» » Azərbaycan və İsveç elm, mədəniyyət müstəvisində

Azərbaycan və İsveç elm, mədəniyyət müstəvisində


Aprelin 28-də Bakı Musiqi Akademiyasında (BMA) "Elm çırağı” İctimai Birliyinin təşkilatçılığı ilə "Azərbaycan və İsveç elm, mədəniyyət müstəvisində” mövzusunda növbəti beynəlxalq elmi seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, ictimai birliyin sədri, professor Naida Məmmədxanova rəhbərlik etdiyi təşkilat tərəfindən müxtəlif ölkələrin elminə, mədəniyyətinə, tarixinə həsr olunan silsilə tədbirlərin keçirildiyini söyləyib. Seminarın Azərbaycan ilə İsveç arasında elm, mədəniyyət və mənəviyyat dialoquna həsr olunduğunu bildirib.
Tədbirdə "İsveç-Azərbaycan mədəni əlaqələri”, "İsveç mədəniyyətində qadın obrazı”, "Qədim dövrün tarixi yolayrıcında” və digər mövzularda məruzələr dinlənilib. Məruzələrdə İsveç və Azərbaycan arasında elmi, mədəni sahələrdə əlaqələrdən söz açılıb, bu cür tədbirlərin müxtəlif ölkələrin mədəniyyəti ilə tanışlıq baxımından əhəmiyyəti qeyd olunub.
Tədbirdə gənc rəssamların əsərləri nümayiş olunub, BMA-nın müəllim və tələbələri maraqlı konsert proqramı təqdim ediblər.
Azərbaycan və İsveç elm, mədəniyyət müstəvisində

Mənbə:https://azertag.az/xeber/Azerbaycan_ve_Isvech_elm_medeniyyet_mustevisinde-1157768

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz