» » “Türk dünyası: Sibirdən Balkanlara” mövzusunda etno fotosərgi açılıb

“Türk dünyası: Sibirdən Balkanlara” mövzusunda etno fotosərgi açılıb

Müəllif: Vüsal от 4-10-2016, 00:25
“Türk dünyası: Sibirdən Balkanlara” mövzusunda etno fotosərgi açılıb
Oktyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) bu qurumun təşkilatçılığı ilə türkoloq alim Güllü Yoloğlunun "Türk dünyası: Sibirdən Balkanlara” mövzusunda etno fotosərginin açılışı olub.
Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, bu qurumun beynəlxalq və ictimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü türk dövlət başçılarının imzası ilə Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının yaradılmasının əhəmiyyətini vurğulayıb, MEK-in daim bu cür ictimai, elmi əhəmiyyət daşıyan tədbirlərə dəstək verdiyini söyləyib.
Sərgi barədə məlumat verən G.Yoloğlu qeyd edib ki, burada Türkiyə, Qazaxıstan, Rusiya (Tıva, Xakasiya), İraq, Moldova, Rumıniya, Makedoniya, İran, Özbəkistan və digər ölkələrdəki araşdırmaları zamanı türk xalqlarının adət-ənənələrini, həyat tərzini, inancını, mədəniyyətini əks etdirən 60 fotoşəkil nümayiş olunur.
Moldovanın Azərbaycandakı səfiri Georgi Leuka, Bakı Dövlət Universitetinin dosenti Vüqar Zifəroğlu və digər çıxış edənlər sərginin əhəmiyyətindən danışıblar.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.
Fotosərgi oktyabrın 7-dək davam edəcək.

“Türk dünyası: Sibirdən Balkanlara” mövzusunda etno fotosərgi açılıb

Mənbə:http://azertag.az/xeber/Turk_dunyasi_Sibirden_Balkanlara_movzusunda_etno_fotosergi_achilib-998227

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz