» » İlk dərs günü

İlk dərs günü


İlk dərs günü


Bu gün Azərbaycanda 2019-2020-ci tədris ilinin ilk dərs günüdür.
2019-2020 –ci tədris ilində Bilik Günü bazar gününə təsadüf etdiyi üçün dərslər sentyabrın 16-da başlanır.
2019-2020-ci tədris ilində yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 525 016 şagird təhsil alacaq.
Onların 714 259-u qız, 810 757-si isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 164 234, IX sinfində 122 043, XI sinfində isə 82 782 şagirdin təhsil alacağı proqnozlaşdırılır.
Hazırda respublikada 322 ibtidai məktəb, 3 307 tam orta məktəb, 795 ümumi orta məktəb, 16 xüsusi tipli ümumi orta məktəb və 7 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 59 məktəb-lisey, 49 lisey, 15 gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 4 447 məktəb fəaliyyət göstərir.
Bu gün məktəblərdə ilk dərs məşğələsi "İdman və sağlamlıq", V-IX siniflərdə "Mütaliə - mənəvi zənginliyə aparan yol", X-XI siniflərdə isə "Azərbaycan inkişaf yollarında" mövzularına həsr olunacaq.

İlk dərs günü

İlk dərs günü

İlk dərs günü

İlk dərs günü

İlk dərs günü

İlk dərs günü

 

İlk dərs günü 

 


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz