» » İt qoyan hörmət nə qədərdir?

İt qoyan hörmət nə qədərdir?

İt qoyan hörmət nə qədərdir?

Uşaqlıq həyatım kənddə keçib. O zaman nadir həyət-baca tapılardı ki, it saxlanılmasın. Ona görə yox ki, Azərbaycanın ən kriminal yeri bizim rayon idi, kənd idi.Yox, onda insanlar indikindən çox mehriban, gözü-könlü tox idi. Sadəcə, dağ rayonu, kəndlər dağ və meşələrlə əhtə olunub, bu meşələrdə də vəhşi heyvanlar hər adda, hər növdə. Bəlkə də hansısa həyətdə it yox idisə, arxayın olub yatmaq olardımı: təkcə özlərinə görə yox, həm də qapıda saxladıqları heyvanlara görə, toyuq-cücəyə görə. Hər həyətdə azından 20-30 toyu hinduşka, 4-5 qoyun, 2-3 iribuynuzlu mal-qara. Bax, bu mənada it kəndə, psixologiyaya bir əminlik gətirirdi.Yoxsa hamı səksəkəli yatıb-durardı.
...Sonra zaman irəli addımladıqca yeniləçmə, mədəniləçmə bayrağı qaldlrdıq içimizdə, çölümüzdə: özümüzü müasirləşdirək, kəndi müasirləşdirək. "Urrey” deyə-deyə toyuq-cücə hinlərini sökdük, tövlələri sökdük, dedik pis qoxu gəlir, həyət-bacanın görkəmini qaçırır, amma allahın əta etdiyi sadə kənd həyatını, kəndli həyatından özümüzü məhrum etdiyimizin fərqində olmadıq. Onda pasterizə olunmuş südü 11 qəpiyə 3 qulaq paketlərdə satırdılr. Kəndli də bir az cırrayırdı ki, saat 9-da mağazadan 11 qəpiyə 1 paket süd alıb gətirib qəşəng 2-3 dəqiqəyə qızdırıb doğrmac edib dilü-canımı rahat edə bilirəmsə, nədən "şəhərli” olmayaq?! Kimdir ilboyu heyvan üçün qış tədarükü görən, qışın iliyi donduran şaxtasında isti yorğanın altından çıxıb tövləyə gedən, mal-qaranın altını təmizləyən, otunu-suyunu verən, sonra süd sağıb bişirən?
Bunlar beyinlərdə ikən düz əməlli-başlı yaşam tərzi fikirləşə bilməyən ideoloqlar zehni əməklə fiziki əmək, kəndlə şəhər arasında mümkün fərqləri aradan götürmək şüarları ilə cəbhəboyu geniş hücuma keçdilər. O vaxtdan da kənd simasını itirdi, insanlar kənd əməyindən uzaqlaşdılar və sair, və ilaxır.
Nəticədə, hər səhər  kəndin hər briqadasında (biz buna məhəllə də deyirdik) otlağa aparılan 200-300 mal-qara qəhətə çıxdı, indi 20-30 ya ola, ya olmaya. Onda kənddə bütün günü toyuqlar qaqqıldaşırdı, analar da bu qaqqıldaşmalarla yumurta ehtiyatlarını nizamlayırdılar. İndi yoxdur...
 Toyuq-cücə yoxdursa, it nəyə lazımdı onda. "Obrozovolski” olan biz  qonşumuza, qohumuza, dostumuza dedik ki, əyə, bu it nədir qapında, qonaq da gəlmək olmur, uşqlar da buna görə gələ bilmir: bir növ, kəndsizləşməyə əsas yaratdıq. Onda hər bostana gedəndə tağlardan  2-3 vedrə xiyar-pomidor, 2-3 vedrə xiyar yığılan kənddə indi 5-6 qonşunu, 10 qonşunu gəzsən, brlikdə bu qədər tərəvəz yoxdur, yox...
İtlər də bu meyillərdə gözdən düşdü. Tək itlər yox pişiklər də.
Yaxşı yadımdadır: ibtidai siniflərdə oxuyanda müəllimimiz (müəllimlər müəllimi, əsl maarif fədaisi, Allah qəni-qəni rəhmət etsin) itlər, pişiklər haqqında, atlar haqqında ibrətamiz nümunələr deyərdi və biz bu heyvanı vəfalı heyvanlar kimi qəbul edirdik.

İt qoyan hörmət nə qədərdir?
Şifahi xalq ədəbiyyatı nümunələrini acgözlükl oxuyardıq uşaqlıq illərimizdə . Atın döyüşdə yaralanmış sahibini necə qoruduğu, yaralanıbatdan düşəndə onu tərk etmədiyi və ya düşmən intiqam almaq istəyəndə sahibini öldürüb atın tərkinə bağlayıb buraxması ilə bağlı epizodlar bizi çox duyğulandırardı . Ata bax, sahibini öldürüb və ya ölümcül hala salıb atının üstündə buraxırlar, at meşəyə, dağlara yox, birbaşa onun öz ocağına üz tutardı. "7 oğul istərəm” filmində Cəlalın öldürülüb göndərilməsinsəhnəsini xatırlayın....
Bunlar o illərin uşaqlarında, gəncliyində şüurlu bir münasibət baxış formalaşdırırdı. Hər kəs bu heyvanlara isti münasibət bəsləyirdi.
Valideynlərimizin gözündən yayınıb təknədən şörək qoparıb atardıq. Ən çox çoban itlərinə marağımız olardı. Elə istəyirdik ki, çobanlarla yaylaqda yaşamaq. Müəllimimiz demişdi, kitabdan oxumuşduq, kinolarda görmüşdük ki, atlar doğrudan igidin qardaşıdır, itlər sürünü canavarlardn qoruyur. Tədricən yavaş-yavaş belə fikir yaradıldı ki, itlər-pişiklər infeksiya mənbəyidir. İtlər insana hücum edə bilər. Televiziyada, radioda orda-burda 1-2 quduzlaşmış itin insanlara hücum etməsini təkrar-rəkrar səslndirib olan-qalan rəğbəti də yox etdilər. Təbiətin ən sadiq heyvanları təbiətin özündən, sədaqət göstərdiyi insanlardan biganəlik gördü. İtlər, pişiklər daha çox məskənsizləşdilər, "sahibsiz heyvanlar” yarlığı yapışdırdılar üstlərinə.
Təbii ki sahibsiz qalmış heyvanlar təhlükə törədə bilər, infeksiya ötürücüsü ola bilər. Bu cür itlərin yaşıllıq ərazilərində ifrazat etməsi təhlükə yarada bilər, heç bir sağlamlıq profilaktikası aparılmayan heyvanlar virus yaya bilər, amma diqqət və qayğı ilə əhatə olan heyvanlar hər zaman insanların dostu olub və öz sədaqətli münasibətləri ilə insanları heyrətə gətirə bilər.
Artıq Azərbaycanda bununla bağlı ciddi addımlar atılmışdır.
2009-cu ildən etibarən isə ölkəmizdə "Vəfalı Dostlar” Baytar Klinikası fəaliyyət göstərir (daha ətraflı məlumat üçün bax: http://modern.az/articles/26513/1/ ).

İt qoyan hörmət nə qədərdir?

Məlum olduğu kimi 2011-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən başladılmış və qlobal ekoloji şəbəkənin yaradılmasına töhfəsini verən Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası (IDEA) fəaliyyət göstərir. IDEA beynəlxalq müstəvidə daha bir qlobal ekoloji hərəkata start vermişdir: Bakıda sahibsiz heyvanlar üçün Qaradağ rayonunda sığınacaq tikilir. Sığınacaqda eyni zamanda 5 minədək sahibsiz heyvanın, xüsusilə it və pişiklərin müvəqqəti və ya daimi məskunlaşması üçün şəraitin yaradılır, xüsusi baytarlıq klinikası fəaliyyət göstərəcək, heyvanların müayinə və müalicəsi, lazım gəldikdə onların üzərində cərrahiyyə əməliyyatının aparılması üçün zəruri avadanlığın quraşdırılması nəzərdə tutulub.
Sığınacaqda baytarlar üçün təlim və ixtisasartırma kursları fəaliyyət göstərəcək, buraya məktəblilərin xüsusi turları təşkil olunacaq. Ümid edirik ki, bu hərəkat insanlarla haqqında danışdığımız heyvanların tarixən mövcud olmuş münasibətlərini bərpa edəcəkdir.
İtlər sərhəd xidmətində, fövqəladə hallarda, cinayət axtarışı xidmətlərində çox böyük etimad, etibar qazanmış heyvanlardır.
Bu şəklə fikir verin.
İt qoyan hörmət nə qədərdir?
Biz daha  bir yazəmızda  yazımızda Yaponiyada "Haçiko” adlı bir it haqqında mövcud olan xatirələri danışmışdıq.Hər gün sahibini metoya qədər müşühidə edən "Haçiko” sahibini yola salıb geri dönərmiş, axşam isə idən çıxan vaxt gəlib sahibi ilə birlikdə evinə dönərmiş. Amma bir dəfə bu vəfalı heyvan gəlib nə qədər gözləsə də, sahibi gəlmir və o vaxtdan düz 10 il "Haçiko” hər il eyni vaxtda sahibini beləcə qarşılamağa gəlir.
Əvvəlki yazımızda qeyd etdiyimiz kimi, yaponlar bu hadisədən sonra "Haciko”nun heykəlini ucaldırlar. Bu eykəl olan yer-meydan Tokionun əhəmiyyətli bir görüşmə mərkəzinə çevrilir o vaxtdan . İnsanlar bir-birlərinə sədaqətini göstərmək və görüşəcəyi adamı gözləyəcəyini əmin etmək üçün məhz bu yeri seçərlər.
İtlər sahiblərinə, ona bir tikə çörək verənə qeydsiz-şərtsiz bütün həyatlarını bağışlayırlar. Bu şəkillərə baxdıqca adamı qəhər bürüyür. İtlər öz sahiblərinə necə bağlı olurlar. O qədər bağlı olurlar ki, vəfat etdiklrində belə, itlər sahiblərinin məzarından ayrıla bilmirlər.
Adi günlərdə inanlar arasında bir insan birinə ömək edə bilər. O insan vəziyyəti bir balaca düzələn kimi, ona kömək edəni unuda bilər, tərk edib gedə bilər. İtlər isə getməz. Döysən, vurub yaralasan belə, o, ölənə kimi ona verdiyin çörəyi tapdyıb üstündən keçməz...
İtin sahibinə olan sevgisi heç bir zaman bitməz.

 

İt qoyan hörmət nə qədərdir?

İt qoyan hörmət nə qədərdir?

İt qoyan hörmət nə qədərdir?

İt qoyan hörmət nə qədərdir?


Sən məni itlərə atdınsa əgər,
Yaxşı ki, dost yeyən deyilmiş itlər.
Dostluğu səndə yox, itdə gördüm mən,
İt bilən hörməti ayaqladın sən.
İt sənə dost olar, bir sümük atsan,
Namərd qədir bilməz, olsan da qurban.

Nizami Gəncəvinin əsərlərindən birindəndir bu parça: şah cəzaya məhkum etdiy insanları bunun üçün saxladığı xüsusi itlərə atdırırmış. Şah sarayında xidmət edən bir gənc bunu əvvəldən təxmin edib gizlicə itlərə yemək verirmiş. Nəhayət, 1 gün şah qəzəblənib onu da itlərə atdıranda itlər ona toxunmur. Onlara verdiyi çörəkdən keçmir. Şah bunun səbəbini biləndə heyrət edir.

 

İt qoyan hörmət nə qədərdir?

 

İt qoyan hörmət nə qədərdir?

 

İt qoyan hörmət nə qədərdir?

 

İt qoyan hörmət nə qədərdir?

 

İt qoyan hörmət nə qədərdir?

 

İt qoyan hörmət nə qədərdir?

 

Bax, it qoyan hörmətin əmsalı bu qədərdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz