» » Məktəb informatikasına dair beynəlxalq təcrübə araşdırılıb

Məktəb informatikasına dair beynəlxalq təcrübə araşdırılıb

Məktəb informatikasına dair beynəlxalq təcrübə araşdırılıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin növbəti elmi seminarı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, "Məktəb informatikası: xarici təcrübə” mövzusunda məruzə ilə çıxış edən institutun dissertantı Bahar İsmayılova məktəb informatikasının inkişaf tendensiyaları haqqında məlumat verib. Bildirib ki, son illər məktəb informatikasında əsas diqqət alqoritmlər, verilənlərin strukturu, bazaları kimi sahələrin tədrisinə yönəldilib, bir çox ölkələrdə bu istiqamətdə təşəbbüslər və layihələr həyata keçirilib.
Məruzəçi bu sahədə ABŞ təcrübəsindən danışaraq kompüter texnologiyaları ilə bağlı elmlərin tədrisini dəstəkləyən və təbliğ edən "The Computer Science Teachers Association” və "Kentucky Science Teachers Association” təşkilatlarının müəllim və şagirdlərinin kompüter elmlərini daha dərindən mənimsəməsinə imkan yaratdığını diqqətə çatdırıb.
O qeyd edib ki, ABŞ-da informatika ölkənin əksər məktəblərinin tədris planına məcburi bir fənn kimi daxil edilmir, bir çox ştatlarda isə informatikanın tədrisi üçün vahid standart mövcud deyil. B.İsmayılova Avropanın bir çox ölkələrində informatika fənninin tədrisində çatışmazlıqların mövcud olduğunu vurğulayıb, bu istiqamətdə layihələr, müvafiq tədbirlər və təkliflərin təqdim olunmasının zəruriliyini bildirib. O, həmçinin məktəb informatikası sahəsində Fransa və İsrail təcrübəsini diqqətə çatdıraraq bu sahə üzrə keçirilən beynəlxalq konfranslar, ixtisaslaşmış jurnallar haqqında məlumat verib.
Mənbə: https://azertag.az/xeber/Mekteb_informatikasina_dair_beynelxalq_tecrube_arasdirilib-

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz