» » Həyat yoldaşım - sultanımdır

Həyat yoldaşım - sultanımdır

Müəllif: Fidan от 22-05-2013, 08:36

Həyat yoldaşım - sultanımdır

Neçə gündür saytımızda maraqlı bir müzakirə gedir. Müzakirəyə təqdim edilən məsələ həyatımız üçün çox ciddi və əhəmiyyətlidir. Ciddidir ona görə ki, bu problem ailə cütlükləri arasında düzgün qəbul edilməyəndə, ən azından tərəflər arasında incikliklər yaranır, hətta yüksələn xətt üzrə arzuedilməyən sonluqlara da aparıb çıxarır. Əhəmiyyətlidir ona görə ki, barış tapanda, ortaq məxrəcə gələndə "burada üfüqlər də sakit olacaq”…

Haqqında söhbət gedən məsələ ailə münasibətləri - kişilərin ev işlərinə kömək etməsi ilə bağlıdır. Maraqlı və həm də hamı tərəfindən heç də birmənalı qarşılanmayan problemdir. Təbii ki, hamı eyni cürə fikirləşə bilməz, bu, heç kimə irad da tutulmamlıdır. Doğrunu məhz bu ziddiyyətlərin qarşılaşmasında tapmaq olar. Azərbaycan xalqının tarix boyu özünəməxsus ailə-əxlaq mədəniyyəti olub. Bu mədəniyyətin yaradıcısı xalqdır. Xalq onu bir dəfəyə oturub fikirləşib yazmayıb.. Zaman-zaman bu qayğılarla birlikdə yaşayıb, müşahidələr aparıb , tutuşdurub, çəmiyyətin qəbul etdiyi, "hə” dediyi qaydaları həyat tərzinə çevirib.

Azərbaycan islam ölkəsidir, islami dəyərləri də bura əlavə etsək, bəlkə də bizim əxlaqi sərvətlərimiz dünya üçün etalon olmalıdır. Nə olsun ki, indi üstümüzə " mədəniyyət imperializmi” hücum çəkib. Əgər bu mədəniyyət əsrlərin sınağından gəlib çıxıbsa, onu xalqın bağrından silə biməzlər. Olsa-olsa, bizi mənəviyyatızlaşdırarlar, kökümüzdən ayırarlar, bax, onda vəsilə qırıla bilər. Bizə dünyanın qabaqçıl texnologiyaları lazımdır, amma mədəniyyətləri yox… mənim Pəri nənəm yad kişi görəndə üzünün qızartısı bir həftə çəkilməyib... Bu, tarix boyu belə olub. M.F.Axundovun " Hekayəti- Molla İbrahimxəlil kimyagər” komediyasında Hatəmxan ağanın sözlərinə fikir verin: "Mənə yəqin hasil olubdur ki, bizdə hər adət və xasiyyət var isə, əksi Paris əhlindədir. Məsələn, biz əlimizə həna qoyarıq, firənglər qoymazlar; biz başımızı qırxırıq, onlar başlarına tük qoyarlar; biz papaqlı oturarıq, onlar başı açıq oturarlar; biz başmaq geyərik, onlar çəkmə geyərlər; biz əlimiz ilə xörək yeyərik, onlar qaşıq ilə yeyərlər; biz aşkara peşkəş alarıq, onlar gizlin alırlar, biz hər zada inanırıq, onlar heç zada inanmazlar; bizim arvadlarımız gödək libas geyər ( burda "gödək geyir" ifadəsini mini geyinmək kimi başa düşməyin ha… yoxsa M.F.Axundovun da, Hatəmxan ağanın da, o dövrdə yaşayan nənələrimizin ruhu inciyər. Bizim milli geyimlərimizlə tanışlığı olan hər kəs o dövrün geyimlərini kitabda, kinoda görməmiş deyil. Gödək geyirdilər, altından topuqlarını örtən səviyyəyə qədər balaqları olan şalvar da geyirdilər), onların arvadları uzun libas, bizdə çox arvad almaq adətdir, Parisdə çox ər almaq.”

Həyat yoldaşım - sultanımdır

Allah Adil İsgəndərova rəhmət eləsin. hər obrazı, hər sitatı səni çökdürsün, otur papağını qoy qabağına fikirləş."Axırıncı aşırım" da hələ bir Kərbəlayinın sözlərinə bax: " Deyirlər ki, inəklərini ver, öküzlərini ver, atını da ver, arabanı da ver, sonra da gəlib deyəcəklər ki, papağını da ver, namusunu da..."

televizordan xatırlayırsınızsa, Erkan Özerman adlı birisi var. Türkiyədə əyləncə sektorunda önəmli gecə klubu və diskotekaların ən məşhur quruçularından biridir. Yəqin tanınmış tele-prodüser Kemal Cenk İçteni də hamı tanıyır. Bunlar gözəllik müsabiqəsi keçirirlər.16-28 yaş arası, boyu 170 sm-dən yuxarı olan, gözəlliyinə, zəkasına, savadına, mədəniyyətinə güvənən xanımlar bu müsabiqədə iştirak edə bilərlər. Guya onlar belə müsabiqələrlə Azərbaycan mədəniyyətini dünya miqyasında tanıdacaq... Kül bizim başımıza.... göyçək Fatmalarımız (təbii ki, onlar da heç vaxt belə yerlərə getməyəcəklər)evdə qalıb, bunlar gəlib burda Aygün Kazəmovadan, nə bilim kimdlərdənsə ən çirkinlərimizlə belə müsabiqələr təşkil edəcəklər. Bizim gözəl qızlarımız evlərimizdəki xanımlarımızdır və hər birinin gözəlliyidə öz ərinə məxsusdur və ümumilikdə bizim əxlaq məcəllləmizi hifz edib yaşadanlar da bu qadınlarımızdır. Azərbaycan ərləri bu qadınlarla qürurludur bu qədər....

Qoy, sözü, fikri eşidilən ziyalılarımız susmasınlar, bu haqda danışsınlar..Bizim qızlarımızla bizi tanıtmaq istəyənlərə yolumuz bağlanmalıdır...


Həyat yoldaşım - sultanımdır

80-ci illərdən sonra bu aşınmalar daha intensivləşdi. İnteqrasiya, nə bilim nə adıyla ən incə yerlərimizə qədər ayaq açdılar və

bu interasiya bu gün də davam etməkdədir. Kinomuz sönüb..tişə və fırçalamız quruyub.. "Sənsiz”imiz susub...

Biz dədə-babalarımızın qoyub-getdiyi əxlaq ölçülərini qorumalıyıq. Olsun ki, Avropada bunlar adi şeylərdir… Olsun ki, ev işlərində kişilər də az qala qadınlar qədər iş görürlər və s. fikir vermisinizsə, xəbərdəkişəkillər də Azərbaycan həyatına aid deyil. Azərbaycan həyatında qadının qadın, kişinin kişi işi var. kişi qabağına döılük bağlayıb qab-qacaq yumaz, döşəmə silməz, uşaq ardı yumaz ( müstəsna hallar bura aid deyil) və s…Heç, mənim fikrimcə, Azərbaycan xanımı özü buna imkan verməz ki, kişi bunları etsin….Bizim Dəniz xanımın dönə-dönə iddia etdiyi "yox, kişi bu işləri etməmlidir” fikirləri bir qədər korrektəyə ehtiyac duysa da, ümumi anlamda qürurvericidir, qadınların kişilərimizi görmək istədiyi yeri ifadə edir. Dünya kişiləri festifal keçirsələr, biz hamıdan 1-ci olacağıq.. Bizim Atatürkümüzün də məşhur bir kəlamı var: "Türk xalqı qəhrəmanlıqda olduğu kimi, ləyaqətdə də dünyada ön sırada gedir.”

Mən də kişilərin birbaşa qadın işlərinə aid etdiyimiz işləri ardıçıl və sistemli olaraq görməsinin tərəfdarı deyiləm. Avropanın ortaya atdığı Gender çox yerdə bizə lazım deyil. Azərbaycan mühitində lap nə qədər Gender bərqərar olsa da , ailədə atanın, ərin üstün rolu həmişə olub və həmişə də olacaq. O evdə ki, bu əzəli və əbədi meyar gözlənilməyəcək, o evdə "üfüqlər sakit ola bilməz". O evdə firavanlıq ola bilməz...

Dinimizdə bu, var, şifahi xalq ədəbiyyatında kifayət qədər nümunələr var...Mən burda kişilərin nümqayəndəsi kimi yox, bir insan kimi həyat haqqında arzularımı bildirirəm. Azərbaycan kişisi "Qadın" adını həmişə uca tutmuşdur.

Dünyanin ayrı-ayrı ölkələrində qadına "voman”, "donna”, "jenşina”, "frau”, "vanita”,"qospoja”, "mara”, "baba” kimi adlar verilib… Amma Dədə Qorqud cəmiyyətində qadına "Halalım” deyilib. Bax, təkcə buna görə qadınlarımız kişilərin başına fırlanmalıdır. onlar bu dəyərə layiq olduqları üçün belə adlandırılmışdır.…Dünyanın heç bir ölkəsində qadına "Halalım” deyilməyib..Bu, yalnız Azərbaycan qadınının adıdır… Bunu ona görə deyirəm ki, qadına bu dəyəri verən kişi heç vaxt onun cəlladına çevrilə bilməz. Ailəni bir körpüyə bənzətsək onun bir tağı kişinin, bir tağı qadının çiyinlərində qərarlaşıb. Bu körpünün əsrlərin sınağına tab gətirməsi üçün bu birliyin qorunub saxlanması zəruridir. Hər kəsin öz işi var, hər kəsin öz şərəfli vəzifəsi, ailə, uşaq və cəmiyyət qarşısında borcu var.


Həyat yoldaşım - sultanımdır 

Amma bu, o demək deyil ki, ailədə bütün işləri qadın görməlidir.

Bu, yumorvari bir karikatura olsa da, qadınların böyük əksəriyyətinin yaşam tərzidir.Köməksiz olan qadın bu qayğıların hamısının öhdəsindən gələ bilmir. Bu halında nəinki ər ona yaxın duracaq, heç evə gəlməyək. Getdikcə evə, xanımına qarşı soyumağa başlayacaqdır. Nəticədə sonda bu qadını ya boşayacaq, ya da göz yaşlarında saxladacaqdır.

Bəs necə olmalıdır? Axı nə qədər qəddar olmalısan ki, qadının yuxarıdakı halına acımayasan. Mənim fikrimcə, kişi istər özü, istərsə də qadını bilmədən bunu edir. Çünki bunsuz həyat mümkün deyil. Məsələn, bu şəkildə ailənin mehriban həyatını əks etdirən bir epizoddur. Deməli, birlikdə müzakirə etməyi bacarırlar, bazarlıq edəndə bir-birlərinə dəstək olurlar. Nə alınıbsa, mağazadan evə gətirmək kiçinin boynuna düşürsə də, dolayısı da qadın da onun uşağını saxlamıdır. Evindən, uşaqlarından, ailəsindən xatircəm olmayan kişi heç vaxt uğur qazana bilməz.

Gəzməkdən gəlirlər. Əlbəttə, uşağı gəzdirmək kişinin borcudur. Qadın buna , sadəcə, ərin gördüyü fiziki iş kimi baxmır, içindəkini ərinə ya deyə bilmir, ya da əri bunun fərqində deyildir. Qadın fiziki mənada ana onsuz da balasını düz 9 ay bətnində cəzdirmiş, atasına bəxş edərək, ona atalıq haqqı qazandırmışdır. indi qalib sərkərdə kimi umduğu sevgi anlarını yaşamaq istəyir. İstəyir ki, atası ciyərparalaarını qucağına alsın və onlar yanaşı addımlasınlar. Valideynlər, dost-tanış, qohum-qardaş, onun bu bəxtəvər halını görsünlər. Ər bunu psixoloq olaraq duymalıdır.

Bu epizodda da qıcıqlandırıcı heç nə görmürəm, əksinə, yəqin edirəm ki, aralarında mehriban, isti münasibətlər, qarşılıqlı hörmət və etimad var. 1, 2 stolun üstünü təmizləmək nə qədər şərəfə toxuna bilər ki, kişi ona görə də bu qədər təbəssümə qərq etdiyi çöhrəni , bütövlükdə isə ömrün o günlük anını itirmiş olaydı. O oğlana təşəkkür edirəm.

Bir salat doğramaqla, onları stolun üstünə düzməklə xəncərindən qaş düşməyəcəkdi. əksinə, oğlan centlemenliyini ortaya qoydu, bir ömür yaşayacağı xanımına vəfa nümayiş etdirdi...

Bu, bir sevgi hekayəsidir. Hələ sevməyə başlayanda belə əhd etmişdilər. Bu sevgini, onun novbarını birgə əzizləyəcəklərinə söz vermişdilər. Sevgini birgə əzizləyəndə, birgə paylaşanda necə şirin olurmuş.

Birtərəfli sevgi olmur, onun iki tərəfi olur. Gərək hər iki tərəf də bu sevgi üçün məsul olsun. From adlı bir filosof çox haqlı olaraq yazmışdır ki, sevgi istirahət məkanı deyil, birgə mübarizə deməkdir.

Bu şəkil də maraqlıdır. Maraqlıdır ona görə ki, kişi ev işləri görməlidir deyən xanımlara göstərəçək ki, bəs kişinin köməyi necə olur: Evdə olanda uşağı saxlamaq, təbiətin qoynuna çıxarmaq, uşağı söylətməklə nitq təmrinlərinə yol açmaq, uşaqlarda bir sıra nəcib keyfiyyətlərin ilkin cücərtilərini yaratmaq məgər iş deyilmi?

 

Həyat yoldaşım - sultanımdır

 

Deyirlər ki, sənət aləmində məşhur olan bir rəssam, günlərin birində fikirləşir ki, neçə illərdir bu sahədə fəliyyət göstərdim, təcrübə toplandım. İndi bu təcrübəmdən istifadə edib dünyanın ən gözəl nemətinin nə olduğunu arayıb tapacaq və onun tablosunu yaradacağam. Rəssam ailəsi və uşaqları ilə görüşüb yola düşür. Bu səyahət bir növ yaradıcılıq səyahəti kimi bir şey idi. Rəssam ətraf aləmi seyr edəcək, müdriklərlə görüşüb məsləhətləşəcəkdi.

Xeyli gəzib təbiəti, bütün olduğu yerlərin dağı, ormanı, havası, suyu ilə maraqlanır. Bir dəfə yol gedərkən bir tanışına rast gəlir. Görüşüb hal-ıhvallaşırlar. Tanışı ondan soruşur ki, xeyir ola, payi-piyada gedirsən.

Rəssam cavab ferir ki, ətraf aləmi seyr edirəm. dünyada ən gözəl olan şeyi axtarıram, onun rəsmini çəkəcəyəm.

Tanışı deyir ki, dünyada ən gözəl olan şey etibardır.

Rəssam yenə yoluna davam edir. Yolun bir mənziləsində qarşısına çıxan bir yolçu ilə salamlaşıb onu da söbətə tutur, dünyada ən yaxşı şeyin nə olduğunu soruşur. Yolçu deyir ki, o, eşqdir. Eşq olmasa, həyat olmaz..İnsan heç bir uğura imza ata bilməz. Bizi qürurlu edən, daha gözəl günlərə aparan sevgi-eşq deyilmi? Bu sözlər də rəssamın xoşuna gəlir. Artiq çox yerlərdə olmuş, insanlarla görüşüb söhbət etmişdi. Evinə qayıdırdı. Yolda bir əsgərlə rastlaşır. Söbət zamanı əsgərin çox döyüşlərdə iştirak etdiyini eşidən rəssam ondan da dünyada ən yaxşı şey nə olduğunu soruşur. Əsgər deyir ki, dünyada sülhdən, əmin-amanlıqdan gözəl heç nə yoxdur. Sülh olmasa, əmin-amanlıq olmassa, insan nə edə bilər ki?


Həyat yoldaşım - sultanımdır

Rəssam bütün eşitdiyi cavabları beynində götür-qoy edə-edə bir də görür ki, evlərinə çatıb. Həyətlərinə daxil olan kimi uşaqları qabağına yüyürüb özlərini atalarının qucağına atırlar. Sevgili xanımı baxışları ilə "xoş gəldin” eləyir. Rəssam həyət-bacaya, evlərinə fikir verdikçə görür ki, burda hər şey həyat vəd edir. O bütün bunları seyr etdikcə artıq yəqin etmişdi ki, dünyada ən gözəl olan şeyi tapmışdı: balalarının üzündə həyata, gələcəyə olan inamı, xanımının sevgi dolu, eşq dolu təbəssümləri, bu ailədə hökm sürən firavanlıq elə dünyanın ən gözəl nemətidir.

Rəssam bu duyğularla gözəl bir tablo yaratdı. Bilirsiniz, bu tablonun adını nə qoydu: Evim….

Doğrudanda dünyanın ən gözəl neməti dünyada olan gözəllikləri öz evində ailənlə birlikdə yaşamaqdır. Buna nail olmaq lazımdır. Sülhə, barışığa getmək lazımdır. Qarşılıqlı etimad, hörmət lazımdır. Demədən, istəmədən sevmək lazımdır. Sevgi qarşılıqlı olanda çox əzəmətli olur…şirin olur…mənalı olur.. onda kim kimə kömək etməlidir sualı ortaya çıxmır…Onda hamı secgini gözəlləşdirməyə çalışır. Sevgi birgə qazanılan , birgə yaşanılan xoşbəxtlik deməkdir. Elə xoşbəxtlik ki, hər biriniz deyə biləsiniz ki:

 

 

Həyat yoldaşım - sultanımdır

 


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz