» » Çörəyə belə münasibətlə barışmaq olmaz

Çörəyə belə münasibətlə barışmaq olmaz

Müəllif: Litota от 16-10-2016, 10:46

 


Çörəyə belə münasibətlə barışmaq olmaz

 

Biz uşaqlıqda görmüşük ki, çörək evin ən təmiz, uca yerində saxlanar. Yerdə çörək qırıntısı görsən əgər, gərək əyilib götürəsən: öpüb 3 dəfə gözlərinə sürtəsən və bundan sonra onu uca bir yerə qoyasan.

Çörək elə bir nemətimiz, ölçümüz ki, onu heç bir maraq, əyləncə vasitəsinə xidmət edən eksponata çevirmək olmaz. Sosial şəəkələrin birində şörək haqqında yazımış bir şeirdə necə də doğru dəyərləndirilib:


Bu sözdə həkk olunub həyat elə bil,

Çörək nemətlərin başı sayılıb.

Yaxşı ki, qılıncı kəsənlər deyil,

Duz-çörək kəsənlər kişi sayılıb.


İnsan daş- qaş üçün darıxmayıbdır,

Yarpaq tək bir dənin üstdə əsibdir.

Düşməni də olsa kəc baxmayıbdır,

Kim ki birisiylə çörək kəsibdir.


Bəli, dədə-babalar çörəyi belə müqəddəs sanıblar. Çörək sülh, barışıq vasitəçisi olub. Kimisə çörəkli etmək ən böyük humanist addım hesab olunub. Şörəyə and içmək ndların ən müqəddəsi sayılıb.


Bu nemət olubdur cəsarət ürək,

Ləli yox, çörəyi olan doyubdur.

Kim görüb torpaqda bir tikə çörək,

Öpüb, gözlərinin üstə qoyubdur.


Çörəkdə nə hikmət, müqəddəslik var,

Onunla çox çətin yol keçibdilər.

Haqqa inam olsun deyə babalar,

İlk dəfə çörəyə and içibdilər.

 

Çox doğru müşahidə və qənaətdir. Çörək ən birinci nemət və güvənc yerimizdir. Onu nə qədər qorusaq, qədrini bilsək, çörəyə və çörəkçiyə hörmət etsək, bir o qədər ruzili olarıq. Amma çox təəssüf ki, bəzən həyatda bunun əksinə də rast gəlirsən. Bəzi insanlar var ki, guya kreativlik nümayiş etdirir, çörəkdən müxtəlif suvenir və bəzək nümunələri yaradır. Heç kim keativliyin əleyhinə deyil.

Bir sözlə, kreativlik hər kəsin sağında-solundadır. 


 

Çörəyə belə münasibətlə barışmaq olmaz

 

"Creative" sözü mənşəcə ingilis sözüdür, türk dilində, eləcə də bizim dildə "yaradıçı”, "fərqli düçüncə” kimi mənaları ehtiva edir.

Bu gün sərbəst bazar iqtisadiyyatıdır, təbiidir ki, müştəri bu bazardan hər zaman yenilik gözləyir və daim fərqli şeylər axtarır. Bu, istər əşya olsun, istər xidmət, istərsə də münasibət, sadəcə, hər nədirsə, onun üçün gözlənilməz olsun.Onu da qeyd edək ki, insanlar kreativliyi daha çox əşyalarla görəndə onun fərqində olurlar. Bir sözlə, kreativlik hər kəsin sağında-solundadır. Sadəcə, onu görmək lazımdır. Belə şeyləri özünüz yaratmaq üçün isə fərqli düşünmək, fərqli görmək lazımdır ki, qeyri-adi, fərqli nəsə yarada biləsən, münasibət sərgiləyə biləsən. Bu isə kortəbii olaraq yarana bilməz ki. Gərək daim axtarışda olasan, daim mütailə edəsən, səyahətlər, ünsiyyətlər əhatəsində olasan, bir sözlə, zəngin məlumatlara malik olasan. Ətrafında heç nəyə biganə olmayasan. Əşya və hadisılər arasında səbəb-nəticə əlaqələrini dəyərləndirə biləsən.


 

                                       Çörəyə belə münasibətlə barışmaq olmaz

 

Çörəyə belə münasibətlə barışmaq olmaz


Məsələn, budaqlardan çərçivə düzəltmək, yarpaqlardan bağ keçidi düzəltmək; avtomobil şinlərindən, plastik qablardan gül dibçəkləri; fanerka və taxtalardan kitab dolabları, paltar asılqanları və s.

yuxarıda təqdim etdiyimiz  kreativlik nümunələri də pis təsir bağışlamır, görən kimi adamda təbəssüm yaranır.    

Amma aşağıda indi təqdim edəcəyimiz kreativlik nümunələri, fikrimcə, doğru sayıla bilməz.


Çörəyə belə münasibətlə barışmaq olmaz

Çörəyə belə münasibətlə barışmaq olmaz

Çörəyə belə münasibətlə barışmaq olmaz

Çörəyə belə münasibətlə barışmaq olmaz

Çörəyə belə münasibətlə barışmaq olmaz 

Çörəyə belə münasibətlə barışmaq olmaz

Çörəyə belə münasibətlə barışmaq olmaz

Çörəyə belə münasibətlə barışmaq olmaz

Çörəyə belə münasibətlə barışmaq olmaz

Çörəyə belə münasibətlə barışmaq olmaz

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz