» » Azərbaycan güləşçiləri Bakıda keçirilən “Qızıl Qran-pri” beynəlxalq turnirinin birinci günündə 7 medal qazanıblar

Azərbaycan güləşçiləri Bakıda keçirilən “Qızıl Qran-pri” beynəlxalq turnirinin birinci günündə 7 medal qazanıblar

Azərbaycan güləşçiləri Bakıda keçirilən “Qızıl Qran-pri” beynəlxalq turnirinin birinci günündə 7 medal qazanıblar

Noyabrın 24-də Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsinin birinci gününə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, doqquzuncu dəfə təşkil olunan turnirin ilk günündə Azərbaycan idmançıları 7 medal qazanıblar.

Azərbaycan güləşçiləri Bakıda keçirilən “Qızıl Qran-pri” beynəlxalq turnirinin birinci günündə 7 medal qazanıblar

Azərbaycan güləşçiləri Bakıda keçirilən “Qızıl Qran-pri” beynəlxalq turnirinin birinci günündə 7 medal qazanıblar

Əllidən çox ölkədən 700-ə yaxın güləşçinin mübarizə apardığı turnirin birinci günündə sərbəst güləş üzrə 57, 61, 65, 70, 74, 86, 97 və 125 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib.
Baş məşqçi əvəzi Firdovsi Umudovun rəhbərliyi ilə məşqçilər korpusunun daha çox gənc güləşçilərə şans verdiyi yığmamız 3 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olub. Qızıl medalları yığmamıza Giorgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq) və Cəbrayıl Həsənov (74 kq) qazandırıblar. Gitinomaqomed Hacıyev (70 kq) yalnız final görüşündə uduzaraq gümüş medalla kifayətlənib. Bürünc medallara isə Coşqun Əzimov (65 kq), Murad Süleymanov (74 kq) və Aslanbek Alborov (97 kq) layiq görülüblər.
Turnirə noyabrın 26-da yekun vurulacaq.

Azərbaycan güləşçiləri Bakıda keçirilən “Qızıl Qran-pri” beynəlxalq turnirinin birinci günündə 7 medal qazanıblar

Azərbaycan güləşçiləri Bakıda keçirilən “Qızıl Qran-pri” beynəlxalq turnirinin birinci günündə 7 medal qazanıblar

Mənbə: http://azertag.az/xeber/Azerbaycan_guleschileri_Bakida_kechirilen_Qizil_Qran_pri_beynelxalq_turnirinin_birinci_gununde_
7_medal_qazaniblar-1013501

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz