» » “UNESCO-da Azərbaycan irsi-10" layihəsi çərçivəsində növbəti tədbir Göyçayda keçirilib

“UNESCO-da Azərbaycan irsi-10" layihəsi çərçivəsində növbəti tədbir Göyçayda keçirilib

Müəllif: Dəyanət от 8-12-2016, 08:46

"Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının köməkliyi ilə "UNESCO-da Azərbaycan irsi-10" layihəsi çərçivəsində növbəti tədbiri Göyçayda təşkil edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan tarının UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi münasibətilə Göyçay Şəhər Uşaq Musiqi Məktəbində keçirilən tədbirdə 100-ə yaxın şagird və müəllim iştirak edib.
Tədbirdə çıxış edən "Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin sədri Fərhad Abdulov layihənin məqsədinin Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın siyasətinin davamı olaraq qurumun Reprezentativ siyahısına daxil edilən Azərbaycanın milli-mədəni irs nümunələrinin qorunmasına, tanıdılmasına və təbliğinə xidmət etdiyini vurğulayıb. Sədr milli-mədəni irs nümunələrimizin qorunmasının və təbliğinin əhəmiyyətindən söz açıb.
Uşaq musiqi məktəbinin direktoru Rövşən Zamanov tarın özəlliyi haqqında geniş məlumat verib.
Sonra tarzən Rövşən Zamanovun musiqi məktəbinin şagirdləri ilə birgə ifası tamaşaçıları valeh edib. Daha sonra gənc musiqiçilərin kollektiv və solo ifaları dinlənilib.
Gənc məktəblilərə vacib məlumatları özündə əks etdirən məlumatlandırıcı flayerlər paylanılıb. Tədbirin sonunda tar sənətini yaşadan gənc musiqiçilər, fəal gənclər həvəsləndirici sertifikat və qiymətli hədiyyələrlə təltif olunublar.

“UNESCO-da Azərbaycan irsi-10" layihəsi çərçivəsində növbəti tədbir Göyçayda keçirilib

Mənbə: http://azertag.az/xeber/UNESCO_da_Azerbaycan_irsi_10_quot_layihesi_cherchivesinde_novbeti_tedbir_Goychayda_kechirilib-1017370

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz