» » Tarixdə bu gün - 30 aprel

Tarixdə bu gün - 30 aprel

Müəllif: Vüsal от 30-04-2018, 00:15

30 aprel

İlin 120-ci (uzun illərdə 121-ci) günü.

Mühüm hadisələr:

1563 – Kral VI Çarlzın əmrilə bütün yəhudilər Fransadan qovuldu.
1937 — Bakıda Üzeyir Hacıbəyovun "Koroğlu" operasının premyerası keçirilib.
1993 – BMT Təhlükəsizlik Şurası Azərbaycanın Kəlbəcər rayonunun ermənilər tərəfindən işğalı ilə bağlı 822 saylı qətnaməsini qəbul edib.
1993 - BMT Təhlükəsizlik Şurası Azərbaycanın Kəlbəcər rayonunun ermənilər tərəfindən işğalı ilə bağlı 822 saylı qətnaməsini qəbul edib.
1996 — Azərbaycan Respublikası Andorra ilə diplomatik əlaqələr qurmuşdur.
2009 — Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi baş verib.
 
Doğum günləri:

1947 – Məşhur tarzən, Xalq artisti Ramiz Quliyev Ağdamda anadan olub. 1954-cü ildə Ağdam şəhər 7 illik musiqi məktəbinə, 1960-cı ildə Üzeyir Hacıbəyov Tarixdə bu gün - 30 apreladına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub. 1964-69-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb. Ağdam musiqi məktəbi illərində "Şur" xalq çalğı alətləri ansamblının tərkibində bir çox müsabiqə və festivallarda, 1961-ci ildə Moskvada keçirilən "Xalq təsərrüfatı nailiyyətləri sərgisində" iştirak edib, medal və fəxri fərmanlarla təltif olunub. Rayon pionerlər evində tar ixtisası üzrə dərnək rəhbəri və Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam dram teatrında musiqi hissə müdiri olub. 1963-64-cü illərdə Ağdam 1 saylı, 1965-1974-cü illərdə Bakı 1 və 20 saylı musiqi məkləblərində, 1974-92-ci illər ərzində Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri kafedrasında tar ixtisası üzrə müəllim, baş müəllim, dosent, professor kimi pedaqoji fəaliyyət göstərib. 1992-2002-ci illərdə həmin kafedraya rəhbərlik edib. 1974-cü ildə musiqiçilərin Zaqafqaziya festivalında birinci mükafata, Moskvada keçirilən estrada artistlərinin V Ümumittifaq müsabiqəsində isə laureat adına layiq görülüb. Türkiyə, Əfqanıstan, Suriya, Hollandiya, İsveçrə, ADR, Pakistan, Əlcəzair, Tunis, AFR, Hindistan, ABŞ, Kanada, Danimarka, İran, İraq, Fransa, İngiitərə, İsrail, Norveç və s. öikələrdə konsertlər verib. 1988-ci ildə YUNESKO xətti ilə ABŞ-da keçirilən Beynəlxalq folklor festivalında xüsusi diploma layiq görülüb. 1989-cu iidə "Böyük İpək yolu" festivalı çərçivəsində Yaponiyanın 30-dan artıq şəhərlərində konsertlər verib. 1964-94-cü illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının və Dövlət konsert birliyinin solisti olub. 1978-ci ildə Respublika Lenin komsomolu mükafatı laureatı, 1982-ci ildə Əməkdar artist, 1988-ci ildə Xalq artisti olub. 1994-cü ildə Türkiyənin İzmir şəhərinin Ege Universıtetində, 1997-ci ildə İsrailin Yerusəlim şəhərində və 2002-ci ildə Tehran Dövlət Mədəniyyət və İncəsənət Universitetində "ustad dərsləri" verib. 1981 və 1984-cü illərdə XVIII və XIX çağırış Nəsimi rayonu Xalq Deputatları Sovetinə seçilib. 1993-cü ildə "Humay" Milli mükafatına, 2001-ci ildə "Simurq milii mükafat fondu"nun təsis etdiyi "XXI əsrin ilk laureatları - ali dərəcəli mükafatı - "ilin fədakar sənətçisi" fəxri adına, 2017-ci ildə cənab Prezident İlham Əliyevin sərəncamı ilə "Şərəf" ordeninə layiq görülüb.

1966 – Tanınmış qarmon ifaçısı, Azərbaycan Respublikasının Xalq artisti , "Qaytağı" instrumental ansamblının bədii rəhbəri Bakı şəhərində anadan olmuşdur. Tarixdə bu gün - 30 aprelValideynləri riyazıyyatçıdırlar, əvvəl müəllim, daha sonra isə orta məktəblərdə məktəb direktoru vəzifəsində çalışıblar. Babası (ata tərəfdən) Xanhüseyn bəy inqilaba qədər hörmətli bəylərdən biri olmuşdur. O, Səlyan rayonunda yaşayıb və o vaxtın İran şahının qonağı olmuş, onların uzun illər birgə işgüzar əlaqələri olmuşdur. Ənvərin atası Hidayət bəyin əmisi oğlu gözəl pianoçu, ölməz bəstəkar Tofiq Quliyev, korifey sənətkarlarımız Rəşid Behbudov, Şövkət Ələkbərova kimi şəxsiyyətlərlə bərabər çalışmış Azərbaycan Respublikasının xalq artisti Çingiz Sadıqovdur. Hal-hazırda Çingiz Sadıqov ABŞ-da yaşayır. Ənvər Sadıqov 1983-cü ildə 254 nömrəli orta məktəbi bitirmişdir. H.Z.Tağıyev adına toxuculuq kombinatının klubunda qarmon dərnəyinin rəhbəri işləyib. 1984-cü ildə o dövrkü Sovet Ordusuna hərbi xidmətə çağrılmışdır və hərbi qulluğunu Rusiyada keçmişdir. 1986-cı ildə isə hərbi xidmətdən qayıtdıqdan sonra həmin klubda öz fəaliyyətini davam etdirmişdir. 1990-cı ildə R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında işləmiş, 1994-cü ildən isə Azərbaycanın əməkdar artisti Brilyant Dadaşova ilə birgə çalışır. 1997-ci ildə Azərbaycan incəsənət nümayəndələrinin Norveçin məşhur "Skruk" xoru ilə birgə layihəsində iştirak etmişdir. Bundan başqa Ənvər bir çox xarici dövlətlərdə qastrol səfərlərində olmuşdur. Bunlardan 1999 və 2000-ci illərdə ABŞ səfərini, 2000-ci ildə Nyu-Yorkdakı möhtəşəm "Millenium" zalında Brilyant Dadaşova ilə birgə konserti, 1998-ci ildə ilk dəfə Rusiyanın "Rossiya" konsert zalında böyük proqramla etdikləri çıxışları misal çəkmək olar. Ənvər Sadıqov İlk instrumental musiqinin klipində 1997-ci ildə Dünya şöhrətli "Take Five" kompozisiyasına çəkilmişdir və 2000-ci ildə eyni adlı albom, Ənvərin ilk albomu işıq üzü görmüşdür. Bu kaset Rusiyanın görkəmli, Dünya şöhrətli virtuoz akkardeonçusu Valeri Kovtunda maraq oyatmış və o, "Exo Moskvı" radiosunda öz iki saatlıq verilişini məhz Ənvər Sadıqova həsr edərək Azərbaycanlı bir cavan oğlanın məharətli ifasından heyrətə gəldiyini veriliş boyu dinləyiciləri ilə bölüşmüş və Ənvərin kompozisiyaları iki saatlıq veriliş boyu Rusiya dinləyicilərinin ixtiyarına verilmişdir. 2005-ci ildə Ənvər Sadıqov Türkiyənin Qars şəhərində İncəsənət Mərkəzinin açılışına həsr olunmuş festivalda da iştirak etmiş, festival iştirakçılarının böyük rəğbətini qazanmışdır. 2006-cı ildə Ənvər Milli "HUMAY" mükafatına layiq görülmüşdür. Hal-hazırda solisti Abbas Bağırov olan "Qaytağı" instrumental ansamblının bədii rəhbəridir.

Vəfat etmişdir:

1945 – Faşist Almaniyasının rəhbəri, fürer Adolf naməlum şəraitdə özünü güllələmişdir.
20 aprel 1989-cu ildə Avstriya –Macarıstan imperiyasının Braunau am İnn şəhərində doğulub.
Adolf Hitler tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Hitler həyat yoldaşı Eva Braunla birlikdə 30 aprel 1945-ci ildə bunkerlərin birində intihar edir.
Vəsiyyətnaməsi
Adolf Hitlerin iki vəsiyyətnaməsi mövcuddur. Onlardan birincisi Hitlerin siyasi vəsiyyətnaməsidir. Hitler siyasi vəsiyyətnaməsində bildirirdi ki, Almaniya alman xalqının və ümumiyyətlə bütün millətlərin gələcəyi üçün ən böyük təhlükə olan yəhudilər və bolşevizm ilə mübarizədən gələcəkdə də çəkinməməlidir. O, bu siyasi vəsiyyətnaməsində özünün yəhudilər ilə apardığı mübarizəsinə haqq qazandırırdı. O, bildirirdi ki, yəhudilər və bolşeviklər dünya üçün zəhər kimi təhlükəlidir. O, iddia edir ki, Almaniyanın gələcəyi məhz bu məsələdən asılıdır. O, bu vəsiyyətnaməsində bildirirdi ki, o haqlı olaraq müharibəyə başlamışdır, müharibədə məğlubiyyətə uğramasının səbəbini isə, qorxaq generallarının səhvləri ilə izah edir. İkinci vəsiyyətnamə isə, Hitlerin şəxsi vəsiyyətnaməsidir. Bu vəsiyyətnamədə o bütün həyatı boyunca topladığı şəxsi sənət əsərlərinin hamısının toplanaraq doğulduğu şəhər olan Linzdə bir muzey açılaraq bu muzeydə sərgilənməsini istəmişdir. Özünün bütün şəxsi mallarını isə, partiyasına, əgər partiyası qalmamışdırsa, onda dövlətə vəsiyyət etmişdir.
 
1992 — Azərbaycanın Milli Qəhrəmanı, Şuşa özünümüdafiə batalyonunun komandiri Qəmbərov Ramiz Bulud oğlu Vətən uğrunda döyüşlərdə qəhrəmancasına Tarixdə bu gün - 30 aprelhəlak olmuşdur.
Ramiz Qəmbərov 2 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olmuşdur. 1979-cu ildə H.Hacıyev adına Şuşa şəhər orta məktəbini bitirmişdir. 1980-ci ildə hərbi xidmətə çağırılmış, 1982-ci ildə ordudan tərxis olunaraq Şuşaya qayıtmışdır. 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstituna daxil olmuşdur. Amma təhsilini başa çatdıra bilməmişdir. Erməni təcavüzkarlarının başlatdığı Qarabağ müharibəsi minlərlə qeyrətli Azərbaycan oğulları kimi Ramizi də torpaqlarımızın müdafiəsinə qalxmağa məcbur etmişdir. Ramiz 1988-ci ildən xalq hərəkatına qoşulmuşdur. O, 1992-ci ildə könüllü özünümüdafiə batalyonu yaratmış və bu batalyonun başçısı olmuşdur. Onun taboru Şuşa şəhərinin, Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində mərdliklə vuruşmuşdur. 29 aprel 1992-ci ildə erməni işğalçıları Kosalar və Kərkicahan kəndləri yaxınlığındakı postlara hücum edən zaman Ramiz Qəmbərovun taboru döyüşə atılmış və bu döyüşdə cəsur komandir ağır yaralanmışdır. Bir gün sonra, 30 aprel 1992-ci ildə o dünyasını dəyişmişdir.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Qəmbərov Ramiz Bulud oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Ramiz Qəmbərov Şuşa şəhərində dəfn edilmişdir.
 
1994 — Leytenant, Azərbaycan Milli Ordusunun zabiti, "Azərbaycan Bayrağı" ordeni laureatı (ölümündən sonra) İntiqam Həsən oğlu Camaləddinov Vətən Tarixdə bu gün - 30 apreluğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

İntiqam Camaləddinov 5 sentyabr 1971-ci ildə Oğuz rayonunun (Vartaşen rayonu) Muxas kəndində anadan olub. 1978-ci ildə Muxas kənd orta məktəbinin I sinfinə getmiş, səkkizinci sinfə qədər burada oxumuş, 1985-ci ildə Bakı C.Naxçıvanski adına internat məktəbinə (Cəmşid Naxçıvanski adına hərbi lisey) daxil olmuşdur.
1988-ci ildə bu təhsil ocağını bitirərək Çelyabinsk Ali Hərbi Avtomobil Mühəndisləri Məktəbinə (rus. ЧВВАИУ) qəbul olunmuş, burada təhsilini bitirməyə bir necə ay qalmış Azərbaycan Respublikasında müharibə şəraiti ilə bağlı-xaricdə təhsil alan hərbçilərin vətənə çagırılması ilə əlaqədar Azərbaycana çağırilmış, hərbi təhsilini Bakı Ali Hərbi Birləşmiş Komandanlığı Məktəbində (Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) bitirmişdir. İlk olaraq təyinatla Güzdək qəsəbəsindəki hərbi hissəyə Avtomobil xidmət rəisi vəzifəsinə təyin olunmuşdur. Az bir müddət burada çalışdıqdan sonra Müdafiə Nazirliyinin xətti ilə könüllü surətdə cəbhə bölgəsinə yollanmış, Qarabağ uğrunda gedən döyüşlərdə - 1992-ci ildən 1994-cü ilə qədər demək olar ki, bütün cəbhə boyu ərazilərdə gedən hərbi əməliyyatlarda (xüsusilə Ağdam, Füzuli, Əskəran, Xocalı, Şuşa, Ağcabədi, Beyləqan bölgələrində) yaxindan iştirak etmişdir. Ardıcıl üç hərbi hissədə - hər birində texnika üzrə Avtomobil xidmət rəisi vəzifəsində çalışmaqla (30 iyul 1992-ci ildən 29 mart 1993-cü ilədək - 708 saylı H/h, 1993 cü il 29 mart-19 iyul -002 sayli H/h-korpusda və 19 iyul-30 aprel tarixinə kimi 777 saylı hərbi hissədə qulluq etmişdir.1994-cü il aprel ayının 25-də Tərtər rayonunun Qapanlı kəndi istiqamətində gedən döyüşdə ağır yaralanaraq 30 apreldə Şəhid olmuşdur. Doğulduğu Oğuz rayonunun Muxas kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanmasında göstərdiyi igidliyə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.
Ailəli olub. Bir övladı var.

2009— Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi törədilmişdir.
Hadisə haqqında
Səhər saatlarında bir nəfər silahlı şəxs Neft Akademiyasının binasına daxil olaraq, ətrafdakılara atəş açmağa başlayıb.
Ölənlərin sayı 13, yaralıların sayı 10-dur. Yaralıların 3-ü xarici vətəndaşdır. Onlardan ikisi Sudan, biri isə Suriya vətəndaşıdır.
İstintaq nəzəriyyəsinə əsasən, öldürən şəxsin Gürcüstan vətəndaşı Marneuli sakini 29 yaşlı Fərda Əsəd oğlu Qədirov olduğu ehtimal olunur.
Hadisə yerinə daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralov gəliblər.
İlkin versiyaya görə hadisəni törədən şəxs özü-özünü güllələyib.
Aprelin 30-da Bakıda Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş hadisə ilə bağlı ABŞ Dövlət Departamenti Azərbaycan xalqına başsağlığı verib. Bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Robert ud açıqlayıb.
Azərbaycan prezidenti İlham Əliyev aprelin 30-da Dövlət Neft Akademiyasında baş vermiş faciəli hadisə nəticəsində həlak olanların ailələrinə və ağır xəsarət alanlara maddi yardım ayrılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan prezidentinin ehtiyat fondundan həlak olanların ailələrinə 30 min manat, ağır xəsarət alanlara isə 15 min manat birdəfəlik maddi yardım ayrılıb.
Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş terror hadisəsinin qurbanları:

 

Tarixdə bu gün - 30 aprel


Məmmədov Taleh Tariyel oğlu, 1980-ci il təvəllüdlü (Sumqayıt şəhəri, II mikrorayon)
Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü (Salyan şəhəri)
Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü (Bakı şəhəri, Xətai rayonu Babək prospekti)
Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü (Cəlilabad şəhəri, Füzuli küçəsi)
Abdullayev Ramiz Xəlil oğlu, 1940-cı il təvəllüdlü (Bakı şəhər, VII mikrorayon)
Vahidov Məcnun Abdulvahid oğlu, 1946-cı il təvəllüdlü (Bakı şəhər, IX mikrorayon)
Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü (Şirvan şəhəri)
Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü (Daşkəsən şəhəri)
Babaşov Ruslan Cəfər oğlu, 1990-cı il təvəllüdlü (Sabirabad rayonu)
Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü (Bakı şəhəri, Yasamal rayonu)
Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü (Bakı şəhəri, Füzuli küçəsi)
Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü (Bakı şəhəri)

2010— Məşhur rəqqasə, Azərbaycanın Xalq artisti Əminə Paşa qızı Dilbazi 90 yaşında Bakıda vəfat etmişdir.
Tarixdə bu gün - 30 aprelƏminə Dilbazi 26 dekabr 1919-ci ildə Qazaxda anadan olub. 1935-ci ildə ilk dəfə səhnəyə çıxaraq Üzeyir Hacıbəyovun bəstələdiyi "Kolxoz çölləri" mahnısını ifa edib. Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Dövlət Rəqs ansamblının solisti (1936-1939), sonralar isə rəqs qrupunun rəhbəri olub. 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun yaratdığı "Çinar" tələbə rəqs kollektivinə rəhbərlik edib. 1967-ci ildə "Sevinc" qızlar ansamblını yaradıb. 1949-cu ildən Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyət göstərib. 1957-ci ildə Moskvada tələbə və gənclərin 6-cı ümumdünya festivalında qızıl medala layiq görülüb.
Əminə Dilbazi bir çox filmlərdə rəqslərə quruluş verib. Onun oynadığı "İnnabı", "Tərəkəmə", "Vağzalı", "Turacı", "Naz eləmə" rəqsləri xüsusilə məşhurdur. Repertuarına rus rəqsləri, ukrayna rəqsləri, özbək rəqsləri, ərəb rəqsləri də daxil olan Əminə Dilbazi "Leyli və Məcnun" operasında, "Arşın Mal Alan" və "O olmasın bu olsun" komediyaları və sair əsərlərdə də rəqslərə quruluş verib.
Bəstəkar Cövdət Hacıyevin həyat yoldaşıdır.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz