» » Daha iki şəhidimizin xatirəsi əbədiləşdirildi

Daha iki şəhidimizin xatirəsi əbədiləşdirildi

Daha iki şəhidimizin xatirəsi əbədiləşdirildi

Xətai rayonunun    General Şıxlinski küçəsi   neçə müddət idi ki, bu  tədbirə hazırlaşırdı.  Məhəllə, binalar səliqə-sahmana salınır, binaların  ümumi istifadəyerlərinin pəncərələri dəyişdirilir, dəmir qapı qoyulur, yaşıllıqlar salınır.   Bütün  bunlar  bir tərəfdən şəhid Ülvi Rəfiyevin doğum gününə kimi  tamamlanması üçün belə  temp götürüb, digər tərəfdən   Xətai rayonunda " Abad məhəllə” layihələri artıq ənənəyə çevrilməkdədir.  Elə xatirə lövhəsinin yerləşdiyi  əhtəsində olan 47 və 51 nömrəli  binanın önündəki bugünkü izdiham da bununla bağlı idi.

I Qarabağ müharibəsi şəhidi Cəfərov Zaur Fuad oğlu və   44 günlük müharibənin qəhrəmanı Rəfiyev Ülvi Rəfail oğlunun xatirəsinə həsr olunmuş lövhənin açılışı oldu.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və  Dövlət Himni səsləndirilib.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin məsul işçiləri,  "Məşədi Dadaş” məscidinin axundu, din xadimləri məktəblilər, məhəllə sakinləri  digər  zuyalılar   iştirak ediblər.

 Çıxış edən rəsmi natiqlər  Prezident  cənab  İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbədə  Milli ordumuzun əsgər və zabitlərinin göstərdiyi şücaətlərdən  söz açıblar. Bütün çıxışlarda  Vətən qarşısında öz borclarını ləyaqətlə yerinə yetirən əsgər və zabitlərimizə  ehtiram ifadə olunub.   Daha  sonra şəhidlərimizin ailə üzvləri, müəllimləri, yaxınları çıxış edərək onlarla bağlı xatirələrini bölüşüb, Vətən uğrunda canından keçən insanlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, eləcə də Xətai Rayon iİcra Hakimiyyətinin başçısı  Rafiq Quliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda məktəblilər tərəfindən Vətən, torpaq, qəhrəmanlıq haqqında   şeirlər söylənilib.

Çıxış və xatirələr dinlənildikdən sonra  şəhidlərin xatirə lövhəsinin qarşısına təzə- tər güllər düzüldü.

Tədbirdən sonra   məhəllədəki  Mərasim evində şəhidlərimizin ruhuna ehsan verilib.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.