» » "Caz muğama, rep saza sintez olub" ( II hissə)

"Caz muğama, rep saza sintez olub" ( II hissə)

 


 

"Caz muğama, rep saza sintez olub" ( II hissə)

"Caz muğama, rep saza sintez olub" ( II hissə)

"Caz muğama, rep saza sintez olub" ( II hissə)

Ələkbər Tağıyevin mahnıları dillər əzbəridir, sənətimizin ən görkəmli nümayəndələri bu bəstəkarın mahnıları ilə məşhurlaşıblar. Bəhram Nəsibov uzun illər bəstəkar kimi tanınmasa da, qəbul edilməsə də çöx çözəl musiqi bəstələri vardır. "Qarabağ", "Sən də həmdəm, mən də həmdəm", "Var gülüşündə", "Deyin hardadır", "Səni qəmli görəndə", "Gecələr", "Bəxtəvər gəlin", "Ay gecikən məhəbbətim", "Qurban olum", "Sən güləndə", "Ay qız", "Xatirəsən", "Gəl inad etmə" bə daha onlarla bir-birindən oynaq, şirin və gözəl mahnıları vardır.
Hacıbba Həsənov, Allah rəhmət etsin, bizə psixologiyadan dərs deyib, necə gözəl rəftara, ünsiyyətə və nitqə malik idi, Novruz Gəncəlinin sözlərinə "Bənövşə”, "Yanıma gələndə”; "Tarçalan oğlan”, "Xatirələr”, "Unuda bilmirəm”, "Eşqimin növrağı” , "Gecələr yuxusuz qoymusan məni”, Əliyar Yusiflinin sözlərinə "Ellər gözləyir”, Nəbi Xəzrinin sözlərinə "Bu yerdə”, Bəxtiyar Vahabzadənin sözlərinə "Yağma yağış” və s. 150-ya yaxın gözəl mahnı yaradıb.
Amma üzübəri gəldikcə həyatın bütün sahələrində olduğu kimi musiqi sənətimiz də aşınmalara məruz qaldı. Şou, toy musiqisi, istirahət məkanları üçün yaradılan musiqi musiqimizi üstələdi. Musiqimizi, xüsusən, muğamlarımızı, xalq mahnılarımızı yeni həyata qaytarmaq üçün Heydər Əliyev Fondu, Mehriban Xanım Əliyeva çox böyük işlər görmüş və görməkdədir.Fəqət, şou-toy musiqisi yenə at üstündədir.
Bu musiqilər, onu yaradanlar, yaşadanlar təkcə musiqimizi deyil, həm də ruhumuzu, mənəviyyatımızı korlayırlar.
Ən böyük günah da budur ki, meydan onlardır, artan ekran –efir imkanlarından maksimum istifadə edirlər, istəməsək də, televizoru hansı kanala çevirsək də, onların biri hökmən olacaq…Ən böyük konsert salonlarının səhnəsində onlara imkan yaranır, onlar fəxri adlar da alır və s.
Bunlar əsl sənətin ideya və ruhuna saymamazlıqdır. Bu sənətin yolunda xidmətləri oln əsl sənət adamlarına sayğısızlıqdır. Şou musiqiləri, onların mahnıları, mahnə mətnləri şit əyləndirməkdən başqa heç nəyə xidmət etmir.Bəxtiyar Vahabzadənin təbirincə desək, belə musiqi onun dinləyənlərin başını yox, ayaqlarını fəallaşdırır.
Saytların tanınmış sənət adamı kimi təqdim etdiyi, bəzi telekanalların tez-tez dəvət etdiyi, hətta veriliş apardğı Rəhim Rəhimli oxuyur:

Səhər tezdən açılanda pəncərə,
Gözümə görsənir gözəl mənzərə,
Nazlı yarım su verəndə güllərə,
Ürəkdən sevinib söyləyirəm mən. 
Ay maşallah, iri-iri gözlərin,
Öldüm, ay Allah, iri-iri gözlərin. 

Toylar "kralı" , indi isə Xalq artisti Səməd Səmədovun repertuarında, belə eyək, ən məşhur mahnılardn biri:

Bakının hər yeri məni səsləyir,
Bakının hər tini məni gözləyir.
Bakıda hər oğlan məni istəyir, 
         Bakıdır məskənim, Bakıda qalasıyam.

Əlikram Bayramovun şəstlə oxuduğu, klip çəkdirdiyi bir manının sözləri:

    Gecənin qaranlıqlarından,
  Susmuş dodaqlarından,
   Öpə-öpə yanaqlarından,
       Tir-tir titrədi göz bəbəyim..
   Sevə-sevə gözlərindən,
Öpə-öpə tellərindən,
Tuta əllərindən,
         Tir-tir titrədi göz bəbəyim...

Brilyant Dadaşovanın məşhur "Maç-maç, quc-quc”mahnısı:


Daşa-ivara sarılmışam, 

            Maç-maç, quc-quc, darıxmışam.

   Yalvarmaqdan yorulmuşam,

            Maç-maç, quc-quc, darıxmışam.


"Caz muğama, rep saza sintez olub" ( II hissə)


Və sair, və ilaxır. Şou aləmi üçün oxunan mahnıların hamısı belə üstü belə, nüvəsi belə, dudu-dazı belə. Bu cür mahnılar toy musiqimizi də korladı.Ən qüdrətli sənət adamlarımız böyük sənətdə, dinləyici ilə ünsiyyətdə toy məclislərinin böyük əhəmiyyətini etiraf edirlər. Onlar belə məclislrdə dəfələrlə xalqla, onun ruhuyla, adət-ənənəsiylə təmasda olublar, qaynayıb qarışıblar. Amma heç vaxt bayağı mahnı oxumayıblar. Bir dəfə rayon kəndlərinin birində toy məclisində iştirak edirdik. Müğənni hamımızın sevdiyi bir xalq artisti idi. Yeyib-içmiş, içkinin təsirindən gözləri hədəqəsindən çıxmış və bu vəziyyətdə geyimi də tam onu tamamlayan pəhləvan cüssəli biri musiqiçilərə yaxınlaşıb, xalq artistinə öz tərbiyəsinə uyğun manı sifariş verirdi ki, bir dənə "Hellioza” oxu. Xalq artisti deyir ki, mən o mahnını bilmirəm. Sərxoş gənc isə təkid edir ki, bilməlisən, onda "bu pişik, qara pişik” oxu. Xalq artisti deyir ki, mən xalq mahnıları, muğam, təsnif oxuyuram, hansını könlün istəyir, de, oxuyum. Söhbət bir qədər də gərginləşdi, dava düşdü və o gənci sürüyə-sürüyə aparıb traktorun qoşqusuna atdılar.
Sovet vaxtı deyirdilər ki, bazar plansız iqtisadiyyatdır, nizamlamaq olmur, öz qayda-qadunları ilə nizamlanır.Toylarımız da belədir.Şou məkanımız da belədir. Kimsə məşğul olmur, kimsə özünü davamlı, ardıcıl mübarizəyə həsr etmir, nəticədə, bizim əsl mənasını öz dogma haqqında bildiyimiz musiqi sərvətimiz keçir bir qrup şou əhlinin, toy "kralı”nın çənginə. Ehtiyacdan hərdən toylarda aparıcılıq edən bir xalq artisti mənə söylədi ki, yaxın bir dostumun toyunu apardım: 6 saat üçün dostum mənə 800 manat Verdi, Allah bərəkət versin. Amma bir xanım müğənni gəlib yarım saat oxudu. 3 min manatını alıb getdi, dedi ki, şəhərin hələ mütəlif yerlərində daha 2 toya getməliyəm: saat yarıma 9 min, amma mən 6 saata 800 manat. Biz kiminsə haqqında gözümüz yox, halal xoşları olsun. Fəqət, bu əndazəni aşmaqdır.
Bizim toy musiqimizin repertuarı, taleyi baslı-başına buraxılıb.
Çox toylarımızda bu mahnını dəfələrlə eşitməyə məcbur olmuşam:

Evlərinin yanı sünbül tayası,
Sağarlar camışı, oynar balası.
Bir qız sevmişem ceyran balası.
Qardaş, bu ceyranı hardan almısan,
Yalvarıb, aldadıb bağa salmısan!

Folklorumuzun nümunəsi kimi Lənkərən bölgəsində bir özfəaliyyət kollektivinin- folklor ansamblının ifasında bu mahnını eşitmişik. Bəlkə d bu mahnının mətnində təhriflərə yol verilib. Bəlkə də "qardaş, bu ceyranı hardan almısan, yalvarıb, aldadıb bağa salmısan!" mahnı misraları
tamam başqa məqamda deyilib, başqa münasibət ifadə etmək üçün deyilib. İndi bəs hansı ağıllı məntiqlə bəyə müraciət etmək, belə sorğu etmək olar? Bu hansı ədəbə sığışır? Sənin nəyinə lazım hardan tapıb və yaxıd bəy bunu paylaşmlıdırmı?
Bu cür şit, bayağı mahnılar o qədərdir ki...
  

"Caz muğama, rep saza sintez olub" ( II hissə)

  

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz