» » At muraddır (I yazı)

At muraddır (I yazı)

At muraddır (I yazı)

Atlar haqqında nə bilirik? (I yazı) 

Uşaqlığım dağ rayonunda keçib. Özümüzün olmasa da, əmimin atı vardı. Meşəbəyi idi, həmişə meşəyə atla gedib-gələrdi. O vaxt indiki kimi nəqliyyat yox idi ki. At minənlərə həsədlə baxırdılar. Elə öz nəslimizdən olan oğlan uşaqları bilmirdilər ki, əmimin qəlbinə necə yol tapsınlar ki, hər səhər meşəyə getməzdən əvvəl atı sahədən gətirməyi və yaxud meşədən qayıdanda atı sahəyə aparmağı ona tapşırsın. Biz də fürsətdən istifadə edib ora-bura çapırdıq. Əmim bilirdi, amma çox da dərinə getmirdi. Sonralar da atla bağlı hər şeyə həssas idim. Bir yaşlı kişidən eşitdiyim fikir isə yaman xoşuma gəldi. Ağsaqqal deyirdi ki, bala, insanın vəfasızı, xəyanəti ola bilər. Amma itin, pişiyin, atın olmur. Bir parça çörəyi versən, ömrünün sonuna kimi bu haqqı unutmaz. Doğrudan da belədir. Mən bu hikməti kitablarla yanaşı həyatın özündə də gördüm. Əsrimiz çevik texnologiyalar əsri olsa da, atla bağlı bildiklərimizə, beynimizdə olanlar cüzi də təsir edə bilmədi. Biz yenə də atla bağlı hər şeyi maraqla öyrənmək istəyirik.
At, insanlara xidmət edən heyvanların ən sədaqətlisi, güclüsü, yaraşıqlısı, faydalısı və əlverişlisidir. At eyni zamanda ovda, idmanda, səyahətdə insanın köməkçisidir. İnsanlara sevinc və zövq gətirir. Çox həssasdır: silah səs-küyünə, musiqi və marş səslərinə tez uyğunlaşır. Atlara verilən adlar da müxtəlifdir. Erkək atlara ayğır , yük çəkənlərə at , dişisinə madyan, balasına tay, yeni doğulmuş balaya qulun, başıboş gəzənlərə hərgələ, qoşqu atlarının kişisinə at , dişisinə gölük deyilir. Türklər atlarına digər adlar da vermişlər : ilqar atı ( əhəmiyyətli xəbərləri gətirən sürətli və dayanıqlı ), mənzil atı ( poçt atı), qaçış atı, ov atı, səmər atı ( yük atları ), lağ atı ( mərasimlərdə komandir atı) və s.
Azərbaycanda isə atın südəmər balasına dayça, 2 yaşa qədər dişi və ya erkək ata qulun, ikillik atlara ürgə, erkək ata ayğır, dişi ata madyan, qoşqu və yük atına yabı deyirlər.

At muraddır (I yazı)

Bir atın beyni təxminən 650 qram olur. 20 metr incə, 10 metr qədər də qalın bağırsağı vardır. Gündə 3-8 kq. dənli yem və 5-35 kq. ot və samandan ibarət qida qəbul edirlər. Gündə 20-40 litr su içirlər.
Kişisində 40, dişisini 36 diş olur. Üst və alt çənədə altı ədəd olmaq üzrə on iki kəsici və hər çənədə də on iki 24 əzici dişi vardır.
Atın hamiləlik müddəti 11 ay və ya 48-49 həftə, yəni 320-340 gündür və ümumiyyətlə, at bir bala doğur. Balanın gözləri açıq olaraq doğular və bir saat içində ayağa qalxaraq anasını izləməyə başlayır. Əmizdirmə müddəti 20-24 həftə və ya 5-6 aydır.
Normal olaraq dincələrkən dəqiqədə 8-16 dəfə nəfəs alır və alınan hava 35 litrdir. Normal nəbz sayı 28- 40 və qan miqdarı atın ağırlığının 1/8 qədərdir. Bədən istiliyi 37.5-38.5 dərəcədir.
Atlar böyümələrini 4-5 yaşında tamamlayır. Röya görə bilir və ətraf təsirlərinə görə 25-30 il ( 5-16 yaşları arasında ən güclü dövrələri) və daha çox yaşaya bilirlər.
Atların zahiri görkəmində: ayaqlarında, quyruq və boyunlarında, eləcə də alınlarında bir-birindən fəqrli nişanələri olur.
Türklər atlara rənglərinə görə də ad verirlər: Ağat, Bozat, Qırat, Alat, Sarat, Qarat və s. Bundan başqa, ədəbiyyatlarda bir çox xarici və əfsanəvi at adları da vardır:
1. Yılmaya - qanadlı at
2. Tulpar - uçan at
3. Kilin - buynuzlu at
4. Cirən - danışan at ( Kayçı Ceren və Kamçı Ceren) 5. Burşun - əkiz atlar (Ağ Burşun və Kök Burşun, uca bilirlər)
5. Sudan çıxma- (Məsələn, Koroğlunun atı)
Özü və ya atası sudan (göldən) çıxıb gələn (sudan doğulan) bir atın / heyvan. Belə bir canlı qeyri-adi və fövqəladə xüsusiyyətlərə malikdir. Məsələn, Koroğlunun atı sudan çıxmadır. Bəzən sudan çıxmanın əks olunması (soyun digər tərəfi) Çöldən gəlmə olaraq ifadə edilər.
6. Çöldən gəlmə
7. Ağqula (anlamaq və yuxarı sıçrama mənalarında)
At muraddır (I yazı)
Aqula Manas xanın atıdır. Sıra xarici xüsusiyyətləri vardır, çox görkəmli və ağıllıdır. Sahibinə sadiqdir, döyüşlərdə onunla birlikdə düşmən üzərinə gedərmiş.
8. Şubar (Üstündə kiçik ləkələr şəklində yumru nöqtələr olan heyvana "çubar" deyilir.)
Alpamış Xanın atıdır. Qeyri-adi xüsusiyyətləri vardır. Türk əfsanələrindəki fövqəladə atların xüsusiyyətlərinin hamısını daşıyar. Uça bilər, danışar, sahibini əvvəldən xəbərdar edər, onu tək buraxmaz, bir aylıq yolu bir gündə gedər, sahibinin nə vəziyyətdə olduğunu hiss edərək ona görə davranar. Atası sudan çıxmadır.
Bütün atlar belədir. Müdriklər bunu zaman-zaman sınaqdan keçirmişlər. Atın duyma, hissetmə qabiliyyəti çox yüksək olur. Məsələn, susayıbsa, ətrafda su mənbəyinin olması məlum deyilsə, at o mənbəyə gedən yolu sahibindən tez və asan duyur. Hələ qədim zamanlardan balıq ovlayanlar atlardan istifadə edirdilər. Çünki at çayın, gölün üstündəki buzların sahildən aralanmasını, çatlamasını sahibindən qabaq hiss edib onu dərhal buradan uzaqlaşdırmışdır.
Atlar "sinoptik"lər kimi havanın dəyişəcəyini əvvəlcədən hiss edir. Uzun zaman atdan istifadə etmiş adamların söyləməsinə görə at fınxırırsa yağışdan xəbər veri. Bəzən at yağışdan əvvəl başını əsdirib ayaqlarını yerə vurmaqla da yağışdan xəbər verir. Əgər at qışda tövlədə yatırsa, deməli, hava istiləşəcək. Əgər atlar dik, təpə olan yerlərə şıxırsa, bu da havanın yaxşı olacağına işarədir, əksinə dərəyə, digər alçaq yerlərə enərlərsə, havaların pisləşəyi gözlənilr.
Atlar zəlzələni də tez hiss edir və qabaqcadan kişnəyir, fınxırır, ayaqları ilə yeri döyəcləyir. Sanki cilovları qırıb bağlandığı yerdən qaçmaq istəyirlər.
Ümumiyyətlə, atları insanlara bağlayan səbəblər də elə bu kimi xüsusiyyətləri olmuşdur.

At muraddır (I yazı)

Atların həyatımızdakı bir mühüm yeri də onların ət və südündən müalicəvi məqsədlə istifadə edilməsidir.
At minmək özü də insana müalicəvi təsir göstərir. Demək olar ki, at minən adamlar minməyələrə nisbətən xəstəliyə daha az tutulurlar. Belə adamlarda piylənmə və oynaqlarda duz yığılması olmur. Psixi xəstələr atla ünsiyyətdə olduqda, onlarda olan əsəb, psixoloji gərginlik müalicə olunur. At qanından hazırlanan preparatlardan botulizm, qanqrena, quduzluq xəstəliklərində istifadə edilir.
Madyan südü vərəm, mədə-bağırsaq və ürək-damar xəstəliklərində, maddələr mübadiləsinin pozulmasında, sinir sistemi xəstəliklərində müalicəvi təsirə malikdir.
Tatarlar, qazaxlar, qırğızlar at südündən və ətindən bu gün də geniş istifadə edirlər. Çünki onların tərkibində zülallar və aminturşuları, bioloji birləşmələr çoxdur.

At muraddır (I yazı)

Qeyd: Yazıda vikepediya məlumatlarına istinad edilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz