» » Qadının kişiyə sevgi və ya evlilik təklif etməsi

Qadının kişiyə sevgi və ya evlilik təklif etməsi

Qadının kişiyə sevgi və ya evlilik təklif etməsi

Bütün sevənlər sevgilərinin sonu vüsal olacaq deyə xeyirli sabahlara can atırlar. Əlbəttə ki, tək evlilikdə deyil, bütün həyati məsələlərdə hamının ilk addımı olduğu kimi, son məqsədi də olur. Fəqət, hamının bu məqsədlərə çatma üsulları heç də eyni olmur. Məsələn, kimsə karyerasını peşə ixtisası qazanmaqla qurur, kimi orta ixtisas təhsilinə sahib olmaqla da kifayətlənir, kimisi də ali ixtisasdan sonra da ixtisaslaşmaqda, təkmilləşməkdə davam edir. Ailə qurmaq, sevgi münasibətlərində eynən bu cürdür.
Kimisi norta məktəbi bitirib, nikah yaşı çatan kimi, nənəsini-babasını elçi göndərib qız nişanlayır. Ailə başçılarının nüfuzundan, sosial vəziyyətindən asılı olaraq bəzən tərəflərin fikirləri olmadan da keçinmək olur. Bəzən hər iki tərəfin razılığı olur, bəzən birtərəfli sevgi olur, amma izdivac baş tutur. Bəziləri peşə, karyera qurduqdan sonra evlənir. Bunlar xeyli vaxt aparır və bəzən, hansı tərəf olmasının fərqi yoxdur, bəzən də elə hər iki tərəf də başları təhsilə, karyeraya o qədər qarışır ki, onlar sevgi həyatını yaşamırlar. Məsələn, dəstədən geri qalmış oğlan ailə qurmağa artıq qərar verəndə 2-3 ayın ərzində xala-bibi özü kimi gecikmiş və ərə getməyə razılıq vermiş bir qızla onun əlaqələrini qurur, bir subaylığın daşı daşı da belə atılır. Bəs əslində necə olmalıdır: gənclər bir-birini tanımalıdırlar, incələməlidirlərmi? Əlbəttə ki, tanış olmaları yaxşı olardı, çünki gənclər bir-birlərini əvvəlcədən nə qədər əhatəli kəşf etsələr, ailəlik həyatlarında o qədər az problemlərlə qarşılaşarlar.
Bəs "sevirəm" sözünü ilk olaraq dilə kim gətirməlidir və necə deməlidir? Evlilik təklifini kim etlməlidir? Qız oğlana sevgi, evlilik təklifi edə bilərmi?

Qadının kişiyə sevgi və ya evlilik təklif etməsi

Evlilk məsələsində bu, çox mühüm məsələdir. Bəzən olur ki, sevən gənclər bi-birlərini tamam-kamal tanımadan ortaya evlilik təklifi atılır. Və müşahidələr də göstərir ki, zaman-zaman sonralar bunlar arasında sıxıntılar yaşanır. Onlar lap sona kimi bir damın altında yaşasalar da, bunların arasınd səmimi ünsiyyət olmur. Tərəflərin biri və ya elə ikisi də həmişə özünü sıxılmış hesab edir.
Bizim həmişə nümunə gətirdiyimiz illərdə, yəni 40-50 il öncə belə məsələlər nadir hallarda problem yarada bilirdi. İndiki kimi sevmək, görüşmək hardaydı?! Evlənmək vaxtı gələndə, bunu da, adətən, böyüklər müəyyən edirdilər ki, oğuldursa, evləndirmək olar və yaxud qızdırsa, qapıya kim gəldi vermək olar. Bunu bir qədər məcazi mənada deyirik, yəni hər halda "keçəl-çoluq” da day, kəndin gözəlinə elçi göndərməyəcəkdi ki. Əzələn, valideynləri getməyəcəkdi, getsə də, kor-peşman qayıdacaqdılar. O mənada deyirik ki, məsələn, qızı istəməyə 10 namizəd var, hamısına da vermək olar. Daha valideynlər seçim etmirdilər ki, bundan daha yaxşısını gözləsinlər. belə bir deyim vardı ki, qızın bəxtini geri qaytarmazlar. Belə evliliklər də 1-2 istisnalarla həmişə etibarlı olurdu. Yəni gənclərlə bərabər, iki nəslin başçıları da bu evlilik üüçn məsuliyyət daşıyırdılar və nəzarət də edirdilər. Bütün problemlət sonrakı dövrlərdə inkişafla başladı, kənar təsirlərin həyatımıza ciddi nüfuz etməsi ilə başladı. Ümumilikdə sevgi, nişan-toy münasibətlərinə yeni çalarlar artırıldı, toya qədərki dövrdə qızla oğlanın əlaqələrinə imkan verildi, o vaxt belə şey yox idi, guya dünyagörüşü artdı deyə gənclərin bir-birlərini sevməsi, aparıb-gətirməsi və sair, və sair lazım gəldi. Ağsaqqallar bir az arxa plana keçdi, məsuliyyət qoyuldu gənclərin öz üzərilərinə. Dedilər ki, özləri yaşayacaqlar, özləri seçsinlər, bəyənsinlər. Bu günə qədər də bu etimad özünü doğrultmadı. Amma artıq yeni sevgi epoxaası belə sabitləşib.

Qadının kişiyə sevgi və ya evlilik təklif etməsi

Madam ki, qəbul edib, bu ənənə artıq 40-50 ildir davam etməkdədir, onun şərtlərinə əməl edilməlidir. Ola bilsin ki, tarixi zamanla bağlı evlilik adətlərində dövrümüz üçün uyğun olmayan məqamlar, hallar var idi (südpulu, başlıq, iraq evlərdən, ziffaf gecəsi əngəllərində yengələrə qarşı köhnə dövrlərə məxsus addımlar və s.), ola da bilsin ki, bəzi əyalət kəndlərində bunun izləri fərqli şəkildə qalmış olsun, amma artıq dövrümüz üçün xarakterik deyil. Deməyim odur ki, dədə-babaların ailə-əxlaq ənənəlini hökmən yaşatmalıyıq. Əgər ailələri mehriban, davamlı görməyi arzulayırıqsa, məsuliyyətdən kənara çəkilməməliyik. Gənclərə etimad göstərmək olar, amma gərək əvvəlcə gənclərimizə seçim etməyi, ölçünün özünü öyrədək və əmin olaq ki, artıq onlar gözlərinin atəşi ilə deyil, ağıllarının qüdrəti ilə hərəkət edirlər.
Qadının kişiyə sevgi və ya evlilik təklif etməsi

Gənclərimiz bilməlidir ki, dünyada gözəl nə varsa, hər kəsin bir qisməti var, bunu Allahımız müəyyən edir, kimsə bunu onlara qadağa edə bilməz. Ağılla, tələsmədən məqsədə doğru getmək lazımdır. Qoy tərəflər bir-birlərini tanısınlar. Mən qızın oğlana, ümumiyyətlə, oğlandan öncə sevirəm deməsini qəbul etmirəm. Oğlan desə də, sual şəklində cavab istəsə də, qız yenə deməsin. Gərək oğlan belədə  qarşılığı sözlə yox, hisslə, impulsla qəbul edə. Vacib deyil ki, lap kağıza yazıb gedib də notariusda imzasını təsdiq etdirsin. Belə sevgi olmur. Sevgi münasibətlərdə o qədər kamil mərhələyə gəlib çatır ki, hər iki tərəf artıq 100 faiz əmin olur ki, onların arasındakı bu hissin sevgidən başqa adı yoxdur. Hissin özünü qorumaq lazımdır Dilə gətirilib hər gün səslənəcəksə, gözəlliyi itəcək, adıləşəcək. Ta o vaxta kimi ki, artıq evlilik zərurəti yetişir. Yenə qadın deməsin. Qarşı tərəf buna laqeyd qalmasın, bilsin ki, o nə qədər bu vüsala ehtiyac duyursa, sevdiyi qız da o qədər duyur və amma oğlan kimi dəqiqəbaşı vurğulamır ki, evlənək, nə bilim daha nələr.
Təqdim etdiyimiz şəkillərdə bəlli olur ki, guya evlilik təklifi qızlardan gəlir, qızlar, hətta, üzük verirlər və s.
Əslində, mən bunu bir ironiya hesab edirəm və bu yaşıma çıxıb 1 belə hal görmədim ki, qız oğlana evlilik təklif etmiş olsun. Məsələn, oğlanın ağlına heç belə şey gəlməsin, amma qız desin ki, Yəhya, mən səni sevirəm. Fəqət, müəyən münasibətlərlə, baxışlarla sevgi arzularını ifadə edib ki, bu da təbiidir. Ən böyük ölçülərdə sevgi gənclərimizin olsun. Amma insan hissinə, nəfsinə sahib olmağı da bacarmalıdr.
İndi nadir belə hal ola bilər ki, qız özü oğlana evlilik təklifi etsin. Evlilik, ailə sahibi olmaq kişinin, ərin statusudur. Bu təklifi kişi etməlidir. Bax, bu iki şəkildə fikir verin: görün, oğlan qıza evlik təklif edəndə, üzük təqdim edəndə necə gözəl görür, insanı ruhən gözəlləşdirir və sakit edir. Amma qız təzim etdiyi halda, seyr etmək belə adamı üzür.
Qadının kişiyə sevgi və ya evlilik təklif etməsi

Amma qız təzim etdiyi halda, seyr etmək belə adamı üzür. Sevginin məsumluğu, zərifliyi sanki öləzəyir.
Hər şey zamanla ərsəyə gəlirsə də, bu cür anomaliyaları zamanın ayağına yazmayaq.  Axı, insan bu  zamanın  daxilində sevgini ehtişamla da yaşaya bilər, heçə də endirə bilər. Demək, yaşamın, sevginin keyfiyyətini məhz insanların özlərinin səviyyəsi, həyata münsibətləri müəyyən edir.
Ürəyim o qədər əmindir ki, gənclərimizin əksər hissəsi mənim bu fikirlərimi qəbul edəcək: bəli, evlilik təklifi kişidən gəlməlidir. Bu missiyanın ilk addımını atan da məhz kişidir-oğlan tərəfdir. Oğlan  anası "çadrasını başına salıb, üz-gözünü bəzəyib" şəstlə gəlir qız evinə, bəli, biz bu şərafəti özümüzə uyğun bilib, şərəf sanıb,  sizin  qızınızın  gəlinimiz olmasını arzulayırıq. Beləcə başlayır dədə-baba qaydasınca qohimluq münasibətlərinin ilki.
Evlilk təklifini qızlar edəndə isə bir qədər fərqli düşünmək zorunda qalırıq: ya  qızda  inamsızlıq var, şübhə var və ona görə də   heç bir sevgililik yaşamadan evlilik təklif edər, yəni oğlanın fikrində  ciddi olduğunu elçiliklə, nişanla  təxmin edər ya da özünü bu sevgi üçün bir pillə   aşağıda hesab edər  və təşəbbüsü özü edər ki,  nə qədər ki,  nişanlanmayıb, sevdiyi yoxdur, özümü ona sevdirim. Başqa sözlə, kimnsə onu sevməsini gözləməli olsa,  çox gözləməli ola bilər. Əsası budur ki, oğlan tapım, nişanlanandan sonra sevərəm və yaxud sevişərik.  Bu isə atıq qızın özünə inamsızlığıdır. Kökündən yanlış. Bu birlikdəliyin mehriban olacağını düşünmək belə çətindir. Yuxarıda qızların üzük təqdim etdiyi şəkillərə bir də diqqətlə baxın: əgər şəkildəki kimidirsə, qız yanlışdır, amma yenə məsum və incə görünür. Amma şəkildəki oğlanların hamısından bir amirlik, özündən razılıq yağır. Amma həmin anda  oğlan da təzim etsə idi, bax, bu qarşılıqlı ehtiyac olardı. Necə ki, sonuncu  şəkillərdə olduğu kimi.
Bütün gənclərimizə qarşılıqlı sevgi arzu ilə
Qadının kişiyə sevgi və ya evlilik təklif etməsi

Qadının kişiyə sevgi və ya evlilik təklif etməsi

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz