» » İstanbulda 23-cü Dünya Enerji Konqresi

İstanbulda 23-cü Dünya Enerji Konqresi

Müəllif: Vüsal от 10-10-2016, 20:08
İstanbulda 23-cü Dünya Enerji Konqresi

AZƏRTAC xəbər verir ki, oktyabrın 10-da İstanbulda 23-cü Dünya Enerji Konqresi işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Konqresin açılışında iştirak edib.
"Yeni üfüqlərə qucaq açmaq” devizi altında keçirilən 23-cü Dünya Enerji Konqresində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin, Venesuela Prezidenti Nikolas Maduro Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xüsusi dəvəti əsasında iştirak ediblər.

İstanbulda 23-cü Dünya Enerji Konqresi
İstanbulda 23-cü Dünya Enerji Konqresi
İstanbulda 23-cü Dünya Enerji Konqresi
İstanbulda 23-cü Dünya Enerji Konqresi

Konqresin açılış günündə Dünya Enerji Şurasının həmsədri Yanqhun Deyvid KİM çıxış edərək bu mötəbər tədbirin əhəmiyyətini vurğuladı. O, 100-dən çox ölkəni və 3 mindən çox təşkilatı əhatə edən Dünya Enerji Şurasının enerji qaynaqları ilə zəngin olan ölkələri bir araya gətirmək baxımından fəaliyyətini vurğuladı. Hökumətlər, sənaye sektoru və cəmiyyətlər üçün tarixi bir fürsət olan bu Konqresin hazırda dünyada yeni başlayan sənaye erasına bir töhfə olacağını diqqətə çatdırdı, burada verilən mesajların gələcək üçün "yol xəritəsi” olacağını bildirdi. Y.D.Kim yeni nəsil enerji mənbələrinin müəyyən edilməsinin və bərpa olunan enerji mənbələrindən istifadənin hazırda qarşıda duran əsas hədəflərdən olduğunu dedi.

İstanbulda 23-cü Dünya Enerji Konqresi
İstanbulda 23-cü Dünya Enerji Konqresi

Türkiyənin enerji və təbii sərvətlər naziri Berat ALBAYRAK, Türkiyənin Baş naziri Binəli YILDIRIM, Şimali Kipr xalqının lideri Mustafa AKINCI, Venesuela Prezidenti Nikolas MADURO Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir PUTİN, Türkiyə Prezidenti Rəcəb Tayyib ƏRDOĞAN Konqresdə çıxış ermişlər.
İstanbul Konqresi işini oktyabrın 13-də başa çatacaq.

İstanbulda 23-cü Dünya Enerji Konqresi

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz