» » Vladimir Putin: "KTMT ölkələrinin liderləri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələlərini müzakirə ediblər"

Vladimir Putin: "KTMT ölkələrinin liderləri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələlərini müzakirə ediblər"

Müəllif: Vüsal от 17-10-2016, 00:00
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin liderləri bu günlərdə Yerevanda keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin qarşılıqlı güzəşt əsasında həlli yollarının axtarılması məsələlərini müzakirə ediblər.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin BRICS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasını birləşdirən təşkilat) təşkilatının Qoada keçirilən sammitində bildirib.
Rusiya Prezidenti deyib: "KTMT xarici təhdidlərin qarşısını almaq üçün yaradılıb. Biz ətrafımızda baş verən hadisələrə münasibət bildirməli, eyni zamanda, keçmişdən bizə miras qalan probemləri dinc yolla, qarşılıqlı güzəşt əsasında həll etməyə çalışmalıyıq. Münaqişələrin tərəfləri razı salan qarşılıqlı güzəşt əsasında həll olunmasına səy göstərməliyik. Qarabağ məsələsini də bu kontektsdə müzakirə etmişik”.
Yerevanda digər keçmiş sovet respublikaları arasındakı gərginliklərin də müzakirə olunduğunu vurğulayan Vladimir Putin bildirib: "Bizim üçün bu və ya digər keçmiş SSRİ respublikasının KTMT təşkilatına daxil olub-olmaması o qədər də vacib deyil. Əsas odur ki, bizim onların hamısı ilə tarixi münasibətlərimiz var. Bu münasibətlər NATO ölkələri arasında olan münasibətlərdən daha yaxın və dərindir. Biz bunu nəzərə almaya bilmərik”.

Fəridə Abdullayeva
AZƏRTC-ın xüsusi müxbiri
Moskva
Vladimir Putin: "KTMT ölkələrinin liderləri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələlərini müzakirə ediblər"

Mənbə:http://azertag.az/xeber/Vladimir_Putin_KTMT_olkelerinin_liderleri_Dagliq_Qarabag_munaqisesinin_helli_meselelerini_muzakire_edibler-1001974

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz