» » Heydər Əliyev Fondu Pakistanın Müzəffərabad şəhərindəki Rara qızlar məktəbinə hədiyyələr göndərib

Heydər Əliyev Fondu Pakistanın Müzəffərabad şəhərindəki Rara qızlar məktəbinə hədiyyələr göndərib

Müəllif: Anaveusaq.az от 5-04-2019, 11:30

Heydər Əliyev Fondu Pakistanın Müzəffərabad şəhərindəki Rara qızlar məktəbinə hədiyyələr göndərib. Azərbaycan Respublikasının Pakistandakı səfirliyinin nümayəndələri məktəbdə olaraq müxtəlif dərs ləvazimatları, o cümlədən məktəb üçün kompüter, printer, idman ləvazimatları və Fondun müxtəlif nəşrlərini təqdim ediblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə mərasimdə çıxış edərək 2005-ci ildə Pakistanda baş vermiş zəlzələdən sonra dağılan məktəb binasının Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fond tərəfindən inşa edildiyini və 2007-ci ildə istifadəyə verildiyini bildirib. Heydər Əliyev Fondunun Pakistanla əlaqələri daim diqqətdə saxladığı, Fondun prezidenti Mehriban Əliyevanın Pakistanla əməkdaşlığa və əlaqələrə xüsusi önəm verdiyi vurğulanıb. Bu baxımdan ötən müddət ərzində Müzəffərabad şəhərindəki məktəb daim diqqətdə saxlanılıb, mütəmadi olaraq Fond və səfirlik nümayəndələri məktəbdə olublar.

Heydər Əliyev Fondunun fəaliyyəti, onun təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif ölkələrdə, o cümlədən Pakistanda həyata keçirdiyi sosial və humanitar layihələr barədə məlumat verən səfir Müzəffərabad şəhərində 400 şagird yerlik Rara qızlar məktəbinin inşa edilməsinin bunun bir nümunəsi, həmçinin Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələrinin təzahürü olduğunu bildirib.

Rara qızlar məktəbinin direktoru xanım Şirin Kadri və Kəşmirin təhsil üzrə direktoru məktəbin çətin və ehtiyac duyulan bir zamanda Fond tərəfindən tikilib istifadəyə verildiyini və bu addımın yüksək qiymətləndirildiyini bildiriblər. Onlar təhsil üçün yaradılmış əlverişli şəraitə görə Azərbaycan dövlətinə, eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür ediblər və şagirdlərin müxtəlif biliklərə yiyələnmələrində, tədris, təlim və tərbiyələrində məktəbin önəmli rolunun olduğunu diqqətə çatdırıblar.

Tədbir çərçivəsində Rara qızlar məktəbinin şagirdləri müxtəlif musiqili-mədəni səhnəciklər təqdim ediblər.

Heydər Əliyev Fondu Pakistanın Müzəffərabad şəhərindəki Rara qızlar məktəbinə hədiyyələr göndərib

Heydər Əliyev Fondu Pakistanın Müzəffərabad şəhərindəki Rara qızlar məktəbinə hədiyyələr göndərib

Heydər Əliyev Fondu Pakistanın Müzəffərabad şəhərindəki Rara qızlar məktəbinə hədiyyələr göndərib

Heydər Əliyev Fondu Pakistanın Müzəffərabad şəhərindəki Rara qızlar məktəbinə hədiyyələr göndərib

Mənbə:https://azertag.az/xeber/Heyder_Aliyev_Fondu_Pakistanin_Muzefferabad_seherindeki_Rara_qizlar_mektebine_hediyyeler_gonderib

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz