» » Müəllimlər Günü

Müəllimlər Günü

Müəllimlər Günü


5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur.
Hazırda dünyanın 100-dən çox ölkəsində Müəllimlər Gününü ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə və milli səviyyədə qeyd edilir. Məsələn, Müəllimlər Günü Albaniyada müxtəlif əlamətdar hadisələr əsasında 8 martda, Cənubi Koreyada 15 mayda, Argentinada 11 sentyabrda, Çində 28 sentyabrda, Özbəkistanda 1 oktyabrda, Türkiyədə isə 24 noyabr tarixlərində qeyd olunur. Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il 5 oktyabrda rəsmiləşdirilib. Çünki 1993-cü ilə kimi Azərbaycan Müəllimlər gününü keçmiş Sovetlər itttifaqının tərkibində olarkən qeyd etmişdir. Bu bayram SSRİ Ali Sovetinin 1965-ci il 29 sentyabr tarixli qərarı ilə təsbit olumuş və 1994-cü ilə kimi bu qayda ilə keçirilmişdir. Amma Azərbaycan müstəqillik əldə etdikdən sonra bu peşə bayramı hər il 5 oktyabrda ölkə ictimaiyyəti tərəfindən qeyd olunur. Xüsusilə, həmin bayram günü şagirdlər və tələbələr öz sevimli müəllimlərini təbrik edirlər.

Müəllimlər Günü

 Qeyd: Mənbə kimi,  vikipediyadan və  statistik məlumatlardan istifadə edilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz