» » Bakıda “Biomüxtəlifliyin mühafizəsinə innovativ yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda “Biomüxtəlifliyin mühafizəsinə innovativ yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçirilir

Müəllif: Vüsal от 3-10-2016, 13:00

Bakıda “Biomüxtəlifliyin mühafizəsinə innovativ yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçirilir

Oktyabrın 3-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunun 80 illik yubileyinə həsr olunan "Biomüxtəlifliyin mühafizəsinə innovativ yanaşmalar” mövzusunda beynəlxalq konfrans işə bağlayıb.
AZƏRTAC xəbər verir ki, AMEA-nın Botanika, Molekulyar Biologiya və Biotexnologiyalar institutlarının və Mərkəzi Nəbatat Bağının təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi respublikada botanika elminin tarixi inkişaf mərhələlərini nəzərdən keçirmək, müasir vəziyyəti qiymətləndirmək və biomüxtəlifliyin saxlanılmasında innovativ botaniki tədqiqatların rolunu müəyyənləşdirməkdir.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik Akif Əlizadə bildirib ki, ölkədə bitkilər aləmini öyrənən geniş profilli elmi mərkəz kimi tanınan bu müəssisənin 80 illik fəaliyyəti dövründə botaniklərimizin səyi nəticəsində floranın növ tərkibi müəyyən edilib, Azərbaycan və Qafqaz florası, eləcə də elm üçün onlarla yeni cins və 1000-ə qədər növ aşkarlanıb, respublikanın ayrı-ayrı botaniki-coğrafi rayonlarında çoxlu növ və cinsin yeni yayılma əraziləri müəyyən edilib.
Tədbirdə doqquz ölkədən otuzdan çox nümayəndə iştirak edir.
Oktyabrın 4-dək davam edəcək konfrans işini "Botaniki tədqiqatların tarixi və müasir vəziyyəti”, "Botanika bağlarının biomüxtəlifliyin saxlanmasında rolu”, "Qlobal ekoloji dəyişikliklər aləmində bitkilər”, "Ərzaq və kənd təsərrüfatı üçün biomüxtəliflik” mövzularında bölmələrdə davam etdirəcək.

Bakıda “Biomüxtəlifliyin mühafizəsinə innovativ yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçirilir

Mənbə:http://azertag.az/xeber/Bakida_Biomuxtelifliyin_muhafizesine_innovativ_yanasmalar_movzusunda_beynelxalq_konfrans_kechirilir

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz