» » Şahə qalxan qasırğa İstanbulu cənginə aldı

Şahə qalxan qasırğa İstanbulu cənginə aldı


Şahə qalxan qasırğa İstanbulu cənginə aldı

Türkiyənin iqlimi dəyişir. Şimala doğru sürüşmə var, buna görə də tornado, qasırğa və dolu kimi çoxlu qeyri-adi hava hadisələri olacaq. Bunlar ekspertlərin fikridir.
Elə İstanbul şəhərində dünənki qasırğa həmin-qeyri-adi hava hadisələrinin biri hesab olunur. Qasırğa nəticəsində xəsarət alanların sayı getdikcə artmaqdadır. Bu xəbəri Türkiyənin səhiyyə naziri Fəxrəddin Kocanın kütləvi informasiya vasitələrinə verdiyi açıqlamalarda bildirmişdir.
Türkiyənin səhiyyə naziri qeyd etmişdir ki, təbii fəlakət nəticəsində 38 nəfər yaralanıb, daha 4 nəfər həlak olub.
***
Türkiyənin İstanbul şəhərində başlanan qasırğa nəticəsində binaların damı uçub, qəzalar baş verib. Esenyurt və Sultanqazidə binalardan qopan hissələr dord nəfərin həyatına son qoyub. 19 nəfərin isə xəsarət aldığı bildirilir.

Bir uşağın yaralandığı bildirilir.

İzmir və Koceli bölgələrində də güclü küləyin böyük fəsadlara yol açdığı bildirilir.

Bundan əvvəl Türkiyə Sahil Mühafizəsi güclü külək səbəbindən Bosfor boğazında gəmilərin hərəkətinin dayandırılması barədə məlumat verib. Eyni səbəbdən Türk Hava Yollarına məxsus 6 təyyarə İstanbula enə bilməyib, Ankara və İzmirə göndərilib.
Şahə qalxan qasırğa İstanbulu cənginə aldı

Mənbə: internet

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.