» » "Eləmədiklərim yandırar məni "

"Eləmədiklərim yandırar məni "

"Eləmədiklərim yandırar məni "  

"Molla, əvvəlcə, məndən uşaqların anasına salam yaz, - dedi.
- Yaz ki, Anaxanımın, Məmişin gözlərindən mənim əvəzimdən öpsün, onlardan göz-qulaq olsun. Sonra yaz ki, mən də, şükür Allaha, sağ və salamatam. Qulamrza ilə sizə on beş manat pul da göndərdim.
Qışın dondurucu bir günü idi. Soyuq qılınc kimi kəsirdi...” 
Bu epizodu xatırladınızmı: Abdulla Şaiqin "Məktub yetişmədi” hekayəsindən götürülüb. Qurban cənublu qardaşımızdır və əsrin əvvəlində çörək pulu qaznmaq üçün neft Bakısına gələnlərin ümumiləşdirilmiş surətidir.  

O, heç vaxt məktəbə geməmişdi: hərf nədir, qələm nədir bilmirdi. Elə Molla Fərzəlinin yanına da uşaqlarının anasına məktub yazdırmaq üçün gəlmişdi. Bir az olandan-keçəndən söhbət edəndən sonra: "molla, mənə bir məktub yaz! Bilirsən ki,  sənə nə qədər xeyir verirəm. Vətəndən gəldiyim bir il olmaz, ancaq bununla sənə beş məktub yazdırıram", - demişdi.  

Qurban   göndərdiyi  məktublarla bir az  təskinlik tapırdı ki, bu məktublar   balalarına onları  yaddan çıxartmadığını  sübut edəcək.  Fəqət,  Qurbanın özü kimi fağır olan bu məktub Arazın o tayında qalan ciyərparalarına yetişə bilmədi.

Qurban məktubu  vətənə gedən həmkəndlisi Qulamrza ilə göndərəcəkdi. Amma Qulamrza evdə olmadığı üçün  məktubu   verə bilməmiş, özündə saxlamışdı.  Səhər işə gələndə  məktubu da özüylə götürmüşdü ki, imkan edib Qulamrzaya çatdırsın.  Amma mədəndə  qazdığı quyunun partlaması səbəbindən qoynundakı məktub ailəsinə yox, mədən yoldaşlarına çatmışdı: "Səfər və Tanrıverdi tez quyunun ağzına yüyürdülər. Başlarını aşağı dikərək baxırkən, quyu içində partlayan qazın gurultusundan diksinib çəkildilər. Hər ikisi həyəcanlı bir səslə: 

-Allah özü bağışlasın. Qurban da belə getdi, - deyə fəryad qopardılar...  

...Səfərlə Tanrıverdi Qurbanın paltarını yığışdırıb götürərkən, arasından yerə bir məktub düşdü. Məktubun üzərində: "Bu məktub Qurbanın uşaqlarının anasına yetişəcək" cümləsi yazılmışdı.

Səfərlə Tanrıverdi bir müddət məktubu acı nəzərlərlə süzərək: "Yazıq Qurban, məktub yetişmədi" - deyə inlədilər."

 

 "Eləmədiklərim yandırar məni "  

Haşiyə: Qurban hər dəfə sahibkarın quyusuna enəndə gözləri dolurdu ki, Allah, mən bir də qayıdıb külfətimin yanında yata biləcəyəmmi? Eşq nədir, sevişmək nədi bunuları bilməzdi Qurban. Bir qarın çörək qazanmaq üçün gərək hər gün 5 qat əmək sərf edəydi ki, birini də ona verəydilər. Yorğunluq onu elə hala salırdı ki, axşam düşəndən nə qədər də sonra ayaqları  onu evə güclə gətirib çıxarırdı. Gündoğandan günbatana kimi ayaqüstə qalan, dayanmadan işləyən bir biçarənin elə Arazın o tayında da taleyi, güzəranı yaxşı olmamışdı, hətta Arazın bu tayındakı güzəranından da açınacaqlı olmuşdu: hər gün yediyi ənənəvi ağ yeməkdi (şor). Hər səhər bir qarın çörək üçün evdən çıxar, axşam da yorğun-ağrın ufacıq daxmasına gəlib yetişə bilirdi. Gəlib çatan kimi də şordan-mordan gətirib qoyardılar qabağına. Heç bunu da doyunca yeyə bilməzdi, getmirdi axı. Birtəhər boğazından keçirib durub uzanırdı sağ böyrü üstə yatağa, üzünü də çevirərdi divara. Külfəti də süfrəni yığışdırıb, qapı-bacanı bağlayıb gəlib sol böyrü üstə uzanırdı Qurbanın arxa tərəfində, üzünü də çevirirdi Qurbanın baxmadığı divar tərəfə. İkisinin də qarın tərəfi həmişə soyuqda qalırdı. Düz əməlli-başlı yorğanları da yox idi. Soyuq aylarda Qurban üstündəki mələfəni özü tərəfə çəkərdi, külfəti də özü tərəfə. Əlqərəz, yazıqlar bir yorqanın altında heç yerdən soyuq keçə bilməyəcək şəkildə bir dəfə də olsun yata bilmədilər. Sonra da Qurban Anaxanımına, Məmişinə güllü don almaq arzusuyla Arazın o tayından bu tayına keçmişdi. Burda görmüşdü ki, başında şlyapa, əllərində biləklərinə qədər əlcək, üzlərinə tül örtülmüş xanımlar kişilərlə qol-qola o tərəf-bu tərəfə gedirlər. 

"Eləmədiklərim yandırar məni "

Yazıq Qurban elə bilmişrdi ki, bunlar hamısı ər-arvaddırlar, bəxtəvərdilər. Uşaqlarının anasını gözləri önünə gətirib o qədər həsəd çəkmişdi ki. Külfətini yanında, özünü də külfətinin yanında hiss edib çox kövrəltmişdi. Fikri vardı ki, yaza kimi işləsin, Anaxanıma, Məmişə güllü don, külfətinə də burda gördüyü arvadların əynindəki geyimlərdən alsın. Hə, bir də ən əsası iki nəfərin üstünü tam örtəcək yorğn alıb qayıtsın köç-külfətinin yanına, özü də həmişəlik. Amma bunlar Qurbanın ürəyində bir xəyal olaraq partlayan quyunun dibində qaldı.
Lap Qurbanın məktubu əgər yetişəydi, məktubundan sonra da nəşi yetişəcəkdisə, elə yetişməməsi məsləhət imiş: yoxsa Avaxanımın, Məmişin anası hər dəfə Qurban yada düşəndə həmin məktubu qabağına qoyub şivən qoparacaqdı: "ölməmişdən qabaq məktub göndərmişdi…” deyə. 
XX əsrin əvvəllərində Molla Fərzəlinin yazdığı məktub sahibinin öz acı taleyi vardı, XXI əsrin əvvəllərində dənizdə neft çıxaran neftçilərin gündərildiyi ünvana yetişən elektron məktublarının öz taleyi, öz acısı. 
Elə məni də bu yazını yazmağa "Günəşli” platformasındakı faciədə sonradan məlum olan məktublar, sms-lər oldu.
Allah hamısına rəhmət etsin, ocaqları sönməsin, oğul-uşaqları yetişib qollu-budaqlı olsunlar.  

"Eləmədiklərim yandırar məni "

 

"Eləmədiklərim yandırar məni " 

İstər Qurbanın, istərsə də bu əsrin əvvəlində dekabr faciəsində qəzaya tuş gələrək həyatını itirən həmvətənləimizin yetişməyən-yetişən məktublarına rəğmən müasirlrimizi Musa Yaqubun bir şeiri ilə diqqətə çağırmaq istəyirəm:

 

Əvvəl budaq-budaq suda uyuyan,

Sonra çarxı dönüb, arxı quruyan

Bir yağışa həsrət söyüdlər kimi

Eləmədiklərim yandırar məni...

Özümə verdiyim öyüdlər kimi,

Eləmədiklərim yandırar məni...

 

Mən elə bilirdim o bənövşəlik,

Mənimçün qalacaq tər həmişəlik.

Özü solub getdi, qıymadım üzəm,

Doyunca baxmadım bənövşə gözə,

Yazı nəmiş, yayı tez xəzəlləşən,

Pətəkdə qaynaşan,

Şanla əlləşən,

Qışda balsız qalan arılar kimi,

Eləmədiklərim yandırar məni...

 

Özümə verdiyim öyüdlər kimi

Eləmədiklərim yandırar məni...

Mən elə bilirdim vaxt da duracaq,

Elə o əvvəlki baxt da duracaq.

Gedib səadətlər rastına çıxan

Sevgi cığırıyla keçmək olacaq.

Hər vaxt bu zəmini biçmək olacaq...

Bərədə boş yerə anları sayıb,

Ovunu hürküdən ovçular kmi,

Eləmədiklərim yandırar məni...

 

Yaylaqda çeşməyə məhəl qoymayıb,

Səhrada alışan yolçular kimi,

Eləmədiklərim yandırar məni...

Bilmirəm kim idi üzdü barımı,

Uçurtdu əlimdən bir şikarımı,

Sonraya saxladım çox qərarımı,

Eləmədiklərim yandırar məni...

 

Yox, daha ömrümdə açılmaz o yaz,

Bir qanadım yorğun, birisi pərvaz.

Elədiklərimdən yaxam qurtarmaz,

Eləmədiklərim yandırar məni...

 

"Eləmədiklərim yandırar məni "


Eləmədiklərimizin yandırmaması üçün onları etmək lazımdır. Həyatı sonradan təəssüflə xatırlamamaq üçün mənalı yaşamaq lazımdır ki, diqqət, etimad, sevgi, hörmət, nəvaziş kəsirləri gərək qalmasın. Elə yaşamalısan ki, ürək tamam doysun. 

Çünki biz insanlar adi gülərdə bunu unuduruq, yadımıza salmırıq. Çatmayan-çatan məktublarda, təəssüflərdə üzə çıxır ki, nə imiş həyat, sevgi, yaşamaq. Lap mehriban olmuş tərəflər də belədir... Onlar da etdiklərini az etdikləri üçün eləmədikləri yandırır onları...

 

"Eləmədiklərim yandırar məni "

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz