» » Reanimasiyadakı xəstələrin sayı açıqlandı

Reanimasiyadakı xəstələrin sayı açıqlandı

Reanimasiyadakı xəstələrin sayı açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 25-nə olan statistik göstəriciləri açıqlayıb.
"Ana və Uşaq.az" "Qafqazinfo"ya istinadən xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 7143 nəfər aktiv koronavirus xəstəsi var.
Onlardan 313 nəfər reanimasiyada, 76 nəfər isə süni tənəffüs cihazındadır.
Ümumilikdə 29 633 nəfər virusa yoluxub, 22 082 nəfər sağalıb.
Qeyd olunub ki, bu gün 8433 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 676 252 test aparılıb.
Qeyd edək ki, bu gün 321 koronavirusa yoluxma faktı qeydə alınıb, 8 nəfər dünyasını dəyişib, 535 nəfər sağalıb.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz