» » "Dağlıq Qarabağ" ifadəsi tarixdən silinir - “Əliyev bu fərmanla Rusiya ilə hesablaşmadığını göstərdi” + VİDEO

"Dağlıq Qarabağ" ifadəsi tarixdən silinir - “Əliyev bu fərmanla Rusiya ilə hesablaşmadığını göstərdi” + VİDEO

Müəllif: Anaveusaq.az от 8-07-2021, 18:00
"Dağlıq Qarabağ"  ifadəsi tarixdən silinir - “Əliyev bu fərmanla Rusiya ilə hesablaşmadığını göstərdi” + VİDEO

Prezident 98 illik ədalətsiz qərarın üzərindən xətt çəkdi

Azərbaycan Ermənistanı diplomatik tərksilah siyasətini gücləndirir, İrəvan üçün gələcəkdə hər hansı manevr imkanları sıfıra enir.

Halbuki 30 illik münaqişə dövründə İrəvan hiyləgər aktlarla vaxt qazanma siyasətini yürüdürdü və bu zaman müddətində gücləndiyini düşünüb razılaşmaları pozurdu.

Lakin unudurdu ki, zaman Bakının xeyrinə işləyir və Azərbaycanın müharibə üçün əli hər keçən gün güclənir.

Ermənistan 44 günlük Vətən müharibəsində biabırçı kapitulyasiya aktına imza atdıqdan sonra isə Bakı bəzi yerdə qalan məsələlərin həllini diplomatik mərhələyə saxladı və bunun paralelində hərbi prioritetləri də gündəlikdən çıxarmadığını aşkar şəkildə bəyan etdi.

Diplomatik etapda Xankəndi, Xocalı, Xocavəndin tədricən Azərbaycanın yurisdiksiyasına keçməsi Bakının siyasətinin nüvəsini təşkil edir. Azərbaycanın diplomatik həmlələri Ermənistanı seçimə deyil, qeyd-şərtsiz güzəştlərə getməyə məcbur edir.

Üstəgəl, nəzərə almaq lazımdır ki, postmüharibə dövrünün iqtisadi açılım siyasəti Azərbaycan və Türkiyənin liderliyi altında həyata keçirilir, İrəvan üçün isə bununla həlqələr daha da daralır.

İqtisadi faktorlarla təsir rıçaqlarını gücləndirmək Bakı diplomatiyası üçün xarakterikdir və effektiv nəticə hasil edən amildir.

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 7-də Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında imzaladığı fərman iqtisadi resursların gücləndirilməsi ilə yanaşı, həm də güclü siyasi xəbərdarlıq mesajlarını özündə ehtiva edir.

Fərmanla Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb və bura Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları daxil edilib.
 Yeni bölgüyə əsasən, Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı, Ağcabədi və Bərdə rayonları, Xankəndi şəhəri Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edilib.
Bunlar postmünaqişə dövründə hər hansı mübahisəyə yer qoymur və Xankəndidə, Xocalıda, Xo Azərbacavənddəycanın tamhüquqlu nəzarətini təmin edir.
 Yeni bölgü Bakının perspektivdə əsaslı praktiki nəticələr əldə edilməsinə hesablanan siyasi-strateji baxışının aydın ifadəsidir. Eyni zamanda Qarabağda hər hansı statusdan dəm vuran x sariciiyasi dairələrə xəbərdarlıqdır.
ləğvi deməkdir. Bu o deməkdir ki, fərman tarixi ədalətsizliyin üzərindən xətt çəkir və Qarabağd
Prezidentin fərmanı 1923-cü ilin iyulun 7-də Qafqaz Bürosunun Dağlıq Qaraba süni inzibati bölgünü aradan qaldırır, bununla "Dağlıq Qarabağ” ifadəsi tarixdə qalırağ Muxtar Vilayətinin yaradılmasına dair qərarının .

Fərmanla Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması isə Azərbaycanın tarixi torpaqlarına önəm verdiyinin göstəricisidir. Bu, ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqlara əsaslanan qərardır.

İlham Əliyev bu ilin aprelində Zəngilana səfəri zamanı Şərqi Zəngəzur ifadəsindən istifadə edib, əlavə olaraq deyib ki, Qərbi Zəngəzur da bizim tarixi torpaqlarımızdır.

Prezidentin fərmanının əhəmiyyətini nəticə kimi belə təsnifatlaşdıra bilərik:

- Ermənistanın və onun havadarlarının Xankəndi, Xocalı və Xocavəndlə bağlı siyasi manipulyasiyalarına son qoyulur;

- Şərqi Zəngəzur iqtisadi rayonu Zəngəzur dəhlizinin açılması üçün siyasi maneələri aradan qaldırır. Xatırlatmaq yerinə düşər ki, Zəngəzur dəhlizinin bir hissəsi məhz Zəngilandan keçir;

- Ermənistanla sərhədlərin müəyyənləşməsi sürətlənir və tez bir zamanda yekunlaşır.(oxu.az)

Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli isə bununla bağlı bildirib ki, Prezidentin imzaladığı "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərmanla Dağlıq Qarabağ termini və status anlayışı aradan qalxır..

"Xankəndi şəhəri, Xocavənd və Xocalı rayonlarının da daxil odluğu Qarabağ iqtisadi rayonu yaradılır. O cümlədən, işğaldan azad olunmuş Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonları yeni yaradılan Şərqi Zəngəzur iqtisadi rayonuna daxil edilir. Bununla da, Dağlıq Qarabağ termini və status anlayışı aradan qalxır, sülhməramlı pərdəsi altında lövbər salan rusların imperialist xəyalları suya düşür. Ən önəmlisi isə Şərqi Zəngəzur toponiminin işlədilməsi ilə bölgənin qərb hissəsinin olduğuna da eyham vurulur”, - deyə Anar Əsədli əlavə edib.

AY Partiya Başqanının fikrincə, yuxarıda sadalananlar baxımından fərman strateji əhəmiyyət daşıyır: "Maraqlı məqamlardan biri bütün bu strateji məqamların iqtisadi ərazi bölgüsü kontekstində çatdırılmasıdır. Nəyə görə məhz iqtisadi? Çünki bölgədə inteqrasiya və dirçəliş məhz iqtisadi parametrlərlə mümkün olacaq. Ötən yazılarımın birində demişdim ki, Azərbaycanın Qarabağı dirçəliş çərçivəsində həyata keçirməyə başladığı layihələr yaxın aylarda gerçəkləşdikcə böyük dəyişikliklər baş verəcək.

Yəni, açılacaq kommunikasiya xətlərinin Ermənistan iqtisadiyatının inkişafına təsir reallığı anlaşıldıqca və Qarabağdakı erməni kökənli Azərbaycan vətəndaşlarının separatçı qüvvələrə deyil, rifahlı yaşayış şəraiti üçün təminat verən Azərbaycanın qanunlarına tabe olmağın bölgədə sülhün təminatına səbəb olacağına əminlikləri artdıqca, təxribatçılar özlərini ifşa edəcəklər. Qarabağda yaşayan ermənilər bütün istiqamətlərdə iqtisadi yolla Azərbaycana inteqrasiya edəcək. Elementar olaraq, Xankəndi-İrəvan və Xankəndi-Ağdam trayektoriyasını müqayisə etsək, bunun şahidi olarıq”.

Anar Əsədli qeyd edib ki, bu sənəd həm də qaçqın məsələsinin də gözlənildiyindən daha tez həllini tapacağını göstərir: "Çünki inteqrasiya gücləndikcə sülh müqaviləsinin imzalanması ehtimalı da artır.

Bir sözlə, sənəd Qarabağa böyük qayıdış planının icrasına şərait yaradır. Fərmanın imzalandığı ərəfədə gündəmdə olan digər məsələləri də nəzərə alsaq, sənədin mesaj ötürdüyü orbitin daha geniş olduğunun fərqinə varmış olarıq.

Eyni vaxtda Moskvada Putinlə Paşinyan arasında görüş keçirildiyini nəzərə alsaq, bu sənədin həm də Rusiyaya bir ismarıc olduğunu anlamaq mümkündür. Əliyev Putin və Paşinyan görüşünün nəticələrini gözləmədən bu fərmanı imzalamaqla artıq Rusiya ilə hesablaşmadığını bildirmiş oldu. Nikolun seçkidən sonra hökuməti formalaşdırmadan baş nazir vəzifəsini icra edən şəxs kimi Rusiyaya səfər etməsi isə diqqətçəkən fərqli nüansdı. Təbii ki, məqsəd Rusiya-Ermənistan münasibətləri deyil. Belə olsaydı, Paşinyan hökuməti formalaşdırdıqdan sonra Moskvaya rəsmi səfər edərdi. Əsas gündəm üçtərəfli razılaşmaların icrası və sərhəd məsələsidir. Ruslar prosesin uzanması ilə onların iştirakı ilə yaranmış reallığa risklərin ortaya çıxdığını, yəni Qərbin müdaxiləsinə şərait yarandığını anlayır. Səfərindən bir gün öncə "sərhəddə atışma" xəbəri və Qarabağda baş verənlər isə Paşinyan tərəfdən görüşün gündəminə hesablanmış gedişlərdir. Kəlbəcər istiqamətindəki Qaragöl ətrafındakı sərhədin müəyyənləşməsində Ermənistanın maraqlarının təmin olunması cəhdi, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində qanunsuz erməni silahlıları tərəfindən Ağdam rayonunun Əliağalı kəndi istiqamətində açılan atəş Paşinyanın Moskvada əlini gücləndirmək iddialarından başqa bir şey deyil.

Mövcud status-kvodan məsələyə yanaşsaq, imzalanmış fərman son günlər Azərbaycanın KTMT-nin Tərəfdaşlıq Şurasına üzv olacağıyla bağlı şayiələri də yalanlamış olur. 44 günlük müharibə və ondan sonrakı demarkasiya prosesində susqunluğunu qoruyaraq, Azərbaycanı öz hərbi təşkilatına yaxınlaşdırma missiyasını güdən rəsmi Moskva bu şayiələri yaymaqla həm də nəbz yoxlamağa çalışır. Elə bu baxımdan Azərbaycan Rusiya qarşısında siyasi demarş edərək, müstəqil dövlət olaraq, müstəqil siyasət yürütdüyünü bir daha sübut etdi. Bundan sonra Rusiya Cənubi Qafqazda mövqelərini gücləndirmək uğrunda daha ciddi addımlar atsa da, görünən odur ki, atılacaq addımlar Azərbaycanın və Türkiyənin maraqları ilə hesablaşılmış şəkildə olacaq”.



Mənbə: "AzPolitika.info"

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.