» » Bitməmiş mahnılar (I yazı)

Bitməmiş mahnılar (I yazı)

  

Bitməmiş mahnılar (I yazı)

Bu yazı ilə yeni bir layihəyə start verdik. Məşhur şəxslərin, məsələn, qəhrəmanların, alimlərin, yazıçı, bəstəkar, rəssam və digər peşə sahiblərinin çox vaxt rəsmi tərcümeyi-halı, konkret fəaliyyəti ilə bağlı müəyyən məlumatlara malik oluruq, amma şəxsi həyatları çoxlarına məlum olmur. Bir insanı hüquqşqnas kimi tanıyırıqsa, əməkdar elektrik mühəndisi kimi, geoloq kimi tanıyırııqsa, onlar haqqında söz düşəndə ilk əvvəl gələn onların peşə fəaliyyətləri olur. Amma bilmirik ki, bu insanlar hnsı musiqiləri sevib, uşaqlar onlarda hansı təəssüratı yaradıb, bu insanlar məhəbbətə, qadına necə həssas olublar və s. Bir az cəhd edib bunları da öyrənəndə həmin şəxslər düşüncələrimizə tam hakim kəsilirlər.
Bu mənada görkəmli şəxslərin sevgi həyatı məni də həmişə maraqlandırıb və hesab edirəm ki, onların şəxsi həyatlarından da əxz edilməli çox örnəklər var.
Yəni, bu şəxslər ictimai-mədəni həyatımızın simasını müəyyənləşdirən şəxslər olublar...Onlar insanı, insanlığı gözəlləşdirən nə varsa, onlara bizdən daha mükəmməl vaqifdirlər. Özləri də, xanımları da... Və onlar bunu sədaqətləri ilə sübut da ediblər.

Bitməmiş mahnılar (I yazı)

Bitməmiş mahnılar (I yazı)

Bitməmiş mahnılar (I yazı)


Əvvəlcə, istəyirdim ki, dəyərli oxucularımıza tanınmış şəxsiyyətlərin xanımları barədə məlumat verək . Sonra bunları qruplaşdıranda məlum oldu ki, ancaq hörmət bəslədiyimiz insanların, yəni kişi yazıçıların xanımları dünyasını dəyişdiyi kimi, yazıçılar da var ki, onlar dünyasını dəyişib, xanımları özlərindən sonra uzun illər bu yoxluğun acısını yaşamış və ya yaşamaqdadır: Cavid əfəndinin xanımı Mişkinaz xanım, C.Cabbarlının xanımı Sona xanım, Əhməd Cavadın xanımı Şükriyyə xanım, Mikayıl Müşfiqin xanımı Dilbər xanım, Əli Kərimin həyat yoldaşı Elza xanım Kərimova, Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə xanım Kəsəmənli, Söhrab Tahirin xanımı Südabə xanım və daha neçə nəfər.
Əgər sevgi nəğməsi yarımçıq qalmış ədəbiyyat və sənət xadimlərimiz xanımlarını bu qədər təqdir edirlərsə, onda tək qalıb, saçının birini ağ, birini qara hörüb yarımçıq qalmış elegiyasını içində, ruhunda pıçıldayan xanımlarımızı da biz təqdir edək... İlk olaraq Mişkinaz xanım Cavidi, Şükrüyyə Cavadzadəni, Dilbər Axundzadəni təqdim edirik.
Mişkinaz Cavid

Bitməmiş mahnılar (I yazı)

 

H. Cavidin ilk oxucusu olmuş, onların üzünü köçürmüşdür. "İblisin intiqamı" pyesinin onun xətti ilə köçürülmüş surəti olmasaydı, böyük şair və dramaturqun repressiya qurbanı olmuş başqa əsərləri kimi, bu əsər də itəcəkdi.
Hüseyn Cavidin həbsindən sonar tikiş artelində işləmiş, mənzilləri əlindən alınmış, məşəqqətli günlər yaşamışdır. Lakin bu qeyrətli qadın bütün əzab-əziyyətlərə mərdliklə sinə gərərək dahi ərinin şərəf və ləyaqətini uca tutmuşdur. Hüseyn Cavidlə bağlı xatirələrinin bir qismi çap olunmuş, bir qismi isə böyük şairin Bakıdakı ev-muzeyində saxlanılır. Məzarı Yasamal qəbirstanlıqında yerləşir.

Bitməmiş mahnılar (I yazı)


Bitməmiş mahnılar (I yazı)

 

Şükriyyə xanım
 

Bitməmiş mahnılar (I yazı)

 

Şükriyyə xanımla unudulmaz Əhməd Cavadın qəribə taleləri kimi, qəribə də tanışlıqları da olmuşdur.
O vaxtlar Batumda türk ordusuna yardım komitəsi vardı, Əhməd Cavad həmin komitənin rəhbəri idi.
Batumda yaşayan iki mindən artıq azərbaycanlının uşaqları üçün ayrıca məktəb açmaqdan ötrü Bakıya qayıdıb Hacı Zeynalabdin Tağıyevlə görüşmüş, lazımı vəsaiti alıb məktəbin açılmağına nail olmuşdu.
Əhməd Cavad qismətini qanlı-qadalı günlərdə tapır. Batumda xeyriyyə işlərinə kömək edən Süleyman bəylə tanış olur, dostlaşır. Bəy qızı Şükriyyə 16 yaşında imiş, gimnaziyada oxuyurmuş. Cavad əfəndinin kirələdiyi ev də Süleyman bəyin evi ilə üzbəüz imiş. Elçi düşməyə utanır, dostu Əli Səbridən xahiş edir ki, istəyimi bəyi Süleymana çatdırsın. Türk əsilli acar bəyi Süleyman sərt idi, qızı Cavada vermir.
 

Bitməmiş mahnılar (I yazı)


Elçi söz altında qalmır: "verməzsən, qaçırdarıq” deyir. Şükriyyə xanımın xatirələrindən: "Novruz bayramına az qalırdı, səhər-səhər suya getmişdim. Elə təzəcə bulağa çatmışdım ki, hardansa o, yanımda peyda oldu. "Səni aparsam, mənimlə gedərsənmi?” Diksindim, sonra anladım ki, başqa yol yoxdur. Dedim, bir azdan atam yığıncaqda iştirak etmək üçün evdən çıxacaq, gələrəm, gedərik. Günortaya yaxın gəldim. Cavad neçə saatdı durduğu yerdə bitib qalmışdı. Çox həyəcanlı görünürdü... Piyada yolla, ayrı-ayrılıqda gedib şəhərin kənarına çıxdıq, faytona mindik. Onunla ilk dəfə yan-yana oturduq. Birdən məni dəli bir ağlamaq tutdu. Mənə elə gəldi, doğma şəhərimi bir də ömrüm boyu görməyəcəm. Mənim ağlamağım onu da ağlatdı. Gəncədə toyumuz oldu. Biz Cavadın ata yurduna – Seyfəli kəndinin Mehirli tirəsinə gəlmişdik. Burda Cavadın beş hektardan artıq ata torpağı vardı. Biz sonralar bu torpağı əkib-becərənlərin verdiyi pulla dolanırdıq. Cavadın ata mülkünə qədəm basdığım birinci günü, ara sakitləşəndə, qohumlar, dostlar çəkilib gedəndən sonra o mənə dedi ki, Şükrü, bu gördüyün adamlar mənim ən yaxın qohum-əqrəbamdır. Səndən xahiş edirəm, mənə etdiyin qədər onlara hörmətlə, nəzakətlə yanaş. Lap ayaqqabıları palçıqlı palçıqlı evin yuxarı başına keçsələr də, birinin də xətrinə dəymə. Onların ürəyi gül kimidir. Qoy bizim evin qapıları həmişə onların üzünə açıq olsun, öz evləri kimi gəlib getsinlər. Onların uşaqlarını oxudaq, məktəbə, universitetə düzəldək. Onların çarıqları, qaloşları, batavaları səni hürkütməsin... Mən Cavadın sözlərini qulaqlarımdan sırğa edib asdım. Sonralar Cavad və mən həbs olunandan sonra həmin adamlar onlarca uşaq evlərinə gedib bizim uşaqları axtarıb tapdılar, onları ölüb-itməyə qoymadılar.
 

Bitməmiş mahnılar (I yazı)


Yaxşılıq yerdə qalmaz. Körpə Yılmaza ata-ana oldular”.
Beş övladları olur: Aydın, Tukay, Niyazi, Yılmaz və bir qız Almaz. O bircə qız - Almaz çox yaşamır, Əhməd Cavadın sağlığında dünyadan köçür.
Azərbaycan Sovet Yazıçılar İttifaqının 1937-ci il mart ayının 21-də keçirilən iclasında mühakimə və ittihamlardan sonra Əhməd Cavadı Süleyman Rüstəmin təklifi ilə Yazıçılar İttifaqının üzvlüyündən düşmən kimi çıxardılar. Bu, həmin Əhməd Cavad idi ki, Birinci Cahan savaşı onu əyə bilməmişdi, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu onu sındırmamışdı, 1923-cü ildə "güllələnənlər”in siyahısına düşəndə qamətini şax tutmuşdu, 1925-ci ildə "Göy göl” şeirinə görə həbs edib ona verilən işgəncələrə kişi kimi dözmüşdü.
Əhməd Cavadın 12 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən əksinqilabi millətçilik fəaliyyətinə görə güllələnməsi ilə ailənin ağrılı-acılı günləri başladı.
İçərişəhər, 6-cı böyük qala döngəsi, 12 nömrəli ev... Qapı döyülür, üç nəfər qara paltarlı adam Şükriyyə xanıma "bizimlə getməlisən” deyir və çox çəkmir ki, Bakının boş küçələrindən keçib pay-piyada Bayıl qalasına sarı gedirlər. Şükriyyə gözünü açanda özünü kiçik, qaranlıq otaqda görür. Sonra müstəntiqin sorğu-sualı...

  

Bitməmiş mahnılar (I yazı)

 

- Bizə göstəriş var ki, səni Axundzadə familiyasından çıxardıb, təzədən Bejanidze familiyasına qaytaraq. Yəni ərizə yazıb Axundzadədən boşanmalı və azad olub evinə qayıtmalısan. Yoxsa, səni qarlı Sibirə sürgün gözləyir.
Tələbləri qəbul edilmədikdə, Şükriyyə bit-sirkə, siçovullar olan otağa salınır.
Gecə tualet növbəsində qapını arxadan bağlayıb paltarlarını çıxarır. Tualetin yerini silib əyninə geyir və hamı ondan iyrənir, yaxın durmurdu.
Qazaxıstanın o dəhşətli düşərgəsində ömrün səkkiz ilini xərclədi Şükriyyə. Odun doğradı, yük daşıdı, dərzilik, aşpazlıq elədi. Ta 1955-ci ilin 30 iyuluna – bəraət aldığı günə qədər...
Vətənə dönəndən sonra şəhərbəşəhər düşüb balalarını başına yığdı, Şəmkirin Seyfəlli kəndində - Əhməd Cavadın ata yurdunda yaşadı, dünyayla da burda vidalaşdı.
Mənbə kimi bax: http://www.azens.az/menu-shekhsiyyet/item/974-aehmaed-/974-aehmaed-?start=70)

Dilbər Hacı qızı Axundzadə

Bitməmiş mahnılar (I yazı)


12 iyun, 1914-cü ildə Kirovabad (indiki Gəncə) şəhərində anadan olmuşdur.
Həyat yoldaşı İsmayılzadə Mikayıl Müşfiq. 03.07.1937-ci il tarixdə Sovet xüsusi xidmət orqanları tərəfindən "əksinqilabi-millətçilik" fəaliyyətdə təqsirli bilinərək güllələnməklə ölüm cəzasına məhkum edilmişdir.
Mikayıl Müşfiqin həyat yoldaşı təqsirli bilinərək Azərbaycan SSR CM-nin 72, 73 maddələri ilə 01.01.1938-ci il tarixdən hesablanmaqla 02.11.1937-ci il tarixdə XDİK-in 00486 №-li əmrinə əsasən həbs edilmişdir. XDİK-nin 11.03.1939-cu il tarixli qərarına əsasən xəstəliyinə görə azad edilmişdir
1990-cı ildə xəstəlik səbəbindən vəfat etmişdir.

Bitməmiş mahnılar (I yazı)


... Dilbər Axundzadənin xatirələrindən: "Bir gün Dağüstü parka gəzməyə çıxdıq. İşıqlar qoynunda üzən Bakı güzgü önündə dayanıb camalına tamaşa edən gözələ bənzəyirdi.
- - Dilbər, görürsən Bakı axşamları nə füsunkar olur?! Bu gözəllik, onun hüsnünü vəsf etmək üçün şairdən hünər istəyir. O, insan qəlbini eşqlə, hərarətlə doldurur, ürəyini vəcdə gətirir. İstər-istəməz sən bu gözəlliyə şe'r deməli olursan. Qulaq as!

Sevgilim, həyata məhəbbətlə bax!
Bu sulu, torpaqlı dünya gözəldir.
Yer gözəl, göy gözəl, təbiət gözəl,
Asiman gözəldir, dərya gözəldir.
Fəqət sənin eşqin, mənim xəyalım,
Bunların həpsindən daha gözəldir. 

1931-ci ilin axırıncı ayı idi. Mən imtahanlara hazırlaşdığım üçün Müşfiqlə az-az görüşürdüm.
Bu isə Müşfiqin iztirabına səbəb olurdu. O, rəfiqələrimlə mənə tez-tez məktub göndərərdi. Hər məktuba yeni bir şe'r əlavə edirdi. Təəssüf ki, o şe'rləri xatırlaya bilmirəm. Sonrakı görüşlərimizin birində mən ona, Gəncəyə gedəcəyimi bildirdim. Tutuldu. Üzünə kövrək təbəssüm qondu. Elə oradaca «Ayrılıq» şe'rini dedi:

O gün ki, hicrana uğradı yolum,
Qırıldı qanadım, qırıldı qolum.
Fələkdən bac verib, bac alan könlüm,
İndi uşaq kimi ağlar səninçün.


Gül-gülü çağırır, çiçək-çiçəyi,
Gülər aşiqlərin qönçə diləyi.
Sən neçin yıxırsan bu şux ürəyi?
Qəlbimin çeşməsi çağlar səninçün.

Bitməmiş mahnılar (I yazı)


Müşfiqin bu həyəcanlı və kövrək halı mənə elə tə'sir etdi ki, gözlərimdən qeyri-ixtiyari yaş axdı.
-İstəyirsən heç getməyim, daha bundan ötrü niyə belə narahat olursan?
Müşfiq bu fikrimə də şe'rlə cavab verdi:

Deyirsən yanında qalacağam mən,
Çox gözəl fikirdir, qal, sənə qurban!..
Nə zaman istəsən, əziz canımı,
Qumral gözlərinlə al, sənə qurban!” 

Mikayıl Müşfiqlə Dilbər Axundzadənin nişanı 1932-ci il, Aprel ayında gerçəkləşdi. Dövrümüzün tanınmış simalarından, Hüseyn Cavid həyat yoldaşı Müşgünaz xanımla, Abdulla Şaiq həyat yoldaşı Şahzadə xanımla, Əhməd Cavad həyat yoldaşı Şükriyyə xanımla, məşhur müğənni BülBül şagirdi Eloğlu ilə, bunların xaricində Səməd Vurğun, Süleyman Rüstəm, Mir Cəlal, Hüseyn Mehdi, həyat yoldaşı Fatma xanımla, Rəsul Rza həyat yoldaşı Nigar xanımla, Məmməd Rahim həyat yoldaşı Mələk xanımla o nişan mərasimində iştirak edirdilər. Bu illər Müşfiqin həyatının ən parlaq illəri idi. Məhz bu illərdə Müşfiq xalq arasında tanınmağa başlamışdır. 1932-ci il Gəncə şəhərində, Müşfiqin gəlişinə həsr edilmiş bir yığıncaqda Müşfiq bu şeri oxudu :
 

Bitməmiş mahnılar (I yazı)

 

Mən çevik ürəkli bir yeni gəncim,
Dildən-dilə düşmüş hekayətim var.
Həyat nəş'əsilə titrəyir içim,
Parlaq gələcəyim, nəhayətim var.

Bir parça atəşim-bir parça yanğın,
Qəlbim örnəyidir yanar bir danın,
Qarşımda duramaz nə sel, nə daşqın,
Təbiətlə mənim zərafətim var.

Sevgim-mübarizə, sevgilim-həyat,
Yəhərlənmiş bana-qanadlı bir at,
Gör nə deyir sizə çaldıqım qanad:
hələ bundan sonra qiyamətim var. 

Bitməmiş mahnılar (I yazı)

Qeyd: Xatirələr vikipediyadan və ya müəllifi ümumi olan mənbələrdən götürülmüşdür.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz