» » Bu sahələrin fəaliyyətinə icazə verildi - Siyahı

Bu sahələrin fəaliyyətinə icazə verildi - Siyahı

Müəllif: Anaveusaq.az от 7-08-2020, 22:00
Bu sahələrin fəaliyyətinə icazə verildi - Siyahı

Operativ Qərargahın mətbuat üçün verdiyi məlumata əsasən, avqustun 10-u saat 00.00-dan etibarən aşağıdakı sahələrin fəaliyyətinə icazə veriləcəkdir:

- Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti;

- maşın və avadanlıqların istehsalı;
- elektrik avadanlıqlarının istehsalı;
- kompüter, elektron və optik məhsulların istehsalı;
- avtomobil, qoşqu və yarımqoşquların istehsalı;
- sair nəqliyyat vasitələrinin istehsalı;
- poliqrafiya məhsullarının istehsalı;
- zərgərlik məmulatlarının istehsalı;
- musiqi alətləri, idman mallarının istehsalı;
- geyim istehsalı;
- toxuculuq sənayesi;
- ayaqqabıların istehsalı;
- dəri və dəri məmulatlarının istehsalı;
- tütün məmulatlarının istehsalı;
- sair sənaye məhsullarının istehsalı.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz