» » Hüseyn Cavid: "Qadın Günəş, cocuq Ay..."

Hüseyn Cavid: "Qadın Günəş, cocuq Ay..."

Hüseyn Cavid: "Qadın  Günəş, cocuq  Ay..."

 

Dilimizdə nə qədər söz var, ifadə var, tək bir sənin "Ana” adın onların hamısından qürurla səslənir…
Biz Günəşə möhtacıq - o, Sən!. Cavanlığında incə, təravətli əllərini sinəmizdə, kürəyimiuzdə gəzdirəndə necə rahat olmuuuşuqsa, indi də susuz torpaq kimi cadar-cadar olmuş əllərinə ehtiyacımız var…
Havamız olmasa, ölərik - o, Sən! Şəfqətli, nurlu simanı gördükcə elə bil döş qəfəsimiz genişlənir, daha rahat və dərindən nəfəs alırıq.
" Dövlətdə dəvə, övladda nəvə” elə- belə deməyiblər ki.. Nəvə sözü, sadəcə, "uşaq” , "körpə” sözlərinin sinonimi, qarşılığıdır. Deyimi? Axı özümüz də bir vaxt nəvə idik, indi gəlib baba mərtəbəsinə qalxmışıq. Bizə bundan sonra nəvəmizdən dəyərli daha heç nə ola bilməz.
Arılar 1 kq bal toplamaq üçün 300 min kilometrə qədər məsafəyə uçur…Bu məsafə ekvator boyiunca 7 dəfə dövr etmək deməkdir. Arı bir gündə 200 hektardan çox sahəni uçub dolanır. 100 qram bal toplamaq üçün 1 milyon Dünyaya göz açan hər cocuğun çəkisi 4-5 kiloqramdırsa, bu könül meyvəsinin - bu balın dünyaya gəlişinə qədər anasının neçə çiçəkdən şirə göürdüyünü təsəvvürə gətirin…həyəcan dolu, təlaş dolu günlərin gərginliyini hesablayın...
Ana! Arılar belə sənə həsəd apara bilər… Sənin analıq vəzifən, şərafətin bütün canlılar üçün, bütün həyat üçün ölçü… Saymaqla bitən deyil, daha nədən deyim, hansından danışım?!
Bizə dil öyrətmisən, söz öyrətmisən….Dilimiz, ilk sözümüz Sən! Əlimizdən tutub gəzmək öyrətməsəydin, əlimiz, dizimiz yerdən ayrılmazdı...biz nə olardıq, kim olardıq onda? 
Əllərimizi ayaq olmaqdan sən qurtarmısan…uca boyumuz, şah qamətimiz Sən!
Qayğısız günlərini yaşayan bir cocuq gün ərzində 12 min söz deyir, 920 sual verir. Bütün bunlara səbirlə dözən, qayğı və nəvazişlə də hamısına cavab verən yalnız və yalnlz Sən! 
Əlini sinəmizə, kürəyimizə, saçımıza çəkməsəydin, kürəkli ola bilməzdik, ürəkli ola bilməzdik. Kürəyimiz Sən, ürəyimiz Sən!
Ailə adlı yuvamızın başçısı atamızdır…Onu belə mötəbər sən etdin. Atamızın yaraşığı Sən! Həyətimizin, həyatımızın yaraşığı Sən!
Sənin qayğıların bitib-tükənməzdir. Sən cəmiyyətin də anasısan. Cəmiyyətimiz üçün övlad böyüdürsən, bu cəmiyyətin nizamında iştirak edirsən…

Hüseyn Cavid: "Qadın  Günəş, cocuq  Ay..."

 

Azərbaycan, gözlərimin qarası,
Azərbaycan, həyatımın mənası.
Nə deyim ki, layiq olsun vəsfinə,
Ey Vətənim, anaların anası!
Azərbaycan, anaların anası!

Bir ağacsan, mən də sənə budağam.
Bir budaqsan, səndən qopan yarpağam.
Bir nəğməsən, mən də hər an, hər zaman,
O nəğməyə möhtac olan dodağam...

Azərbaycan Qadını! Sən sıravi əmək adamısan, müəllimsən, alimsən, dövlət xadimisən, yaradansan - Anasan! 
Alman şairi Heyne çox gözəl yazıb ki, qadın olmayan yerdən pis adam başlayır…Odur ki, Siz həmişə var olun, 
dünyamızı, həyatımızı gözəlləşdirin…

Qadın Günəş, cocuq...Ay! Nuru Ay Günəşdən alır, 
Qadınsız ölkə capuq məhv olur, zavallı qalır. 
Qadın əlilə fəqət bəxtiyar olur bu cahan…
O bir mələk...onu təqdis edər böyük yaradan. 
O çox sevimli, gözəl, incə,nazlı bir xilqət, 
Onun ayaqları altındadır fəqət cənnət, 
Qadın gülərsə, bu issız mühitimiz güləcək, 
Sürüklənən bəşəriyyət qadınla yüksələcək. 
 

Hüseyn Cavid: "Qadın  Günəş, cocuq  Ay..."

Və nəhayət… Azərbaycan qadını, sən Azərbaycan ərinin alınmayan qalasısan.. bükülməyən biləyisən, çökməyəcək dizisən…. 
Qeyrət ucalığısan, sədaqət timsalısan….Düşdüyünüz ocağın, nəslin, şəcərənin tarixini, davamını gələcək əsrlərə aparan Karvansan…Sarvansan….
Bayramınız mübarək……Dünyanın ən gözəl gülləri Sizin olsun… Bizə bəslədiyiniz bu qədər sevgi və nəvzişinizin əvəzində həyat yoldaşlarınızdan hər zaman canlı və isti bir diqqət görəsiniz… 
Umduğunuz və halal haqqınız olan "Əzizim”, "Ana” sözlərini hər zaman eşidəsiniz. Həm də elə eşidəsiniz ki, bu sözlərin qəlbinizdə yaratdığı məmnunluq qarşınızdakılara çöhrənizdəki təbəssümdən aydın olsun…

Hüseyn Cavid: "Qadın  Günəş, cocuq  Ay..."

 


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz