» » Ancaq özlərinə möhtac olanlar ( "Bitməmiş mahnılar" - II yazı )

Ancaq özlərinə möhtac olanlar ( "Bitməmiş mahnılar" - II yazı )

 

Ancaq özlərinə möhtac olanlar ( "Bitməmiş mahnılar" - II yazı )

Ancaq özlərinə möhtac olanlar ( "Bitməmiş mahnılar" - II yazı )

Ancaq özlərinə möhtac olanlar ( "Bitməmiş mahnılar" - II yazı )

 

Həmidə Məmmədquluzadə —

Azərbaycanın ilk maarifçi qadınlarından biri, Cəlil Məmmədquluzadənin həyat yoldaşı, tarixçi Əhməd bəy Cavanşirin qızı, xeyriyyəçi, tərcüməçi, Azərbaycan Yazıçılar İttifaqının üzvü


Ancaq özlərinə möhtac olanlar ( "Bitməmiş mahnılar" - II yazı )

Həmidə xanım Cavanşir-Məmmədquluzadə 1873 -cü ildə Şuşa qəzasının Kəhrizli kəndində zəmanəsinin görkəmli maarifçi ziyalısı, tarixçi Əhməd bəyin ocağında dünyaya gəlmiş, Cəlil Məmmədquluzadənin həyat yoldaşı olmuşdur. Nəcib bir insanın ailəsində dünyaya göz açan Həmidə xanımın Azərbaycan mədəniyyətinə və ədəbiyyatına həsr olunan böyük ömür yolu olmuşdur. Həmidə xanım hələ yeniyetmə illərində rus dilini səlis qavrayaraq, o dövrün kənd qızları üçün səciyyəvi olmayan yüksək intellektə, geniş dünyagörüşə malik olmuşdu. İlk həyat yoldaşı zadəgan nəslindən olan podpolkovnik İbrahim bəy Davatdarov cəbhədə həlak olandan və atasını itirəndən sonra Həmidə xanım Cavanşir Kəhrizlidə ata mülkünü idarə etmişdi. 1905-ci ildə Tiflisdə tanış olduğu Mirzə Cəlil Məmmədquluzadəyə iki il sonra ərə gedərkən bu izdivac çoxlarına xoş getməmiş, nikah onun əsilzadə nəslinə yaraşdırılmamışdı.


Ancaq özlərinə möhtac olanlar ( "Bitməmiş mahnılar" - II yazı )

Lakin Həmidə xanım bütün maneələrə cəsarətlə sinə gərərək, Mirzə Cəlilə vəfalı və fədakar ömür-gün yoldaşı olmaqla yanaşı, həm də ustad sənətkarın ən yaxın maarifçi silahdaşı, ziyalı həmdəmi, "Molla Nəsrəddin"in isə xeyirxah himayədarı olmuşdu. Bütün varidatını, sərvətini həyat yoldaşının yaradıcılığına böyük ürəklə sərf edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Mirzə Cəlillə 25 il əsl məhəbbət və qarşılıqlı ehtiramla ömür sürmüşdü. Bu illərdə Mirzə Cəlil nə qədər kəskin zərbələrə, ittihamlara tuş gəlsə, nadanlıqla qarşılaşsa da, ən çətin günlərdə Həmidə xanım ona mənəvi dayaq olmuş, bu böyük insanı daim nikbin ovqata kökləmiş, onun bütün ağır sınaqlardan mətanətlə çıxmasına yardım göstərmişdi.

Həmidə xanım 1912-ci ildən Kəhrizlidə öz vəsaiti hesabına məktəb açır və burada dərs deyir. Mirzə Cəlilin vəfatından sonra da ölkənin ictimai-ədəbi həyatında fəal mövqe tutan Həmidə xanım Yazıçılar İttifaqına üzv seçilmiş, ömür-gün yoldaşının əsərlərini tərcümə etməklə yanaşı, bu böyük sənətkarla bağlı kövrək xatirələrini böyük ustalıqla qələmə almışdır. 1955-ci ildə vəfat edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Fəxri Xiyabanda Mirzə Cəlilin məzarı yanında dəfn olunmuşdur.


Ancaq özlərinə möhtac olanlar ( "Bitməmiş mahnılar" - II yazı )

Məleykə Hacıbəyli —

Azərbaycan musiqisinin görkəmli nümayəndəsi, bəstəkar, yazıçı, publisist Üzeyir Hacıbəyovun həyat yoldaşı. Aktyor, kommunist Hənəfi Terequlovun bacısı

 

Ancaq özlərinə möhtac olanlar ( "Bitməmiş mahnılar" - II yazı )

Ancaq özlərinə möhtac olanlar ( "Bitməmiş mahnılar" - II yazı )

Ancaq özlərinə möhtac olanlar ( "Bitməmiş mahnılar" - II yazı )

Məleykə Hacıbəyli Tiflisdə Qızlar Gimnaziyasında oxumuş, pedaqoji fəaliyyət göstərmişdir. 1910-cu ildə Üzeyir bəy Hacıbəyovla ailə qurduqdan sonra Bakıya köçmüşdür. O, Bakda da pedaqoji fəaliyyətini davam etdirmiş, Azərbaycanda konservatoriya təşkil olunandan sonra Üzeyirin məsləhəti ilə həmin ali məktəbə daxil olmuşdur.

Üzeyir bəy Hacıbəyovun ölümündən sonra "Arşın mal alan" musiqili komediyasının klavirinin Bakıda, "Koroğlu" operasının klavirinin isə Moskvada nəşr olunub işıq üzü görməsində böyük əməyi və xidməti olmuşdur. Məleykə Hacıbəyli 1966-cı ildə vəfat etmişdir.

Üzeyir Hacıbəyovdan 18 il "Sənsiz " yaşamışdır.


Ancaq özlərinə möhtac olanlar ( "Bitməmiş mahnılar" - II yazı )

Xavər Əhməd qızı Vəkilova —

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü

Azərbaycanın Xalq şairi Səməd Vurğunun həyat yoldaşıdır.

Azərbaycanın Xalq yazıçıları Vaqif Yusif Səmədoğluların, Əməkdar mədəniyyət işçisi Aybəniz Vəkilovanın anasıdır.


Ancaq özlərinə möhtac olanlar ( "Bitməmiş mahnılar" - II yazı )

Səmədi ilk dəfə görəndə 14 yaşım var idi. Həmin an heç ağlıma da gəlməzdi ki, məndən iki addım o yanda - qonaq otağında tanınmış ədiblərlə yanaşı əyləşən qaraşın oğlan gələcək taleyimin məhəbbət çırağını yandıracaq. Artıq o vaxtlar Səmədi poeziyasından tanıyırdım. Kitabları yenicə nəşr edilmişdi, mən də dərc edilən bəzi şerlərini əzbərdən bilirdim. Ümumiyyətlə, şair və yazıçıların çapdan yenicə çıxan əsərlərini alıb oxumaq bizim gəncliyimizdə fəxr sayılardı.

 

Texnikumda təhsil alarkən arada görüşürdük. Mən görüş təyin edilən yerə adətən Səməddən tez gələrdim. O isə ertədən gəlib onun yolunu gözləməyimdən narahat olub əl-ayağa düşərdi:

- Sənə qurban olum, Xavər, lap uşaqsan ki! Tez gəlib gözləmə. Qoy mən səni gözləyim...

Anam Səməd üçün məxsusi olaraq şorqoğal, şəkərbura və digər şirniyyatlar bişirər, mən də görüşə gedəndə özümlə aparıb ac şairi yedirdərdim.


Ancaq özlərinə möhtac olanlar ( "Bitməmiş mahnılar" - II yazı )

1956-cı il mayın 27-si tarixi isə sevgi ilə keçən birgə həyatımızın, demə, son gecəsiymiş. Mən evdə hərləndikcə Səməd elə hey arxamca baxırdı. Birdən nə düşündüsə, məni yanına çağırıb dedi:

- Cananım, qoy ayağa qalxım, ayaqqabılarının dabanını qızıldan qayıtdıracam...

Sonra da sızıldayıb əlavə etdi:

- Xavərim, məni öz yatağına keçir, bəlkə orada rahat oldum.

Onu qucağıma alıb yerini dəyişdim. Məmnunluqla dərindən nəfəs alıb «oxay» dedi. Bir-birimizə sarılıb ağlaşdıq. Bilmirəm, bu vəziyyətdə nə qədər qalmışdıq. Lakin onun bədəninin soyuduğunu hiss edib üzünə baxdım. Məhəbbət və sevgi aşiqi olan şairim qollarımın arasından sürüşüb yatağa düşdü. Necə hayqırdımsa, səsimə evdəki adamların hamısı gəldi. Onu necə qucaqlamışdımsa, evdəkilər bizi bir-birimizdən ayıra bilmirdilər. ‚stündən bir xeyli keçəndən sonra özümə gəlib qonaq otağına keçdim, şairin ölüm anını əbədiləşdirmək üçün xoşbəxt günlərimizin şahidi olan kəfkirli saatı dayandırdım…

Şairimi itirdiyim gündən mənim üçün saniyələr, dəqiqələr dayanıb. Bu müddətdə Vurğunun üç övladını böyütmüşəm. Onun mənə aldığı zinət əşyalarını çətin günlərimizdə satıb uşaqlara xərcləmişəm. Övladlarımız böyüyüb atalarına layiq yaşayıb-yaratdılar. Çox çətinliklərlə rastlaşsalar da, Səmədin yoluna xəyanət etmədilər…

Əslində, Səməd mənim üçün yalnız cismən yoxdur. Səhərimi onun adı ilə açır, gecələri adı dodaqlarımda yuxulayıram.

Səmədin ölümündən çox sonralar özümə bir nişan üzüyü alıb içərisində onun və özümün adlarımızı həkk elətdirdim. Vəsiyyət etmişəm ki, öləndə sinəmin üstünə Səmədimin şəklini qoyub həmin üzüklə birgə dəfn etsinlər.

Mən Səmədi özütək sevməyi ölümündən sonra öyrəndim. Təkcə nisgilim qovuşacağımız günün həsrətidir. Yəqin, ruhlarımız görüşəndə Səmədin öz ilham pərisini ağ saçlı, qəddi əyilmiş görməsinə sıxılacam. Axı onun 50, mənim isə 85 yaşım var. Təsəllim 47 illik ayrılığımız zamanı ona hər işdə sədaqətli olmağımdır…


Ancaq özlərinə möhtac olanlar ( "Bitməmiş mahnılar" - II yazı )

 

Mənbə: Xalq şari Səməd Vurğunun həyat yoldaşı Xavər Vəkilovanın vaxtilə "El" jurnalına verdiyi müsahibəsi

(Bax:http://retro.anaveusaq.az/layihe-ve-muzakireler/6654-ancaq-ozlerine-mohtac-olanlar-bitmemish-mahnilar-yazi-.html)

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz