» » Koroğlunun nəhəng heykəli ucaldılacaq – Mehriban Əliyeva sifariş verib

Koroğlunun nəhəng heykəli ucaldılacaq – Mehriban Əliyeva sifariş verib


Koroğlunun nəhəng heykəli ucaldılacaq – Mehriban Əliyeva sifariş veribOnun sözlərinə görə, bu barədə Mehriban Əliyeva qarşısında təşəbbüslə çıxış edib və bu, qəbul olunub: "Mehriban xanıma Koroğlunun heykəlini təklif etdim, bəyəndilər, sağ olsunlar. Yaxınlarda işlərə başlayacağıq”.
Heykəl Siyəzən rayonu ərazisində Beşbarmaq dağının önündə ucaldılacaq: "Orda dağın ön hissəsində bir qala fonu yaranacaq. O qalada da Koroğlunun heykəli at belində ucaldılacaq. Bu Koroğlunun əvvəlki heykəlindən fərqli olaraq, arxitekturadır, sütundur. Qranitdən sütun olacaq. Hündürlüyü 18 metr. Ondan yuxarıda uçan at olacaq.
Ondan aşağıda iki qartal olacaq. Yəni qartallardan da yuxarıda Koroğlunun atı olacaq”.

E.Mirzəyev
Baku Post
Mənbə:https://www.bakupost.az/koroglunun-neheng-heykeli-ucaldilacaq

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz