» » Vətən müharibəsi şəhidi kapitan Nəcəf Şikar oğlu Şikarovun anım günü

Vətən müharibəsi şəhidi kapitan Nəcəf Şikar oğlu Şikarovun anım günü

 

Vətən müharibəsi şəhidi kapitan Nəcəf Şikar oğlu Şikarovun anım günü

 

Noyabrın 11-də Xətai rayonunda Vətən müharibəsi şəhidi kapitan Nəcəf Şikar oğlu Şikarovun anım günü qeyd olunub. Əvvəlcə qəhrəmanın doğmaları, onu tanıyanlar, içində ŞƏHİD müqəddəsliyinə borclu olduğunu duyan hər bir qardaşımız, bacımız General Şıxlinski küçəsi 49 nömrəli binnın binanın önünə toplaşdılar.
İkinci Fəxri xiyabanda şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub, məzarı üzərinə əklillər, gül-çiçək dəstələri düzülüb.
Daha sonra izdiham şəhidin doğulduğu binanın önündə davam etdirildi. Anım günündə şəhidin adını daşıyan parkın və xatirə lövhəsinin açılışı oldu.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Quluyev, ordu birləşmələrinin , hüquq-mühafizə orqanlarının, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid qəhrəmanızmı Nəcəf Şikarovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Dövlət Himni səsləndirilib.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev ğz çıxışında bildirib ki, şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, bizim qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdır. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, bütün xalqımız vahid birlik nümayiş etdirdi. Otuz ilə yaxın işğal altında olan ərazilərimiz yağı tapdağından azad edildi. Vətən uğrunda canını fəda etməkdən müqəddəs heç nə ola bilməz. Şəhidlərimiz bizim üçün əbədi yaşayacaqlar.
Mərasimdə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Çıxış edən digər iştirakçılar şəhidin qəhrəmanlığından, vətənpərvərliyindən söz açıblar, onunla bağlı xatirələrini bölüşüblər.

Vətən müharibəsi şəhidi kapitan Nəcəf Şikar oğlu Şikarovun anım günü

 

Vətən müharibəsi şəhidi kapitan Nəcəf Şikar oğlu Şikarovun anım günü

 

Vətən müharibəsi şəhidi kapitan Nəcəf Şikar oğlu Şikarovun anım günü

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.