» » Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan gənclərini təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan gənclərini təbrik edib


Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan gənclərini təbrik edib.
Birinci vitse-prezident Mehriban Əliyeva 2 Fevral Azərbaycan Gəncləri Günü münasibətilə rəsmi "Instagram” səhifəsində paylaşım edib.
AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: "Əziz gənclər, Sizin hər birinizi Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Siz – ölkəmizin gələcəyisiniz. Mən əminəm ki, siz öz zəkanız, biliyiniz, bacarığınızla, qələbə və nailiyyətlərinizlə xalqımızı daim sevindirəcək və Azərbaycanın inkişafına layiqli töhfənizi verəcəksiniz. Bütün gənclərimizə möhkəm cansağlığı, tükənməz ruh yüksəkliyi, gözəl əhval-ruhiyyə, xoşbəxtlik və firavanlıq arzulayıram!”

Mənbə:https://azertag.az/xeber/Birinci_vitse_prezident_Mehriban_Aliyeva_Azerbaycan_genclerini_tebrik_edib-1402622

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz