» » Tarixdə bu gün - 2 oktyabr

Tarixdə bu gün - 2 oktyabr

Müəllif: Vüsal от 2-10-2016, 08:06

2 oktyabr

İlin 275-ci günü
İlin sonuna 90 gün qalır.

Mühüm hadisələr:
1552 - İvan Qroznı Kazanı tutmuş və Kazan xanlığı Rusiyaya birləşdirilmişdir.
1992 - Xocavənd rayonu erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdir.
2005 - Bakıda bədii gimnastika üzrə 27-ci dünya çempionatı keçirilmişdir.
2007 - BMT İnsan Hüquqları Şurası Azərbaycanın işğal olunmuş ərazilərində mədəni mülkiyyətin dağıdılmasına dair qətnamə qəbul etmişdir.

Doğum günləri:.
1891 - İlk azərbaycanlı hərbi pilot, "İlya Muromets - №16" adlı bombardumançının heyət üzvü, Birinci dünya müharibəsi iştirakçısı, poruçik Qayıbov Fərrux ağa Məmmədkərim ağa oğlu Qazax uyezdinin Qıraq Salahlı kəndində anadan olub.
12 sentyabr 1916 -cı ildə 24 yaşında yaşında vəfat edib.

Tarixdə bu gün - 2 oktyabr

1941 - Fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Məhəmməd Fərman oğlu Mehdiyev Laçın rayonunda anadan olmuşdur. Bakı Dövlət Universitetinin "Təbiqi analizin riyazi üsulları" kafedrasının müdiri, "Tətbiqi riyaziyyat və kibernetika" fakültəsinin dekanıdır.

1964 - Azərbaycanın Milli Qəhrəmanı Çingiz Babayev Bakı şəhərində anadan olmuşdur.  Çingiz  şərəfli bir ömür yaşadı. Onun qəhrəmanlığı da  qeyri-adi bir bir qəhrəmanlıq idi - adi günlərin qəhrəmanlığı idi.
28 oktyabr 1995-ci ildə "Ulduz" metrostansiyası və "Nəriman Nərimanov" metrostansiyası arasında hərəkət edən qatarda yanğın baş verir və bütün qatarı alov bürüyürdü. Çingiz də bu qatarda sərnişinlər arasında idi. O fəryad edən soydaşlarımıza kömək etmək qərarını verir və vaqonlarda olan insanları xilas etməyi bacarır, onlarla insan bu faciədən xilas olur. Başqalarının həyatını xilas edən vətənimizin cəsur övladı öz həyatını qurban verir.
Azərbaycan Respublikası Prezidentinin 3 noyabr 1995-cı il tarixli, 506 saylı fərmanı ilə Babayev Çingiz Adil oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Vəfat etmişdir:

E.ə.322 - Aristotel vəfat etdiyi gündür. Aristotel e.ə. 384-cü ildə indiki Yunanıstan ərazisi sayılan Stagerada (Kalxidiki) anadan olmuşdur.Aristotel Frakiyanın Stagira şəhərindən idi. Platonun öyrəncisi olmuş, müəlliminin ölümündən sonra bir müddət Kiçik Asiyada yerləşən Atarne, sonra isə adasındakı Militena şəhərində yaşamışdır. Gənc yaşlarından elmə və fəlsəfəyə böyük maraq göstərmişdir. Aristotel m. ö. 367-ci ildə Afinaya köçmüş, Platonun Akademiyasında fəaliyyət göstərmişdir. M. ö. 343-cü ildə Makedoniya kralı Filippin dəvəti ilə Makedoniyaya köçmüş, onun sarayında gənc şahzadə Aleksandrın (Makedonlu İskəndərin) müəllimi olmuşdur. M. ö. 335-ci ildə Afinaya qayıtmış, orada Likeion (yun. Λύκειον) adlanan öz fəlsəfi məktəbini açmışdır. Onu "Peripatetik” (ərəbcə "məşşai”) məktəb də adlandırırlar. Yaxınlığında yerləşən yunan tanrısı Likeionlu Apollonun adı ilə adlanmışdır. Latınca "lyceum” (liseum) kimi səslənir. Günümüzdə "liseylər” adlanan məktəblər Aristotelin likeionunun adını daşıyır. Aleksandrın ölümündən sonra Afinada makedoniyalıların tərəfdarlarını təqib etməyə başlamışdırlar. Ona görə Aristotel m. ö. 322-ci Euboia adasında yerləşən Xalkida şəhərinə köçmüş və orada dünyasını dəyişmişdir.

 

1897 - XIX əsr Azərbaycanın görkəmli şairəsi -Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi Xurşidbanu Natəvan vəfat etmişdir.
Şairə 1832-ci ildə Şuşada doğulmuşdur.

Mehdiqulu xan qızı Xurşidbanu Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan оlmuşdur. Mehdiqulu xan qızına öz anası Xurşudbanunun adını vermişdir. Xurşudbanu ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sоnuncu vərəsəsi оlduğu üçün, оnu sarayda "Dürrü yeкta" ("Təк inci"), el arasında isə "Xan qızı" çağırmışlar.

Natəvanın dünyagörüşünün, bədii zövqünün fоrmalaşmasında yaxın və uzaq qоhumlarının əməyi az оlmamışdır. Qasım bəy Zakir, Mirzə Camal Cavanşir-Qarabaği, Mirzə Adıgözəl bəy Qarabaği, Əhməd bəy Cavanşir kimi hörmətli və tanınmış şəxsiyyətlər öz yaradıcılıqları, ədəbi söhbət və mübahisələri, eləcə də ağıllı məsləhətləri ilə Xurşudbanuda şeirə və sənətə оlan şövq və həvəsi qüvvətləndirmişlər.

Na­tə­van ya­ra­dı­cı­lı­ğa təx­mi­nən XIX əs­rin 50-ci il­lə­rin­dən baş­la­mış­dır. İlk vaxtlar onun "Xur­şid" im­za­sı ilə yaz­dı­ğı şeir­lə­rin ək­sə­riy­yə­ti itib-bat­mış, yal­nız cü­zi bir his­sə­si bi­zə gə­lib çat­mış­dır. 1870-ci il­dən eti­ba­rən şai­rə özü­nə "Na­tə­van" (kö­mək­siz, zəif, xəs­tə) tə­xəl­lü­sü gö­tü­rə­rək, də­rin məz­mun­lu qə­zəl­lə­ri­ni ya­rat­mış­dır. Onun şeir­lə­ri hə­lə sağ­lı­ğın­da dil­dən-di­lə düş­müş, əl­yaz­ma şək­lin­də ya­yıl­mış­dır. Xur­şid­ba­nu­nun şeir­lə­ri­ni məz­mun cə­hət­dən şər­ti ola­raq dörd qis­mə ayır­maq müm­kün­dür: aşi­qa­nə şeir­lər, tə­biət gö­zəl­lik­lə­ri­nə həsr edil­miş şeir­lər, müa­sir­lə­ri­nə yaz­dı­ğı mən­zu­mə­lər, hüznlü şeir­lər.


Tarixdə bu gün - 2 oktyabr1981- Məşhur sənət xadimi , Azərbaycanın Xalq artisti Həsənağa Salayev (5 dekabr 1921-ci ildə doğulub) vəfat etmişdir.
Həsənağa Dərya oğlu Salayev 5 dekabr 1921-ci ildə Bakıda qulluqçu ailəsində doğulub. Atası Dərya kişi oğlu yeddi yaşına çatanda onu Bakıdakı 6-cı Şura məktəbinə qoyub. Həsənağa 1937-ci ildə oranın doqquzuncu sinifini yüksək qiymətlərlə bitirib. Elə həmin il Bakı Teatr Texnikumuna daxil olub. Tələbə ikən 1938-ci ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. 1941-ci ildə təhsilini başa vurduğu günlərdə müharibəyə gedib və doğma teatra 1946-cı ildə qayıdıb.
O, klassik və tərcümə əsərlərində ifa etdiyi obrazları çağdaş dövrün ictimai-sosial, mənəvi-əxlaqi problemləri ilə ustalıqla əlaqələndirirdi.
Həsənağa Salayev ruhən, emosiya coşğunluğu, səs diapazonu, ehtiraslarının çılğınlığı ilə romantik aktyor idi, ancaq lirik, dramatik və psixoloji rolları da məharətlə oynayıb.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz