» » Yurdumuza yaz gəlir, yaz gəlir, Novruz gəlir...

Yurdumuza yaz gəlir, yaz gəlir, Novruz gəlir...

 

Yurdumuza  yaz  gəlir, yaz  gəlir,  Novruz gəlir...

"Novruz" sözünün hərfi tərcüməsi "yeni gün” deməkdir, yəni baharın ilk günü. Bu günün yaranması, təsis edilməsi ədəbiyyatlarda müxtəlif fikirlərlə təqdim edilmişdir. Əsas fikir budur ki, Novruz Səlcuq hökmndarı Məlik şah Qəznəvinin adı ilə bağlıdır…Məhz onun göstərişi ilə məşhur alim və şair Ömər Xəyyam 1074-1075-ci illərdə tədqiqtlarının yekunu kimi gecə ilə gündüzün bərabərləşməsinin dəqiq cədvəlini hazırlamışdır. Bu təqvim şahın şərəfinə "Sultan təqvimi” və ya "Təqvimi- cəlaliyyə” adlandırılmışdır. Beləliklə, astronomik təqvim üzrə Novruzun gəlişi 21 Mart kimi əbədi bayram tariximizə çevrilmişdir.
Bayram gününə kimi çox böyük təntənə ilə 4 çərşənbə axşamı keçirilir:
Su, Od, Torpaq və Yel…..
Bunların həyatın mövcudluğu üçün zəruri sayılan 4 əsas ünsürün: su, od, torpaq və havanın adları ilə adlandırılması bu bayramın siyasi mahiyyətdə olmdığını təsdiq edir. Bu bayram, azad həyat, sevgi bayramıdır:
Yurdumuza yaz gəlir, qoy sevinsin sevənlər..
Novruza bir ay qalmış səməni göyərdilir. Elə bir ev olmaz ki, Novruzda səməni göyərtməmiş olsun. Elə bir ürək olmaz ki, səməni həsrətlisi olmasın..Gözəl- göyçək balalarımızın , gənc oğul və qızlarımızın əllərində səməni görmək necə fərəhlidir…
Novruzqabağı bayram bişintisi hazırlanır, xonçalar tutulur, onun ətrafına şamlar düzülür, ieməklərin şahı plov da öz yerində…Hər kəs ən xoşladığı paltarını geyinir, hər kəs süfrəsinə ən ləziz nemətlər düzür..İstəyir ki, qapısı açılsın, dost-tanış, qohum-qardaş, qonşular bayramlaşmağa gəlsinlər..Necə gözəl…
Novruzda küsülülər barışır, sevilən gözəl qızlarımızın "hə”si alınır.. Nişanlı qızlarımız üçün bayram xonçası aparılır…
Dədə-babalarımızın sınamalarına görə Novruzda hansı ünvana, hansı qapıya xoş diləklə üz tutsan, Allah da sənin niyyətini xoş sözə, alqışa, xeyir-duaya bənd edir.
Novruzda bütün həyətlərin, bütün evlərin, bütün ürəklərin Səməni arzulu olması xalqımızın dünyaya, insanlığa arzu və niyyətləridir. Bu niyyət dünyanın müharibələrdən, hər cür acılardan və göz yaşlarından həmişəlik xilas olması arzusudur… Bu arzular açılan səhərlərimizin sülh şəfəqli olması, insanların bir-biri ilə sevgi dilində danışması, ata-anaların övlad fərəhi, nənə-babaların nəvə ülviyyəti ilə yaşaması niyyətidir. Bütün insanların ümumi evi olan Yer kürəsini belə görməyi arzulamaq və bu arzulara xidmət etmək sənin amalındır, Azərbaycan!
Sən dünyaya sülh arzulayırsan. Sən dünyaya mehriban günəşli səhərlər arzulayırsan.. Sən bütün könüllərə səməni arzulayırsan… Niyyətin , arzuların çin olsun, Azərbaycan xalqı...Novruz sənə, sən də Novruza çox yaraşırsan..
Vüsalınız əbədi olsun…
Ana və Uşaq.az saytı adından Azərbaycan xalqını ürəkdən təbrik ediik… Xalqımıza, torpağımıza əmin-amanlıq, firavanlıq arzılayırıq..Səmənimizi ən yaxın Novruzda Qarabağımızın hər oçağında görmək arzulayırıq Allahdan...

Bayramınız mübarək…!

 

Yurdumuza  yaz  gəlir, yaz  gəlir,  Novruz gəlir...

Novruz sınamaları:

Su çərşənbəsi
Süfrəyə su dağılması aydınlıqdır.
Kimsə su dolu qabla qarşına çıxsa, işin avand olar.
Səfərə çıxan adamın arxasınca su atarlar.
Şər qarışanda qaynar suyu torpağa atmazlar.

Od çərşənbəsi
Od hisli olarsa, uzaqdan qonağın gələcək.
Ocağa yanaşanda salam verərlər.
Ocağın tüstüsü üstünə gələrsə, sevgilin göyçək olar.

 

Yel çərşənbəsi
Xırman sovrulandan sonra ilk buğda götürənin oğlu olar.
Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət elə və yeli səslə. Əgər külək əssə və külək söyüd ağacının budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər.
Taxıl sovrulanda yel bərk əsib işə mane olarsa, ələyin, ya da xəlbirin üstünü bağlayarlar ki, yel insafa gəlib yavaş əssin.

Torpaq çərşənbəsi
Axır çərşənbə gecəsində nəhs danışmaq, pis işlər tutmaq olmaz.
Axır çərşənbə gecəsində insanın da əməli, istəyi dəyişir.
Çərşənbə günü saç qırxdırmaq, dırnaq tutmaq xeyirə yozulur… 

 

Yurdumuza  yaz  gəlir, yaz  gəlir,  Novruz gəlir...

 

Yurdumuza  yaz  gəlir, yaz  gəlir,  Novruz gəlir...

 


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz