. Xəlil bəy demiş, hərə öz səngərində vuruşurdu. Xəlil poeziyanın, Firəngizin vurğunuydu, Firəngizsə şair arvadı, ev qadını kimi hər çətinliyə dözürdü. Sonra Moskva həyatı gəlir. Xəlillə Nəriman Həsənzadə Ali Ədəbiyyat institutunda təhsil almağa gedirlər. Firəngizlə Nərimanın həyat yoldaşı Sara Bakıda qalır. Bir belə, iki belə, gəlinlər sözü bir yerə qoyub ərlərinin yanına getməyi qərara alırlar. Canıyanmış rus qızlarına etibarmı var? Sara poçtdan Xəlillə Nərimanın adından özlərinə teleqram vurur: "Gəlin, sizi gözləyirik”. Teleqramı valideynlərinə göstərib yola düşürlər. Bir teleqram da Moskvaya göndərilir: "Qarşılayın, gəlirik”. Nə böyük cəsarət, nə usta hərəkət, nə ulu məhəbbət. Salyanın yağmurundan qorxan bakılı qız Moskva mühitinə tez alışır. Tələbə şəhərciyindən, ərindən aralı qalsa da, Xəlilin qulluğunda dayanır. Şəhərdən uzaqda yaşasalar da Moskvanı yaxşıca gəzir. Bir dəfə Sara ilə şəhər gəzintisindən gec qayıdırlar. Xəlil gəlinlərin hər ikisini möhkəm danlayır, hərəsinin üzünə bir sillə vurur.

"Vəfa xəzinəsi Firəngizim var "("Bitməmiş mahnılar" - VIII yazı

 

– Bu sillə mənə dərs oldu. Bir daha Xəlilidən xəbərsiz hərəkət eləmədim. Qadın nə qədər sərbəst, müstəqil olsa da kişinin öz yeri var. Kişinin sözü qanundur.
Aylar, illər ötür, Xəlilin ata, Firəngizin ana olmaq istəyi gecikir. Onda kalmıkiyalı rəfiqəsi Firəngizə deyir: "Bizdə adətdir, uşağı olmayan gəlinlər heykəlciklər almalıdırlar. Məsələn, altı fil balası. Belədə övladın olar, ailəyə xoşbəxtlik gələr”. Elə də olur. Ancaq toydan yeddi il sonra. 1964-cü ildə Təbriz dünyaya gəlir.
-Mən ömrünü həyat yoldaşına həsr edən, onun arzularıyla yaşayan sədaqətli qadınlardan olmuşam. Xəlil tələbkar olmasa belə, qulluğunda durmuş, ona daxili azadlıq vermiş, bütün qayğılardan uzaqlaşdırmışam. Xəlil yalnız yaradıcılıqla məşğul idi. Ayda nə qədər pul qazandığını da bilmirdi. Maaşı, kitablarının, məqalələrinin pulu əmanət kassasına köçürülür, ordan mən alırdım. Bir manatın da haqq-hesabını aparmırdı. Odur ki,Xəlil həbsdə olanda mustəntiqin – O pulu çoxmu sevirdi? – sualına ürəklə "xeyr” – deyə cavab verdim. Təzə nişanlananda mənə "Karmen" ətiri və qara rəngli bir corab bağışlamışdı. Dedim, bu nədir almısan? Sən heç nə ala bilmirsən ki. Hər şeyi özüm alacam. O gündən Xəlil dükan – bazar üzü görmədi. Həyatımız adi axarındaydı. Bunula belə əsil xoşbəxtliyimiz Təbriz dünyaya gələndən sonra başladı. Sevimli əri, körpə balası. Qadına daha nə gərəkdir?
Qadına diqqət, qayğı, hörmət və məhəbbət də gərəkdir. Bunları Xəlil bəy xanımından əsirgəmirdi.
Azərbaycan, Türkan, Salyan ürəyimdədir
Sən isə ürəyimin başında.
– Xanımına xoş söz söyləyən kişilər azdır. Şair xanımlarının bu sarıdan bəxti gətirib. Firəngiz xanım şairin ilk oxucusu, tənqidçisi və katibəsiydi- şerləri makinada yazırdı…
…Firəngiz xanım əri ilə çiyin-çiyinə addımlayıb, çətin, xoş günlərdə, səfərlərdə, görüşlərdə həmişə yanında olub. Şair Nəbi Xəzri zarafatla deyərmiş:
– Firəngiz Xəlilin çemodanıdır. Hara gedir özü ilə aparır.

"Vəfa xəzinəsi Firəngizim var "("Bitməmiş mahnılar" - VIII yazı

Fimar Asimqızı
Mənbə:http://vipmedia.info/news/5066.html

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz