» » At muraddır (IV yazı)

At muraddır (IV yazı)

At muraddır (IV yazı)

Qarabağ atları 
Araşdırıcılar güman edirlər ki, Qarabağ atları Manna, Midiya, Atropatena və Albaniya atlarının nəsillərindəndir. Qarabağ atları əsrlər boyu Roma, Sasani, Ərəb, Səlcuq, Monqol, İran və s. atlar ilə qarşılıqlı təsir nəticəsində müəyyən dəyişikliyə uğrasa da, öz əsli-kökünü saxlaya bilmişdir. XVIII-XIX əsrlərdə Qarabağ atlarının cinsi xeyli yaxşılaşdırılmışdır. Qarabağ atları Türkiyə, İran, Gürcüstan, Şimali Qafqaz, Rusiya, Qazaxıstan, və eləcə də, Qərbi Avropa atçılığa böyük təsir göstərmişdir.
III, XVI əsrlər fars, VII-XI əsrlərdə ərəb, XIII əsrdə monqol istilalarından sonra Qarabağ atları gəlmə cinslərlə qarışdırılıb. Bu cins atlar haqqında ilk dəfə avropalı alim Keristinq yazıb. O, 1822-ci ildə İrana gedərkən Gürcüstanda Qarabağ və Xivə atlarını görüb. O güman edir ki, Qarabağ atları yerli cins madyanların ərəb atlarıyla cütləşməsindən törəyib. Alim bu qənaətdədir ki, bu atların tarixi İrana gedib çıxır. Nadir şah öləndən sonra (1747) onun ərəb cinsli at ilxısını ələ keçirən Pənahəli xan Qarabağa üz tutub. Başqa bir rəvayətə görə, atları Qarabağa ilk Qarabağ xanının varisi İbrahimxəlil xan gətirib. İranın Azərbaycandakı varisi Abbas Mirzənin vasitəçiliyi ilə Nadir şahın ilxısından bir neçə ərəb atı bəxşiş alıb. 1843-cü ildə Rusiyada nəşr olunan "Konnozavodstvo i oxota" jurnalında Qarabağ xanlığında türkmən və ərəb atlarından çox yaxşı cins yetişdirildiyi yazılıb. Jurnal Qərbdə ingilis atları kimi Şərqdə Qarabağ atlarının məşhur olduğunu qeyd edib. Bəzi tədqiqatçılar bu fikirdədirlər ki, Qarabağ cinsi Fərqanə-İran atının əsl ərəb atı ilə sintezidir

At muraddır (IV yazı)

Tarixin yaddaşında Qarabağ atlarının şöhrətinin bütün Yaxın Şərqə kimi yayıldığı bildirilir. Hətta məşhur təmizqanlı qaçağan at cinsinə malik olan ingilislər də Qarabağ atı ilə maraqlanırdılar. Bu atların gözəlliyi Şuşaya gələn səyyahların da diqqətini çəkirdi. 1865-ci ildə Şuşada olan görkəmli rus rəssamı Vasili Vereşşaqin belə yazırdı:"Şuşanın yaxınlığında Mehdiqulu xanın qızının böyük, qədimi evi vardı və bayram tədbirlərinə xüsusi təmtəraq bəxş edən ən bahalı və əzəmətli görkəmli atlar ona məxsus idi. Qeyd edim ki, Qafqazda hərbi qulluqda olan rus general və məmurları da Qarabağ atlarından faydalanırdılar".
İl ərzində iki dəfə Çıdır düzündə atçaparlar arasında yarışlar keçirilir, qaliblərə qiymətli hədiyyələr verilərdi. İbrahim xanın atlarına dünya bazarında tələbat böyük idi. Xurşidbanu Natəvan da atçılıqla fəal məşğul olurdu və onun bütün ölkədə məşhur olan ilxısı vardı. Şairəninin Qarabağ atları 1867-ci ildə Parisdə, Moskvada və Tiflisdə ümumdünya kənd təsərrüfatı sərgilərində iştirak edir və hər dəfə də qalib gələrək, qızıl medallarla mükafatlandırılmışdır.
XIX əsrdə Qarabağ atının Kebarda atıyla cütləşməsi nəticəsində "Şahmar", "Durnalar", "Ağqədəm", "Alagöz" adlı az tanınan və kökü tez kəsilmiş nəsilləri əmələ gəlib. Rusiya çarlığının ordusunun atla təminatına cavabdeh olmuş polkovnik Diterkxs 1842-1860 illərdə yüzdən artıq at ilxısında 7-9 min başa qədər madyan olduğunu yazıb. 1891-ci ildə Gəncə və Bakı quberniyalarının at zavodları və ilxılarında Qarabağ atlarının sayı 5 minə çatıb. Bundan başqa, 2 min baş at Şuşa, Cavanşir, Gəncə və Cavad qəzalarına yayılıbmış.
Tiflis quberniyası, Sıqnaq və Telov qəzalarında 200-ə qədər Qarabağ atı varmış. Zaqafqaziyada məşhur baytar həkimi 1854-cü ildə Hanni yazır ki, Zaqafqaziyada məşhur və dövlətli adamların hamısı Qarabağ atı saxlamağa çalışarlarmış.
Qarabağ atları XIX əsrin ortalarından başlayaraq ümumdünya at sərgilərində iştirak edib. 1866, 1869, 1872-ci illərdə Moskvada, 1867-ci ildə Parisdə ümumdünya at sərgilərindən mükafat və meallarla qayıdıb. İştirakçı atların şəkillləri Fransa və Vyanada çap olunan jurnallarda yer alıb. Qarabağ atı zavodu Rusiyanın və bəzi Avropa dövlətlərinin atçılığına az xidmət göstərməyib.
Ən məşhur at cinslərinə malik ingilislər belə Qarabağ atlarına maraq göstəriblər. 1823-cü ildə ingilislər Mehdiqulu xanın zavodundan bahasına 60 baş madyan alıb aparıblarmış. Deyilənə görə, bu, zavodu tənəzzülə sürükləyib. 1826-ci ildə İran qəsbkarlarının çoxlu Qarabağ atını ələ keçirməsi də Qarabağ atçılığına böyük zərbə vurub.
Süvaridə, idman yarışlarında ucaboy atlara tələbatın yaranması da Qarabağ atlarının taleyində mənfi iz buraxır. Bu tələbatı ödəmək üçün bəzi at zavodlarında Qarabağ atlarını ucaboy ərəb və Axaltəkə atlarıyla cütləşdirməyə başlayırlar. Ucaboy atlara tələbat həm də yeni zavodların tikilməsinə yol açıb. 1871-ci ildə Qarabağ atlarının cinsini yaxşılaşdırmaq məqsədilə Xan qızı Natəvan öz ilxısından 20 baş madyan və Ceyran adlı bir ayğır ayırır. Lakin zavodun təşkili baş tutmur. Şuşa qəzasında 1860-cı ildə təşkil edilmiş ayğırlar tövləsi də inkişaf edə bilmir. Tövlə 1885-ci ildə ləğv edilir. Əvəzinə Zurnabadda (indiki Xanlar kəndinin yaxınlığanda) çariça Yelizavetanın at lövhəsi yaradılır. Lakin əhalinin bu işə marağı olmadığından 1893-cü ildə o, Tiflis şəhərinə köçürülür.
1896-cı il rus tədqiqatçılarından R.Dubenski adlı birisi Zaqafqaziya at cinslərindən danışaraq yazırdı ki,"Bu at cinslərinin sayca çox olmalarına baxmayaraq, əslində bunların hamısı Zaqafqaziyanın əsas cinsi olan Qarabağ atının nəsli dəyişən törəmələridir".

At muraddır (IV yazı)

"Ağdam atçılıq sovxozu 1948-ci ildə yaradılıb. İndi burada 500-dək at vardır. Çar Rusiyası dövründə orduda 9 min Qarabağ atı olub.
Qarabağ atının Avropaya gəlişi tarixində 1956-cı il də mühüm yer tutur. O vaxt Böyük Britaniyaya səfər edən sovet rəhbəri Nikita Xruşşov kraliça Yelizavetaya Ağdam Atçılıq Zavodundan olan "Zaman" adlı Qarabağ atı da bağışlayıb. Sovet Hökuməti tərəfindən İngiltərə kraliçası II Yelizavetaya zavodda yetişdirilmiş "Zaman" adlı ayğırın hədiyyə edilməsi cinsin tarixində önəmli hadisələrdən hesab edilir. Həmin atı Kraliçaya məşhur jokey Əli Tağıyev aparmışdı.

Kral, ya da kraliça?
Öz əvvəlki hökmündəmi
bu gün yenə
Britaniyada kraliça?
Kraliça Yelizaveta...
...Ekzotika vurğunudur
Kraliça Yelizaveta.
Səyahətə çıxan zaman
qamçı vurmaz o hər ata!
Meyl salıb Qarabağdan
Töhfə kimi gətirilən
Kəhər ata!
"Zaman" yatmır ipə, sapa,
Dirək olub kişnərtisi yerə, göyə...

— Görkəmli şair Bəxtiyar Vahabzadə 1976-cı ildə yazdığı "Qarabağ atı" şeirində İngiltərə kraliçasına göndərilmiş hədiyyədən bəhs etmişdir.1960-1970-ci illərdə respublikada kənd təsərrüfatının ümumi inkişafı, Ağdam Atçılıq Zavodunun maddi-texniki bazasının möhkəmləndirilməsi, cıdır yarışlarına marağın artması Qarabağ atının inkişafına münbit şərait yaratmışdı. Zavod yaradıldıqdan sonra cins daxilində ailə və xətlərin formalaşması, bir sıra Ümumittifaq sərgilərində və yarışlarda Qarabağ atlarının fəal iştirak etməsi məhz həmin illərə təsadüf edir.
Aparılan məqsədyönlü işlərin nəticəsi kimi 1980-ci illərdə Moskva auksionu vasitəsilə çoxlu sayda Qarabağ atlarının bir çox xarici dövlətlərə, o cümlədən Almaniyaya, Hollandiyaya, İsveçrəyə, İtaliyaya, Fransaya və digər ölkələrə satılmasını qeyd etmək olar. Həmin illərdə respublika daxilində də zavoddan çoxlu sayda damazlıq atları satılmışdı.
İsveçrəli at saxlayan Hans Hutmeyer isə hətta malikanəsinin qarşısında XIX əsrin məşhur Qarabağ atı "Əlyetməz"ə heykəl də qoyub. Bu həmin "Əlyetməz"di ki, Rusiyada knyaginya Usmiyevanın at zavoduna məxsus olub və 1867-ci ildə ümumrusiya sərgisində mükafat alıb
Hələ XIX əsrdə Avropadakı sərgilərdə qələbə qazanan Qarabağ atları fransız qadınlarının da diqqətindən yayınmayıb. İlk dəfyə fransız xanımlar öz saçlarını məhz Qarabağ atlarının rənginə uyğun olaraq qızılı-kürən rəngdə boyayıblar.

At muraddır (IV yazı)

Hazırda Almaniyanın Frankfurt şəhərində Verena Solian adlı xanımın rəhbərliyi ilə "Qarabağ atlarının dostları" klubu da fəaliyyət göstərir. Bu qadının təşəbbüsü ilə Almaniyada Qarabağ atların kataloqu dərc olunub.1960-1970-ci illərdə respublikada kənd təsərrüfatının ümumi inkişafı, Ağdam atçılıq zavodunun maddi-texniki bazasının möhkəmləndirilməsi, cıdır yarışlarına marağın artması Qarabağ atının inkişafına münbit şərait yaratmışdı. Zavod yaradıldıqdan sonra cins daxilində ailə və xətlərin formalaşması, bir sıra Ümumittifaq sərgilərində və yarışlarda Qarabağ atlarının fəal iştirak etməsi məhz həmin illərə təsadüf edir
Aparılan məqsədyönlü işlərin nəticəsi kimi 1980-ci illərdə Moskva auksionu vasitəsilə çoxlu sayda Qarabağ atlarının bir çox xarici dövlətlərə, o cümlədən Almaniyaya, Hollandiyaya, İsveçrəyə, İtaliyaya, Fransaya və digər ölkələrə satılmasını qeyd etmək olar. Həmin illərdə respublika daxilində də zavoddan çoxlu sayda damazlıq atları satılmışdı.
İsveçrəli at saxlayan Hans Hutmeyer isə hətta malikanəsinin qarşısında XIX əsrin məşhur Qarabağ atı Əlyetməzə heykəl də qoyub. Bu həmin "Əlyetməz"di ki, Rusiyada knyaginya Usmiyevanın at zavoduna məxsus olub və 1867-ci ildə ümumrusiya sərgisində mükafat alıb.
Hələ XIX əsrdə Avropadakı sərgilərdə qələbə qazanan Qarabağ atları fransız qadınlarının da diqqətindən yayınmayıb. İlk dəfyə fransız xanımlar öz saçlarını məhz Qarabağ atlarının rənginə uyğun olaraq qızılı-kürən rəngdə boyayıblar.
Hazırda Almaniyanın Frankfurt şəhərində Verena Solian adlı xanımın rəhbərliyi ilə "Qarabağ atlarının dostları" klubu da fəaliyyət göstərir. Bu qadının təşəbbüsü ilə Almaniyada Qarabağ atların kataloqu dərc olunub.
At muraddır (IV yazı)

by:Murad(Pərviz) 
Mənbə:(https://www.facebook.com/AtlarHaqqindaMelumatlar/posts/1383658828517383)

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz