» » “Həmidənin zəhmətin çiynimdə mən çəkərdim “

“Həmidənin zəhmətin çiynimdə mən çəkərdim “

“Həmidənin zəhmətin çiynimdə mən çəkərdim “

1911-ci ildə Sabir Tiflisdə müalicə olunarkən Həmidə xanım Məmməduluzadə şairə haqqında bəhs edəcəyimiz kimi, hədsiz səmimi qayğı və maddi yardım göstərir. Onun bu insanpərvər xidmətlərini nəzərdə tutan Sabir minnətdarlıq hissilə bildirirdi:

Əgər əcəl əlində əyilməsəydi qəddim,
Həmidənin zəhmətin çiynimdə mən çəkərdim.

Əfsus ki, böyük şairin qəddi əcəlin əlində əyildi. Şair üzərində çərrahiyyə əməliyyatı etmək istəsələr də, o buna razı olmamış: "mənim mədəm pul kisəsi deyil ki, istəyəndə açasınız, istəyəndə örtəsiniz" demiş və Şamaxıya qayıtmış və bir müddət sonra gözlərini yummuşdur.
Amma fakt budur ki, Həmidə xanım Sabiri yad mahalda öz evində saxlayıb, qulluğunda durub. Eşq olsun... Məzarı nurla dolsun. Əsl-nəcabətinin dünyasını dəyişmişlərə min rəhmət, qalan yadıgarlra təşəkkür, təşəkkür... İnsanlığın rəzalət səviyyəsinə meyil etdiyi indiki zamanda belə şeylər oxumasaq, başımıza hava gələr. Yaxşılarımız var, mən elə düşünürəm ki, çox azdır və keyfiyyətcə o dövrdəki yaxşılıqlardan geri qalır. 
Bir tanış söyləyir ki, çox-çox əvvəl ətraf rayonlardan birində fəaliyyət göstərən peşə məktəbindən bizim kəndə UAZ maşında 1 qadın və sürücü gəlmişdi, peşə məktəblərinə uşaq yığırdılar. Bir valideyn qadını görən kimi dərhal razılıq verdi, uşağının ad-familiyasını yazdırdı və xanıma dedi ki, ünvanınızı verin, gələndə birbaşa yanınıza gətirim. Xanım da dedi ki, elə məktəbin özünə gətirsəniz, kifayətdir. Bunlar 1 deyil, iki deyil... Bir qadın olaraq, evli qadın olaraq kişi üçün bu mərtəbədə qayğı göstərmək, qulluğunda durmaq çox böyük cəsarətli addımdır və bu gün içində mən də olmaqla kişilərimizin qadınlarına əsla belə xeyirxahlığı bağışlamayacağı bir addımdır. Söz yox ki, bu əsilzadə Xanım Sabirə edirdi bu xeyirxahlığı və xalqı naminə edirdi, ərinin ideal qardaşı naminə edirdi. Baxma, o dövrdə gözlərindən, burnundan başqa yerləri naməhrəmə görünməsi qadağan edilən Azərbaycan qadınının yad kişinin xidmətində durması özü üçün də, əri üçün də başağrısı ola bilərdi. Həmidə xanım bütün bunları bilirdi və Allahın hüzurunda pak qəlbə malik olduğu üçün edirdi. Sabir kimi ölməz şairimizə Həmidə xanımın minnətdarlığını etmək şəxsən qismət olmadı. Amma yaxşılıq, xeyirxahlıq itmir. Kimə edilməsindən, kim etməsindən asılı olmayaraq belə nəcabətli insanlara hamımız borcluyuq, belə keyfiyyətlər həyat əlamətləridir və bu mənada da Həmidə xanım həyatımızın qorunmaı naminə edib bu xeyirxahlığı. Böyük Sabirin yerinə biz rəhmət oxuyacağıq hər zaman:
Allah rəhmət etsin!

Həmidə Məmmədquluzadə (19 yanvar 1873-ci il, Kəhrizli, Ağcabədi, Rusiya İmperiyası - 6 fevral 1955-ci il, Bakı) — Azərbaycanın ilk maarifçi qadınlarından biri, Cəlil Məmmədquluzadənin həyat yoldaşı, tarixçi Əhməd bəy Cavanşirin qızı, xeyriyyəçi, tərcüməçi, Azərbaycan Yazıçılar İttifaqının üzvü.
Həmidə xanım Cavanşir-Məmmədquluzadə 1873 -cü ildə Şuşa qəzasının Kəhrizli kəndində zəmanəsinin görkəmli maarifçi ziyalısı, tarixçi Əhməd bəyin ocağında dünyaya gəlmişdi. Nəcib bir insanın ailəsində dünyaya göz açan Həmidə xanımın Azərbaycan mədəniyyətinə və ədəbiyyatına həsr olunan böyük ömür yolu da məhz "ot kökü üstə bitər" məsəli ilə tam uzlaşır. Ailə məktəbində təhsil alan Həmidə xanım hələ yeniyetmə illərində rus dilini səlis qavrayaraq, o dövrün kənd qızları üçün səciyyəvi olmayan yüksək intellektə, geniş dünyagörüşə malik olmuşdu. İlk həyat yoldaşı zadəgan nəslindən olan podpolkovnik İbrahim bəy Davatdarov cəbhədə həlak olandan və atasını itirəndən sonra Həmidə xanım Cavanşir Kəhrizlidə ata mülkünü idarə etmişdi. 1905-ci ildə Tiflisdə tanış olduğu Mirzə Cəlil Məmmədquluzadəyə iki il sonra ərə gedərkən bu izdivac çoxlarına xoş getməmiş, nikah onun əsilzadə nəslinə yaraşdırılmamışdı. Lakin Həmidə xanım bütün maneələrə cəsarətlə sinə gərərək, Mirzə Cəlilə vəfalı və fədakar ömür-gün yoldaşı olmaqla yanaşı, həm də ustad sənətkarın ən yaxın maarifçi silahdaşı, ziyalı həmdəmi, "Molla Nəsrəddin"in isə xeyirxah himayədarı olmuşdu. Bütün varidatını, sərvətini həyat yoldaşının yaradıcılığına böyük ürəklə sərf edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Mirzə Cəlillə 25 il əsl məhəbbət və qarşılıqlı ehtiramla ömür sürmüşdü. Bu illərdə Mirzə Cəlil nə qədər kəskin zərbələrə, ittihamlara tuş gəlsə, nadanlıqla qarşılaşsa da, ən çətin günlərdə Həmidə xanım ona mənəvi dayaq olmuş, bu böyük insanı daim nikbin ovqata kökləmiş, onun bütün ağır sınaqlardan mətanətlə çıxmasına yardım göstərmişdi.

“Həmidənin zəhmətin çiynimdə mən çəkərdim “

Tarix Həmidə xanım Cavanşir-Məmmədquluzadəni böyük xeyriyyəçi və cəfakeş insan kimi yaddaşlara həkk edib. Tək Kəhrizli kəndinin deyil, cümlə Qarabağın ona kömək üçün pənah gətirən insanlarının əlindən tutan, qayğılarını həll edən bu xanım həm də o dövrün yardıma ehtiyacı olan ziyalılarının da problemlərini həll etmişdir. Ciddi xəstəliyi olan Mirzə Ələkbər Sabir məhz Həmidə xanımın məsləhəti ilə Mirzə Cəlil tərəfindən Tiflisə müalicə üçün dəvət alır.
Sabir bu hadisəni Abbas Səhhətə yazdığı məktubda belə xatırlayırdı: "Mirzə Cəlil və Həmidə xanım cənablarından çox razıyam. Bilmirsən mənə nə qədər ehtiram edirlər! Bu neçə müddətdə təmam məxaricimi və zəhəmatımı mütəhəmmil olmuşlar. Mənim mehmanxana, ya xəstəxanada yatmağıma razı olmadılar, öz evlərində mənzil vermişlər. Xülasə, bilmirəm nə dil ilə təşəkkür edim".

 

“Həmidənin zəhmətin çiynimdə mən çəkərdim “

Həmidə xanımın Sabirə göstərdiyi qayğı haqqında isə Azərbaycan ziyalılığının baş tacı olan Üzeyir bəy Hacıbəyli xüsusi məqalə yazmışdır. Məqalə bu sözlərlə bitirdi: "Qoy ədəbiyyat tarixinə yazılsın ki, Sabir kimi şairi diriliyində təqdir edən bir kişi olmadısa da, bir nəfər arvad oldu ki, şairin iadei-səhhəti üçün, milyonçu kişilərə rəğmən, öz varından keçəcək qədər böyük bir hamiyyət göstərdi". Bu hadisə Həmidə xanım Cavanşir-Məmmədquluzadənin vətəndaş mahiyyətini, xeyirxah əməllərini əks etdirən yüzlərlə faktdan yalnız biridir.
Həmidə xanım 1912-ci ildən Kəhrizlidə öz vəsaiti hesabına məktəb açır və burada dərs deyir. Mirzə Cəlilin vəfatından sonra da ölkənin ictimai-ədəbi həyatında fəal mövqe tutan Həmidə xanım Yazıçılar İttifaqına üzv seçilmiş, ömür-gün yoldaşının əsərlərini tərcümə etməklə yanaşı, bu böyük sənətkarla bağlı kövrək xatirələrini böyük ustalıqla qələmə almışdır. 1955-ci ildə vəfat edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Fəxri Xiyabanda Mirzə Cəlilin məzarı yanında dəfn olunmuşdur.

“Həmidənin zəhmətin çiynimdə mən çəkərdim “

“Həmidənin zəhmətin çiynimdə mən çəkərdim “

“Həmidənin zəhmətin çiynimdə mən çəkərdim “

“Həmidənin zəhmətin çiynimdə mən çəkərdim “

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz