» » Uşaq musiqi məktəblərinin şagirdləri arasında vətənpərvərlik mahnıları müsabiqəsi keçirilib

Uşaq musiqi məktəblərinin şagirdləri arasında vətənpərvərlik mahnıları müsabiqəsi keçirilib

Müəllif: Anaveusaq.az от 3-05-2018, 07:27

Bərdə şəhər 1 nömrəli Uşaq İncəsənət Məktəbində Bərdə rayon Gənclər və İdman İdarəsinin və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə ümümmilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş rayonun uşaq musiqi məktəblərinin şagirdləri arasında vətənpərvərlik mahnıları müsabiqəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Bərdə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Validə Nabatova tədbiri açaraq bildirib ki, Heydər Əliyev xalqımızın dərin köklərə malik olan milli musiqisinin və eyni zamanda, professional musiqi sənətinin gözəl bilicisi olub. Qeyd edib ki, o, musiqiyə dərindən bağlı olan bir şəxsiyyət kimi milli musiqi sənətinə, onun yaradıcılarına, problemlərinə daim böyük diqqət yetirib, sənət adamlarına hörmət və ehtiramla yanaşıb. Mədəniyyətin bütün çağdaş və aktual məsələləri, bəstəkar və ifaçıların, dirijor və musiqişünasların yaradıcılığı, problemləri, fikir və təklifləri, uğurları Ulu Öndəri daim maraqlandırıb.
Bərdə rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov çıxış edərək ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə Azərbaycan mədəniyyətinin, incəsənətinin tərəqqisi, dünyada tanınması üçün müstəsna xidmətlər göstərdiyini deyib. Heydər Əliyev musiqinin inkişafında əhəmiyyətli rol oynayan insanların yaradıcılığını da daima diqqət mərkəzində saxlayıb, onların əməyini yüksək qiymətləndirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən mədəniyyətimizin bir sahəsi olan musiqimizin inkişafına bu gün də diqqət və qayğı göstərilir.
Müsabiqənin yüksək səviyyədə keçirilməsi və qaliblərin müəyyən edilməsi üçün 5 nəfərdən ibarət münsiflər heyəti formalaşdırılıb.
İfalar dinlənildikdən sonra münsiflər heyətinin qərarına əsasən, müsabiqədə müəyyən yerləri tutan qaliblərə Bərdə rayon Gənclər və İdman idarəsinin müvafiq dərəcəli diplomları təqdim olunub.

Mənbə:https://azertag.az/xeber/Usaq_musiqi_mekteblerinin_sagirdleri_arasinda_vetenperverlik_mahnilari_musabiqesi_kechirilib-1159151
 
Uşaq musiqi məktəblərinin şagirdləri arasında vətənpərvərlik mahnıları müsabiqəsi keçirilib

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz