» » Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Müəllif: Təsisçi от 11-12-2016, 12:00
Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana


Hörmətli cənab Prezident,
Əziz qardaşım,


İstanbulun Beşiktaş rayonunda törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri məni olduqca kədərləndirdi.
Biz bu terror aktını lənətləyir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla və qətiyyətlə mübarizə aparılmasını vacib hesab edirik.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.
Allah rəhmət eləsin!

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 11 dekabr 2016-cı il.

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

"Ana və Uşaq” AZƏRTAC-a istinadən xəbər verir ki, İstanbulda terror hücumu nəticəsində 29 nəfər həlak olub, 166 nəfər yaralanıb.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu dekabrın 10-da axşam saatlarında İstanbulun mərkəzində törədilən terror aktı nəticəsində 29 nəfərin həlak olduğunu, 166 nəfərin yaralandığını bildirib. Həlak olanların 27-si polis əməkdaşı, 2-si dinc vətəndaşdır. Hadisə ilə bağlı 10 nəfər saxlanılıb.
Terror hücumu Beşiktaş rayonunda Vodafone Arena stadionu yaxınlğında yerli vaxtla saat 22:30 radələrində (Bakı vaxtı ilə 23:30) "Beşiktaş”-"Bursaspor” matçının bitməsindən saat yarım sonra baş verib. Bir-birinin ardınca törədilən iki partlayışda çevik polis qüvvələri hədəfə alınıb. Süleyman Soylu partlayışlardan birinin bomba yüklü avtomobillə, digərinin isə canlı bomba tərəfindən törədildiyini açıqlayıb.
Hadisə yerində təhqiqat davam edir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Mənbə: http://azertag.az/xeber/1018286

Türkiyədə bir günlük matəm elan edilib
Dekabrın 10-da axşam saatlarında İstanbulun mərkəzində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Türkiyədə bir günlük matəm elan olunub.
Türkiyənin Nazirlər Kabinetinin yaydığı yazılı məlumatda matəm günü dövlət bayraqlarının yarıyadək endiriləcəyi bildirilir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Mənbə: http://azertag.az/xeber/1018294
 

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz